ELÇİ

is.
1. dipl. Bir dövləti başqa bir dövlətdə təmsil edən diplomatik nümayəndə; səfir.
2. Oğlan və ya onun adamları tərəfindən qız istəmək üçün qız evinə göndərilən şəxs.
[Səkinə xanım:] Söz açıq gərək, [Ağa Həsən] məndən ötrü bibimin yanına elçi göndəribsən… M.F.Axundzadə.
İndi ki var elçi də Səfdər kimi; Bir bala qız al, boyu ərər kimi. M.Ə.Sabir.
Bir neçə il ondan sonra Mirzə qonşunun qızına eşq yetirib anasını elçi göndərdi. Ə.Haqverdiyev.

□ Elçi düşmək – qızı almaq üçün gedib-gəlmək, qız tərəfindən razılıq əldə etmək üçün çalışmaq, elçilik etmək.
Əmiqızı və əmioğlu sözü bu yerdə qoydular ki, Əmiraslan Gülpəri üçün əmisinə elçi düşsün. S.S.Axundov.
Usta Murtuz elçi düşdü. Mir Cəlal.

Elçi elçi üstündən gəlmək – arası kəsilmədən qızı istəmək, bir-birinin dalınca elçi gəlmək.
…Zeynəbin adı bir elə şöhrət tapdı ki, elçi elçi üstdən gəlirdi. C.Məmmədquluzadə.

3. Müəyyən məqsədlə və ya rəsmi danışıqlar üçün bir yerə göndərilən şəxs; nümayəndə. Elçiyə zaval yoxdur. ( Ata. sözü ).
Çindən gələn elçiyiz; Gətirmişiz xaqandan; Keykavusa ərməğan. H.Cavid.

4. Ümumiyyətlə, nümayəndə mənasında. Qabaq cərgələrdə əmirlər, vəzirlər, əyanlar və kübar ailələr yerləşmişdi.
Elçilər və heyət nümayəndələri üçün başqa yerlər təxsis edilmişdi. M.S.Ordubadi.

5. məc. Müjdəçi, xəbər gətirən mənasında.
İlk baharın uğurlu elçiləri olan qaranquş, sığırçın və leylək sürü-sürü dönüb yuvalarını tikəcək. A.Şaiq.
Baharla birlikdə onun şux elçiləri: qaranquşlar hərəni öz dilində qarşılayırdılar. M.Rzaquluzadə.

◊ Elçi daşı – nağıllarda: padşah qızının elçiliyinə gələnlərin oturması üçün saray meydanında qoyulan xüsusi daş.

Sinonimlər (yaxın mənalı sözlər)

