DƏRDBİLƏN

is. Başqasının dərdini, kədərini, ürək sirrini duyan, başa düşən, ona acıyan və kömək edən adam. Dərdini dərdbilənə söylə. ( Ata. sözü ).
Sənə Vaqif kimi dərdbilən gərək; Layiq görməm hər nadanı mən sənə. M.P.Vaqif.
Vilayətdə gözəl çoxdu, nə fayda; Dərdbilən, yetən dadə tapılmaz. Q.Zakir.

DƏRD-SƏR
DƏRDBİLMƏZ

Digər lüğətlərdə