DƏSXOŞ

is. [ fars. ] dan. Yüngül qazanc, asanlıqla əldə edilən pul və s.
// Pul hədiyyəsi; bəxşiş, mükafat.
[Saşa bəy:] Dünən gecə özün demədinmi, Saşa, bu bankı aparsam, sənə əlli manat dəsxoş verəcəyəm. S.S.Axundov.

◊ Dəsxoşa getmək dan.1) başqasının əvəzinə və ya onun hiyləsi ilə zərərdidə olmaq, cəzalandırılmaq və ya öldürülmək;
2) boş yerə, başqasının hiyləsi ilə pul xərcləmək.
DƏSGİRƏ
DƏSİSƏ

Digər lüğətlərdə