  • ELÇİ elçi bax 1. səfir; 2. nümayəndə; 3. çapar 1
  • ELÇİ səfir — müjdəçi

Etimologiya

  • ELÇİ Səfir mənasında işlədilib, “elin adından danışan” deməkdir. İndi başqa məna da kəsb edib: gəlin nişanlamaq üçün razılıq almağa gedənlərə də “elçi” dey
ELCARI
ELÇİLƏMƏ
OBASTAN VİKİ
Elçi
Elçi bu mənaları ifadə edə bilər:
Şərafəddin Elçi
Şərafəddin Elçi (14 mart 1938, Cizre, Şırnaq ili – 25 dekabr 2012, Ankara) — Türkiyə Böyük Millət Məclisinin XVI və XXIV çağırış deputatı. == Həyatı == O, 1938-ci il martın 14-də Türkiyənin Şırnak mahalının, Cizrə qəsəbəsində anadan olub. Mardində liseyi bitirib. Ankara Universitetində hüquq fakültəsində oxuyub. Bir müddət Diyarbakırda vəkillik edib. Tələbəlik illərində "kürdlərin davasını" aparıb. Bir neçə dəfə həbsdə olub. 1992-ci ildə 98 kürdlə birlikdə "kürdlərin haqqı və Azadlığı" vəqfini qurub. 1995-ci ildə "Kürd kültür və araşdırma vəqfi"nin təsisində iştirak edib. Qurduğu Demokratik Kütlə Partiyası ləğv edildikdən sonra KADEP-yə (Katılımcı Demokratik Partiya) başçı olub.
Elçi bəy
Əbülfəz Elçibəy (Əbülfəz Qədirqulu oğlu Əliyev; 24 iyun 1938, Kələki – 22 avqust 2000, Ankara) — Azərbaycan dövlət, siyasi və ictimai xadimi, dissidenti, Azərbaycan Xalq Cəbhəsinin lideri və Azərbaycan Respublikasının ikinci prezidenti (1992–1993). == Həyatı == Əbülfəz Elçibəy 24 iyun 1938-ci ildə Naxçıvan MSSR-in Ordubad rayonunun Kələki kəndində anadan olub. 7 illik Unuskənd məktəbini bitirdikdən sonra Ordubad şəhər 1 saylı orta məktəbində təhsilini davam etdirib. 1957-ci ildə Azərbaycan Dövlət Universitetinin Şərqşünaslıq fakültəsinin ərəb filologiyası şöbəsinə daxil olub. Buranı bitirdikdən sonra (1962) təyinatla SSRİ Hidrolayihə İnstitutunun Bakı şöbəsində tərcüməçi işləyib. 1963-cü ilin yanvarında Misir Ərəb Respublikasına göndərilən Əbülfəz Elçibəy 1964-cü ilin oktyabrına kimi Asuan bəndinin tikintisində tərcüməçi kimi çalışıb. Xarici ezamiyyətdən dönərək 1965-ci ildə ADU-nun aspiranturasına daxil olub və aspirantura təhsilini 1968-ci ildə uğurla tamamlayıb.Tulunilər dövləti (868–905)" mövzusunda dissertasiya müdafiə edərək tarix elmləri namizədi alimlik dərəcəsi alıb (1969). ADU-nun "Asiya və Afrika ölkələri tarixi" kafedrasında müəllim və baş müəllim işləyib (1968–1975). 1975-ci ilin yanvarında Azərbaycan Dövlət Təhlükəsizlik Komitəsi onu tələbələr arasında millətçi və antisovet təbliğatı aparmaq adı ilə həbs edir və 17 iyul 1976-cı ilədək siyasi dustaq olaraq azadlıqdan məhrum edir. Əsasən Qaradağ daş karxanasında ağır fiziki işlərə məhkum edilmişdir.
Allahın elçisi Məhəmməd (film, 1976)
"Çağırış" (ing. The Message) — rejissor Mustafa Akkadın filmi. == Məzmun == Bu film islam dünyasının tarixində böyük yer tutan Məhəmməd peyğəmbərin yaşadığı dövrü əks etdirir. Filmin əsas mövzusu peyğəmbərin islam dinini insanlar arasında yaymasından ibarətdir. Filmdə Məhəmməd üzü heç göstərilməmişdir. Sadəcə bəzi hadisələr onun gözü ilə verilmişdir. Filmdə islam dininin yaranması, müsəlmanlığı qəbul edənlərə verilən əzab-əziyyətlər, Məkkədən Mədinəyə hicrət, Bədr və Uhud müharibələri təsvir olunmuşdur. Cəbrayıl Əleyhissəlamla görüşündən sonra Məhəmməd Kəbə əhlini tək Allaha inanmağa, mövcud olan bütləri sındırmağa dəvət edir. Amma Kəbənin tanınmış şəxsləri Məhəmmədin sözlərinə qulaq asmırlar. Allahdan gələn vəhydən sonra Məhəmməd öz ordusu ilə məkkəlilərə qarşı savaşa başlayır.
Azadlıq adasının elçiləri Azərbaycanda (film, 1968)
