DƏSGAH

is. [ fars. ]
1. Cah-calal, həşəmət, dəbdəbə, təntənə, büsat, böyük şənlik. Varlı yoxsullaşanda əlli il dəsgahını pozmaz. ( Ata. sözü ).
Bəli, qoşun atdandı, böyük cəlal, dəsgahınan bular düşdülər yola. (Nağıl).

// Bəzən kinayə, istehza ilə.
Görmürsən avtomobili, dəsgahı? Özü də bu, hamısının böyüyüdür. C.Cabbarlı.
[Mustafanın] görürsünüz, şəhərli kimi dəsgahları var! Mir Cəlal.

2. məc. Böyük işlər, təşəbbüs, qeyri-adi mənzərə, əla düzəldilmiş iş.
[Bayram kişi:] Sel gücü də məlumdur, odur, Mingəçevirdə bir dəsgah başlanıb ki, selin-suyun gücü düz-dünyaya işıq və qüvvət verəcək. M.Rzaquluzadə.

3. məc. Bir işin təşkili üçün lazım olan şeylərin, vasitələrin və s.-nin məcmusu.
Taxta məhəccərin dalında çay və xörək dəsgahı üçün xüsusi bir guşə ayrılmışdı. M.İbrahimov.

4. məc. Qurğu, kələk, tədbir. Lotular hər iki qolu bağlı, özü də çılpaq halda Rəhimin üstünə düşüb xeyli vurardılar.
…Bu zaman Rəhim başa düşərdi ki, bütün bu dəsgahlar bunun üçünmüş. H.Sarabski.

□ Dəsgah çıxarmaq – mane olmaq, həngamə yaratmaq. Dəsgah çıxarma, qoy işimizi görək.
5. mus. Azərbaycan xalq musiqisində irihəcmli muğam, musiqi kompleksi.
Böyük salonda segah dəsgahı qurtardı, oyun havası çalınmağa başlandı. S.Rəhman.
Nola, Vahid, azacıq sakit ola məclisimiz; Şur dəsgahını biz xahiş edək tarizənə. Ə.Vahid.

Sinonimlər (yaxın mənalı sözlər)

  • DƏSGAH cah-cəlal — həşəmət — dəbdəbə — təntənə — büsat — şənlik
  • DƏSGAH qurğu — kələk — tədbir
  • DƏSGAH dəsgah bax dəbdəbə
DƏSAYİS
DƏSGAHLI

Digər lüğətlərdə