EHTİYATSIZLIQ

is.
1. Ehtiyat gözləməmə, qarşıya çıxa biləcək təhlükəni və s.-ni qabaqcadan nəzərə alıb heç bir tədbir görməmə, üsulsuzluq. Ehtiyatsızlıq etmək.
– Gəldiyev … taxıl tədarükü müvəkkilliyində çalışanda da xamlıq ucundan, ya ehtiyatsızlıqdan, ya da ayrı səbəbdən bir balaca dolaşan kimi olmuşdu. Mir Cəlal.
[Gülsənəm] ehtiyatsızlıq eləyib, Tahirin məktubunu gözaltı elədiyi qıza oxutmuşdu. M.Hüseyn.
Ax, bu ehtiyatsızlıq, düşməni saymamaq, onun hiylələrini və bicliklərini hesaba almamaq komandirin ən böyük nöqsanıdır. Ə.Vəliyev.

2. Ehtiyatsız hərəkət. Ehtiyatsızlığa yol vermək.
– İlan insanları ehtiyatsızlığa sövq etmək üçün özünü aciz göstərir. M.S.Ordubadi.

Sinonimlər (yaxın mənalı sözlər)

  • EHTİYATSIZLIQ tədarüksüzlük
  • EHTİYATSIZLIQ tədbirsizlik — üsulsuzluq
EHTİYATSIZ
EHTİYATSIZLIQLA

Digər lüğətlərdə