Azadlıq adasının elçiləri Azərbaycanda qısametrajlı sənədli filmi rejissor Niyazi Bədəlov tərəfindən 1968-ci ildə çəkilmişdir. "Azərbaycanfilm" kinostudiyasında istehsal edilmişdir. Azərbaycanda Kuba mədəniyyət öngünlüyünə həsr olunub. == Məzmun == Film Azərbaycanda Kuba mədəniyyət öngünlüyünə həsr olunmuşdur.
Azadlıq elçisi (film, 1993)
Azadlıq elçisi qısametrajlı sənədli filmi rejissorlar Xamiz Muradov və Tofiq İmirli tərəfindən 1993-cü ildə çəkilmişdir. "Salnamə" Sənədli Filmlər Studiyasında istehsal edilmişdir. Kinolent Azərbaycanda gedən azadlıq hərəkatına həsr olunmuşdur. == Məzmun == Kinolent Azərbaycanda gedən azadlıq hərəkatına həsr olunmuşdur.
Cahangir şahın Səfəvi sarayına göndərdiyi elçilik (1619)
Cahangir şahın Səfəvi sarayına göndərdiyi elçilik —Böyük Moğol imperatoru Cahangir şahın Səfəvi Şah Abbasın sarayına göndərdiyi elçilik nəzərdə tutulur. == Zəmin == Şah Abbas taxta keçdikdən sonra həm Özbək xanlığını, həm də Osmanlı imperiyasını məğlub edib itirilmiş torpaqları geri qaytarmışdı. O, hələ hakimiyyətinin ilkin mərhələsində ikən moğollar Qəndəharı ələ keçirmişdi. Sırada geri qaytarılmağı gözləyən bölgələrdən başlıcası Qəndəhar olduğu düşünülürdü. Belə bir şəraitdə Cahangir şah məsələni diplomatik yolla həll etməyə çalışdı. == Elçilik == 1618-ci ildə Osmanlı imperiyasını bir daha məğlub edib sülhə məcbur edən Abbas hökmdarlığının ən möhtəşəm elçiliyini qəbul etmək üçün Qəzvinə qayıtdı. Bu elçilik heyəti Böyük Moğol imperatoru Cahangir tərəfindən göndərilmişdi və moğol əsilzadəsi Xan Aləm tərəfindən rəhbərlik edilirdi. Xan Ələm məşhur nəslə sahib idi və onun ulu əcdadları Abbasın böyük ilham aldığı və sevdiyi tarixi şəxsiyyət Əmir Teymurun xidmətçiləri olmuşdular. İspan elçisi Fiqueroa da həmin zaman Abbasın sarayında idi və o, Xan Aləmin mirvari sırğalar taxdığını, qiymətli daşlarla bəzədilmiş xəncər daşıdığını və İsfahandakı hind tacirləri tərəfindən inanılmaz dərəcədə zəngin kimi təsvir edildiyini bildirmişdir. Alamı 800-ə yaxın xidmətçi və bir neçə yüz gözətçinin müşayiəti ilə Hindistan faunasının ekzotik kolleksiyası müşayiət edirdi.
Elçin Nəsirov
Elçin Ramiz oğlu Nəsirov (13 yanvar 1988, Əhmədalılar, Füzuli rayonu – 25 oktyabr 2020, Qorqan, Füzuli rayonu) — Azərbaycan Silahlı Qüvvələrinin kiçik çavuşu, İkinci Qarabağ müharibəsi şəhidi. == Həyatı == Elçin Nəsirov 1988-ci il yanvarın 13-də Füzuli rayonunun Əhmədalılar kəndində anadan olub. == Hərbi xidməti == Azərbaycan Ordusunun kiçik çavuşu olan Elçin Nəsirov 2020-ci il sentyabrın 27-də Azərbaycan Silahlı Qüvvələri tərəfindən Ermənistan işğalı altında olan ərazilərin azad edilməsi və Azərbaycanın ərazi bütövlüyünün bərpa olunması üçün başlanan İkinci Qarabağ müharibəsi zamanı Hadrut qəsəbəsinin və Füzulinin azadlığı uğrunda gedən döyüşlərdə savaşıb. Elçin Nəsirov oktyabrın 25-də Füzulinin azad edilməsi zamanı Qorqan istiqamətində şəhid olub. Füzuli rayonunun Əhmədalılar kəndində dəfn olunub. Azərbaycanın ərazi bütövlüyünün təmin edilməsi uğrunda döyüş əməliyyatlarına qatılan və hərbi hissə qarşısında qoyulmuş tapşırıqların icrası zamanı vəzifə borcunu şərəflə yerinə yetirdiyi üçün Azərbaycan Prezidenti İlham Əliyevin 15.12.2020-ci il tarixli Sərəncamına əsasən Elçin Nəsirov ölümündən sonra "Vətən uğrunda" medalı ilə təltif edildi. Azərbaycanın Xocavənd rayonunun işğaldan azad edilməsi uğrunda aparılan döyüş əməliyyatlarına qatılaraq şəxsi igidliyi və şücaəti nümayiş etdirdiyinə görə Azərbaycan Prezidenti İlham Əliyevin 25.12.2020-ci il tarixli Sərəncamına əsasən Elçin Nəsirov ölümündən sonra "Xocavəndin azad olunmasına görə" medalı ilə təltif edildi. Azərbaycanın Füzuli rayonunun işğaldan azad edilməsi uğrunda aparılan döyüş əməliyyatlarına qatılaraq şəxsi igidliyi və şücaəti nümayiş etdirdiyinə görə Azərbaycan Prezidenti İlham Əliyevin 25.12.2020-ci il tarixli Sərəncamına əsasən Elçin Nəsirov ölümündən sonra "Füzulinin azad olunmasına görə" medalı ilə təltif edildi.
