1. Astana, kandar, qapı önü; böyük adamların qapısı; saray, iqamətgah.
[Xaqani:] Nizami! Lütf ilə soruşsan nəyəm? Sənin dərgahında aciz bəndəyəm.
2. məc. din. Allahın mərhəməti, şəfqəti, köməyi, inayəti mənasında (bəzən “Allah”, “həqq” sözləri ilə).
Yarəb, kərəm et ki, xarü zarəm; Dərgahə bəsi ümidvarəm.
…Həmşəriləri təziyə məclisinə … qoymayanda … başlarını salardılar aşağa və özözlərinə deyərdilər: – Allah, şükür dərgahına!
Xəlifə onların hər birinə tək-tək cavab verib, onlar üçün Allah dərgahından səadət və dövlət rica edəcəyini və duasını onların barəsində şamil edəcəyini vədə verdi.
□ Əllərini Allah dərgahına qaldırmaq (qalxızmaq) – Allaha müraciətlə əllərini göyə qaldırıb ona yalvarmaq, raz-niyaz etmək.
[Sona xanım:] Əziz Allah, dərgahına qalxızmışam əllərimi!
3. məc. tənt. Ev.
Peymanını pozan xəyal həmdəmim; Dərgahıma sayə salmayacaqdır.