Elçin Poladov
Elçin Adil oğlu Poladov (27 noyabr 2001, Aşağı Quşçu, Tovuz rayonu – 6 noyabr 2020, Qırmızı Bazar, Xocavənd rayonu) — Azərbaycan Silahlı Qüvvələrinin əsgəri, İkinci Qarabağ müharibəsi şəhidi. == Həyatı == Elçin Poladov 2001-ci noyabrın 27-də Tovuz rayonunun Aşağı Quşçu kəndində anadan olub. 2008–2019-cu illərdə İ. Mürşüdov adına Aşağı Quşçu kənd tam orta məktəbində təhsil alıb. Subay idi. == Hərbi xidməti == Elçin Poladov 2020-ci ildən Azərbaycan Silahlı Qüvvələrinin sıralarında müddətli həqiqi hərbi xidmətdə idi. === İkinci Qarabağ müharibəsində iştirakı === Azərbaycan Silahlı Qüvvələrinin əsgəri olan Elçin Poladov 2020-ci il sentyabrın 27-də Azərbaycan Silahlı Qüvvələri tərəfindən Ermənistan işğalı altında olan ərazilərin azad edilməsi üçün başlanan İkinci Qarabağ müharibəsi zamanı Füzuli və Xocavəndin azadlığı uğrunda gedən döyüşlərdə könüllü olaraq savaşıb. Elçin Poladov noyabrın 6-da Qırmızı Bazar qəsəbəsi istiqamətində gedən döyüşlər zamanı şəhid olub. Tovuz rayonunun Aşağı Quşçu kəndində dəfn olunub. Azərbaycanın ərazi bütövlüyünün təmin edilməsi uğrunda döyüş əməliyyatlarına qatılan və hərbi hissə qarşısında qoyulmuş tapşırıqların icrası zamanı vəzifə borcunu şərəflə yerinə yetirdiyi üçün Azərbaycan Prezidenti İlham Əliyevin 15.12.2020-ci il tarixli Sərəncamına əsasən Elçin Poladov ölümündən sonra "Vətən uğrunda" medalı ilə təltif edildi. Azərbaycanın Xocavənd rayonunun işğaldan azad edilməsi uğrunda aparılan döyüş əməliyyatlarına qatılaraq şəxsi igidliyi və şücaəti nümayiş etdirdiyinə görə Azərbaycan Prezidenti İlham Əliyevin 25.12.2020-ci il tarixli Sərəncamına əsasən Elçin Poladov ölümündən sonra "Xocavəndin azad olunmasına görə" medalı ilə təltif edildi.
Elçin Qafarlı
Elçin Hacıağa oğlu Qafarlı (d. 5 oktyabr 1961, Bakı, Azərbaycan SSR, SSRİ) — əməkdar mədəniyyət işçisi, Azərbaycan Yazıçılar Birliyinin üzvü, Azərbaycan Respublikasının Beynəlxalq Türk Mədəniyyəti Təşkilatındaki daimi nümayəndəsi (2008-ci ildən).
Elçin Qarayev
Elçin Vəli oğlu Qarayev — "Beynəmiləlçi döyüşçü", Əfqanıstan müharibəsi veteranı (1987–1989), Qarabağ müharibəsi veteranı (1991–1994). == Həyatı == Elçin Qarayev 1969-cu il yanvar ayının 1-də Mingəçevir şəhərində dünyaya gəlmişdir. Əslən Ağdamın Novruzlu kəndindəndir. Orta təhsilini Mingəçevir şəhər 12 saylı orta məktəbdə almış, 1986-cı ildə buradan məzun olmuşdur. 1987-ci ildə hərbi xidmətə çağırılmış, Türkmənistana səfərbər edilmiş, 2 ay sonra oradan da SSRİ-Əfqanıstan müharibəsinə yollanmışdır. 1-ci müharibədən döndükdən sonra daxili işlər orqanlarında yol polis əməkdaşı kimi xidmətə başlamış, 1991-ci ildə Birinci Qarabağ müharibəsinə yollanmışdır. Ağdam, Kəlbəcər, Füzuli, Zəngilan, Ağdərə, Cəbrayıl istiqamətində gedən döyüşlərdə iştirak etmiş, döyüş yoldaşlarını, yaralıları döyüş meydanından çıxararaq həyatlarını xilas etmişdir. 1994-cü ildə Qarabağ müharibəsindən geri dönmüşdür. Hal-hazırda Azərbaycanda həyatda olan az saylı 2 müharibə veteranlarındandır. Ailəlidir, 2 oğlu var.
Elçin Qarayev (hərbçi)

Elçin Qeybullayev
Elçin Qeybullayev - 20 yanvar şəhidi. Azərbaycan Respublikasının Prezidentinin 31 mart 1998-ci il tarixdə fərmanı ilə ölümündən sonra 20 Yanvar Şəhidi fəxri adı verilmişdir. Elçin Qeybullayev 4 dekabr 1968-ci ildə Quba rayonunun Talabı-Qışlaq kəndində anadan olub. Bakı Baş Tikinti idarəsinin 20 №-li tikinti idarəsində fəhlə işləyib. Hərbi xidməti Əfqanıstanda keçirib. Yanvarın 19-da Elçin axşam təxminən saat 23-də evdən çıxıb, Salyan qazarmasının yanına gedib. Yanvarın 21-də qardaşı İlqar Qeybullayev onun meyidini mərkəzi ölüxanadan tapıb. Quba rayonunda dəfn edilib. == Ünvan == Ölümünə qədər Bakı Baş Tikinti idarəsinin yataqxanasında yaşamışdır. == Həmçinin bax == "20 Yanvar Şəhidi" fəxri adı alanların siyahısı Azərbaycan Respublikasının Azadlıq uğrunda mübarizlərinin siyahısı Şəhidlər Xiyabanında dəfn olunanlar == İstinadlar == Qulu Kəngərli.
Elçin Quliyev
Elçin Quliyev (general-polkovnik) — Sərhəd Qoşunlarının Komandanı, general-polkovnik. Elçin Quliyev (deputat) — Milli Məclisin V çağırış deputatı. Elçin Quliyev (əsgər, 1992) — Vətən müharibəsi şəhidi. Elçin Quliyev (əsgər, 1998) — Vətən müharibəsi şəhidi. Elçin Quliyev (əsgər, 2001) — Vətən müharibəsi şəhidi.
Elçin Quliyev (deputat)
Elçin Quliyev (12 sentyabr 1960, Sabirabad rayonu) — Azərbaycan Respublikası Milli Məclisinin V çağırış deputatı.
Elçin Quliyev (general)
Elçin İsağa oğlu Quliyev (22 sentyabr 1967, Sumqayıt) — azərbaycanlı dövlət və siyasi xadim, Azərbaycan Silahlı Qüvvələrinin general-polkovniki, Azərbaycan Respublikası Dövlət Sərhəd Xidmətinin rəisi rəisi (2002-ci ildən), Azərbaycan Sərhəd Qoşunlarının komandanı (2001–2017), Azərbaycan Respublikası milli təhlükəsizlik nazirinin müavini (2001–2002). == Həyatı == Elçin Quliyev 1967-ci il sentyabrın 22-də Sumqayıt şəhərində anadan olmuşdur. Elçin Quliyev 1974–1978-ci illərdə Sumqayıt şəhərində 20 nömrəli tam orta məktəbdə, 1978–1982-ci illərdə isə buradakı 23 nömrəli tam orta məktəbdə təhsil almışdır. Daha sonra o, 1982–1984-cü illərdə Cəmşid Naxçıvanski adına Hərbi Liseydə təhsilini davam etdirmiş, 1984-cü ildə isə Bakı Ali Birləşmiş Komandalıq Məktəbinə (BABKM) qəbul olmuşdur. 1988-ci ildə oradan məzun olmuşdur. == Fəaliyyəti == Elçin Quliyev 1988–1992-ci illərdə Sovet Ordusunun Polşada yerləşən Şimal Qrupunda bir sıra vəzifələrdə xidmət etmişdir. 1992-ci ildə Azərbaycan Ordusunun sıralarında xidmət etməyə başlamışdır. 1992–1996-cı illərdə Xudat şəhərində əlahiddə nəzarət buraxılış məntəqəsinin rəisi, 1996–2001-ci illərdə isə Xudat şəhərində sərhəd dəstəsinin rəisi vəzifələrində xidmət eləmişdir. Azərbaycan Respublikası Prezidentinin 27 mart 2001-ci il tarixli Fərmanına əsasən Elçin Quliyev Azərbaycan Respublikası milli təhlükəsizlik nazirinin müavini — Sərhəd Qoşunlarının Komandanı təyin edilmişdir. 2001-ci il avqustun 15-də isə Elçin Quliyevə Azərbaycan Respublikası Prezidentinin Fərmanına əsasən general-mayor hərbi rütbəsi vermilmişdir.
Elçin Quliyev (general-polkovnik)

Elçin Quliyev (hərbçi)

Elçin Quliyev (siyasətçi)
Elçin Quliyev (12 sentyabr 1960, Sabirabad rayonu) — Azərbaycan Respublikası Milli Məclisinin V çağırış deputatı.
Elçin Quliyev (şəhid)
Elçin Rövşən oğlu Quliyev (7 oktyabr 1998; Quzanlı, Ağdam, Azərbaycan — 28 oktyabr 2020; Tap Qaraqoyunlu, Goranboy, Azərbaycan) — Azərbaycan Silahlı Qüvvələri'nin əsgəri, İkinci Qarabağ müharibəsi şəhidi. == Həyatı == Elçin Quliyev 1992-ci il noyabrın 18-də Ağdam rayonunda, Quzanlıda anadan olub. Daha sonra Bərdə rayonu Qaradağlı kəndində məskunlaşmışdıtlar. 2010–2011-ci illərdə müddətli hərbi xidmət çəkmişdir. 2017-ci ildən etibarən müddətdən artıq xidmət edən hərbi qulluqçu kimi xidmətə başlamışdır. 2 övladı olan şəhidin ölümündən sonra bir övladı da dünyaya gəlmişdir. == Hərbi xidmətləri == 2020-ci il sentyabrın 27-də Azərbaycan Silahlı Qüvvələri tərəfindən Ermənistan işğalı altında olan ərazilərin azad edilməsi və Azərbaycanın ərazi bütövlüyünün bərpa olunması üçün başlanan İkinci Qarabağ müharibəsi zamanı Elçin Quliyev Madagizin azad edilməsində savaşıb. O, düşmən bölmələrinin yerləşdiyi 1444 m yüksəkliyində düşmənin çoxlu sayda canlı qüvvəsini məhv edib və şücaət göstərib. Elçin Quliyev, 2020-ci il oktyabrın 28-da Goranboy rayonu Tapqaraqoyunlu kəndi, Kəhrilər xarabalığı istiqamətində düşmən tərəfindən odlu silahla və diğər silah növlərindən atılan mərminin partlayışı nəticəsində şəhid oldu. 28 noyabr 2020-ci ildə Ağdam rayonu Quzanlı qəsəbəsində Şəhidlər Xiyabanında torpağa tapşırılmışdır.
Elçin Quliyev (əsgər, 1992)

Elçin Quliyev (əsgər, 2001)
Elçin Etibar oğlu Quliyev (24 avqust 2001; Məzrəli, İmişli rayonu, Azərbaycan — 10 oktyabr 2020; Suqovuşan, Tərtər rayonu, Azərbaycan) — Azərbaycan Silahlı Qüvvələrinin əsgəri, İkinci Qarabağ müharibəsi şəhidi. == Həyatı == Elçin Quliyev 24 avqust 2001-ci ildə İmişli rayonunun Məzrəli kəndində Etibar Quliyevin ailəsində anadan olmuşdur. 2007–2018-ci illərdə İmişli rayon Məzrəli kənd tam orta məktəbdə təhsil almışdır. Subay idi. == Hərbi xidməti == Elçin Quliyev 2019-cu ildə Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidməti tərəfindən hərbi xidmətə çağırılmışdı. Azərbaycan Silahlı Qüvvələrinin sıralarında, "N" saylı hərbi hissədə müddətli həqiqi hərbi xidmət edirdi. Azərbaycan Ordusunun əsgəri olan Elçin Quliyev 2020-ci il sentyabrın 27-də Azərbaycan Silahlı Qüvvələri tərəfindən Ermənistan işğalı altında olan ərazilərin azad edilməsi və Azərbaycanın ərazi bütövlüyünün bərpa olunması üçün başlanan İkinci Qarabağ müharibəsində könüllü atıcı olaraq iştirak etmişdir. Suqovuşanın azadlığı uğrunda gedən döyüşlərdə vuruşmuşdur. Elçin Quliyev 10 oktyabr 2020-ci ildə Tərtər rayonunun Suqovuşan qəsəbəsi istiqamətində döyüş tapşırığının yerinə yetirilməsi zamanı həlak olmuşdur. Doğulduğu İmişli rayonunun Məzrəli kəndində dəfn olunmuşdur.
Elçin Qurbanov
Elçin Qurbanov (22 yanvar 2002, Xanlıqlar, Qazax rayonu – 4 noyabr 2020, Şuşa rayonu) – Azərbaycan Silahlı Qüvvələrinin əsgəri, İkinci Qarabağ müharibəsi şəhidi. == Həyatı == Elçin Qurbanov 2002-ci il yanvarın 22-də Qazax rayonunun Xanlıqlar kəndində anadan olub. 2008–2017-ci illərdə Ş.Şahvələdov adına Xanlıqlar kənd tam orta məktəbində təhsil alıb. Subay idi. == Hərbi xidməti == Elçin Qurbanov 2020-ci ilin yanvarın 27-də müddətli həqiqi hərbi xidmətə çağırılıb. İkinci Qarabağ müharibəsinə qədər Azərbaycan Silahlı Qüvvələrinin "N" saylı hərbi hissəsində xidmət edirdi. Azərbaycan Ordusunun əsgəri olan Elçin Qurbanov 2020-ci il sentyabrın 27-də Azərbaycan Silahlı Qüvvələri tərəfindən Ermənistan işğalı altında olan ərazilərin azad edilməsi üçün başlanan İkinci Qarabağ müharibəsi zamanı Füzuli, Cəbrayıl, Xocavənd və Şuşa istiqamətində gedən döyüşlərdə iştirak edib. Elçin Qurbanov noyabrın 4-də Şuşanın azad edilməsi zamanı şəhid olub. Qazax rayonunun Xanlıqlar kəndində torpağa tapşırılıb. Azərbaycanın ərazi bütövlüyünün təmin edilməsi uğrunda döyüş əməliyyatlarına qatılan və hərbi hissə qarşısında qoyulmuş tapşırıqların icrası zamanı vəzifə borcunu şərəflə yerinə yetirdiyi üçün Azərbaycan Prezidenti İlham Əliyevin 15.12.2020-ci il tarixli Sərəncamına əsasən Elçin Qurbanov ölümündən sonra "Vətən uğrunda" medalı ilə təltif edildi.
Elçin Rəfiyev
Elçin Mirzəxan oğlu Rəfiyev (1986; Uzuntəpə, Cəlilabad rayonu, Azərbaycan SSR) — Azərbaycan Hərbi Hava Qüvvələrinin polkovnik-leytenantı. == Həyatı == Elçin Rəfiyev 1986-cı ildə Cəlilabad rayonunun Uzuntəpə kəndində anadan olub. == Hərbi xidməti == Elçin Rəfiyev Azərbaycan Hərbi Hava Qüvvələrinin sıralarında xidmət edir. Azərbaycan Hərbi Hava Qüvvələrinin polkovnik-leytenantı olan Elçin Rəfiyev 2020-ci il sentyabrın 27-də Azərbaycan Silahlı Qüvvələri tərəfindən Ermənistan işğalı altında olan ərazilərin azad edilməsi və Azərbaycanın ərazi bütövlüyünün bərpa olunması üçün başlanan Vətən müharibəsi zamanı Suqovuşan, Cəbrayıl və Füzuli istiqamətlərində Ermənistan Silahlı Qüvvələrinin dayaq məntəqələrinin, canlı qüvvələrinin məhv edilməsində fərqlənib. Azərbaycanın ərazi bütövlüyünün bərpa edilməsində xüsusi xidmətlərinə və işğal olunmuş ərazilərin azad olunması zamanı düşmənin məhv edilməsi üzrə qarşıya qoyulmuş döyüş tapşırığını yerinə yetirən zaman göstərdiyi qəhrəmanlıq nümunəsinə görə, həmçinin hərbi qulluq vəzifəsini yerinə yetirən zamanı igidliyin və mərdliyin nümayiş etdirilməsinə görə Azərbaycan Prezidenti İlham Əliyevin 09.12.2020-ci il tarixli Sərəncamına əsasən Elçin Rəfiyev "Qarabağ" ordeni ilə təltif edildi. Azərbaycanın Cəbrayıl rayonunun işğaldan azad edilməsi uğrunda aparılan döyüş əməliyyatlarına qatılaraq şəxsi igidliyi və şücaəti nümayiş etdirdiyinə görə Azərbaycan Prezidenti İlham Əliyevin 24.12.2020-ci il tarixli Sərəncamına əsasən Elçin Rəfiyev "Cəbrayılın azad olunmasına görə" medalı ilə təltif edildi. Azərbaycanın Xocavənd rayonunun işğaldan azad edilməsi uğrunda aparılan döyüş əməliyyatlarına qatılaraq şəxsi igidliyi və şücaəti nümayiş etdirdiyinə görə Azərbaycan Prezidenti İlham Əliyevin 25.12.2020-ci il tarixli Sərəncamına əsasən Elçin Rəfiyev "Xocavəndin azad olunmasına görə" medalı ilə təltif edildi. Azərbaycanın Füzuli rayonunun işğaldan azad edilməsi uğrunda aparılan döyüş əməliyyatlarına qatılaraq şəxsi igidliyi və şücaəti nümayiş etdirdiyinə görə Azərbaycan Prezidenti İlham Əliyevin 25.12.2020-ci il tarixli Sərəncamına əsasən Elçin Rəfiyev "Füzulinin azad olunmasına görə" medalı ilə təltif edildi. Azərbaycanın Suqovuşan qəsəbəsinin işğaldan azad edilməsi uğrunda aparılan döyüş əməliyyatlarına qatılaraq şəxsi igidliyi və şücaəti nümayiş etdirdiyinə görə Azərbaycan Prezidenti İlham Əliyevin 29.12.2020-ci il tarixli Sərəncamına əsasən Elçin Rəfiyev "Suqovuşanın azad olunmasına görə" medalı ilə təltif edildi.
Elçin Sadıqov (futbolçu)
Elçin Cahangir oğlu Sadıqov — (14 iyun 1989, Yelqava, Latviya SSR, SSRİ) — Azərbaycan futbolçusu, qapıçı. == Tərcümeyi halı == Elçin Cahangir oğlu Sadıqov 14 iyun 1989-cu ildə Latviya SSR-nin Yelqava şəhərində anadan olmuşdur. E. Sadıqov 1991-ci ildə ailəsi ilə birlikdə Azərbaycanın Zaqatala şəhərinə köçmüşdür. Burada beş il yaşadıqdan sonra ailə 1996-cı ildə Şəmkir şəhərinə köçmüşdür. Burada Elçin Sadıqov "Şəmkir" futbol klubunun uşaq qrupunda məşqlərə başlamışdır. 15 yaşında ikən Azərbaycanın yeniyetmələrdən ibarət yığma komandasının (U-17) heyətinə daxil edildiyinə görə daimi yaşamaq məqsədilə 2005-ci ildə Bakı şəhərinə getmişdir. == Klub karyerası == Elçin Sadıqov 2008-ci ildən Azərbaycan Premyer Liqasında "Neftçi" Bakı komandasının şərəfini qorumağa başlamışdır. Bu vaxta qədər o, klubun ikinci komandasında — "Neftçi-2" — nin heyətində çıxış etmişdir. 2007-ci il mövsümündə — 2 avqust 2007-ci ildə Elçin Sadıqov "Neftçi" futbol komandasının tərkibində UEFA Kuboku uğrunda mübarizədə Avstriyanın "Rid" komandasına qarşı oynamışdır. Həmin oyunda "Neftçi" komandası 2:1 hesabı ilə qələbə qazanmışdır.
Elçin Saleh oğlu Abbasov
Elçin Saleh oğlu Abbasov (1975 – 1994, Kəlbəcər rayonu) — Azərbaycanlı şəhid. == Həyatı == Abbasov Elçin Saleh oğlu 1975-ci ildə Gədəbəy rayonunun Şəkərbəy kəndində anadan olmuşdur. 1982-ci ildə Gədəbəy Şəkərbəy kənd orta məktəbinin birinci sinfinə getmiş, 1990-cı ildə həmin məktəbin 8-ci sinfini bitirmişdir. Sonra isə Bakıda texniki peşə məktəbində təhsilini davam etdirmiş və oradan da hərbi xidmətə göndərilmişdir. 1994-cü ildə Kəlbəcərdə şəhid olmuşdur.
Elçin Sangu
Elçin Sangu (d. 13 avqust 1985) — Türk aktrisa. == Bioqrafiyası == Çərkəz əslli olan Elçin Sangu, 1985-ci ilin Avqust ayının 13-də Türkiyənin İzmir ilində anadan olmuşdur. Sangu, universitet təhsilini Mersin Universitetinin Opera bölməsində tamamlamışdır. Sangu, Səhnə Tozu Teatrı-da aktyorluq təhsili aldıqdan sonra seriallarda aktyorluq etməyə başlamışdır. İlk olaraq 2011-ci ildə Elə Bir Keçər Zaman Ki (türk. Öyle Bir Geçer Zaman Ki) adlı serialda Jale obrazı ilə tanınmışdır. Ardından 2012-ci ildə Aşk Kaç Beden Giyer adlı serialda Nehir obrazını canlandırmışdır. Daha sonra Bir Eşq Hikayəsi (türk. Bir Aşk Hikayesi), Qurd Seyid və Şura (türk.
Elçin Sultanov
Elçin Hafiz oğlu Sultanov (d. 1959) — AMEA Zoologiya institutu, biologiya üzrə fəlsəfə doktoru, dosent == Həyatı == Elçin Hafiz oğlu Sultanov 20 may 1959 ildə Bakı şəhəri anadan olmuşdur. 1981 ci ildə M.V. Lomonosov adına Moskva Dövlət Universitetinin biologiya fakultəsini bitirmişdir. == Əsas elmi nailliyyətləri == Qafqazda oturaq meşə quşlarının coğrafi populyasiyalarının nəğmə quruluşu əsasında aşkar edilməsi. Talış populyasıyasının ən izolə olduğunu , böyük Qafqazın qərb hissəsinin populyasıyasının genetik cəhətdən ən qarışıq olduğunun aşkarlanması. Bir sıra sərçəkimi növlərinin Qafqazda və Azərbaycanda nəğmə və populyasiya quruluşunun tədqiqatı (meşə sərçəsi, böyük və qara arıquşları, mərcimək quşu, kiçik milçəkqapan, tarla vələmirquşu, sarıköynək və s. növlər). Azərbaycanda 17 Potnsial Ramsar (beynəlxalq əhəmiyyətlı) su-batalıq ətazilərinin Ramsar konvensyası kriteriləri əsasında meəyyən edilməsi və təsviri (Azərbaycanın Potensial Ramsar sahələri kitabının 2000 ildə nəşr edilməsi). Azərbaycanda bir sıra təhlükədə olan, beynəlxalq Qırmızı Siyahıya və Azərbaycan Qırmızı Kitabına düşən bir sıra növlərin tədqiqatı və alınmış nəticələr əsasında bu növlərin Azərbaycanda yayılması, sayı və yaşayış yerlərinə bağlılığının aşkar edilməsi, qorunması elmi tövsiyələrin verilməsi (qıvrımlələk qutan. göydimidik ördək, imperator qartalı, çöl muymulu, leşyeyən ağkərkəs, çığırqan cüllüt, kiçik əyridimdik, ağ durna və s.

Digər lüğətlərdə