Elşad Əhmədli
Elşad Əhmədli (1 noyabr 1981) – Gəncə Dövlət Dram Teatrı. Baş rejissor
== Həyatı ==
Əhmədov Elşad Eldar oğlu 1 noyabr 1981-ci ildə Gəncə şəhərində anadan olub.1998-ci ildə AzDMİU-nun Teatr və Kino sənəti fakültəsinin Dram-Kino aktyorluğu ixtisası üzrə Həsənağa Turabovun kursuna qəbul olunmuş və 2002-ci ildə ali təhsilini başa vurub , elə həmin ildə Hərbi xidmətə yollanmışdır. Universitetdə təhsil aldığı illərdə (2000–2002 ci il) Azərbaycan Akademik Milli Dram Teatrının truppasında 2-ci dərəcəli aktyor işləmişdir. 2002-ci ildə Azərbaycan Teatr Xadimləri İttifaqının keçirdiyi A.M.Şərifzadə adına "ÜFÜQ XXI" Eksperimental Tamaşalar Festivalında S.Bekketin "İlk məhəbbət" hekayəsi əsasında hazırlanmış eyniadlı mono tamaşadakı ifasına görə,festivalın "Ən cəsarətli yaradıcılıq işi" nominasiyası ilə təltif olunmuşdur. 2003-cü il sentyabrın 1-dən Gəncə Dövlət Dram Teatrında aktyor kimi əmək fəaliyyətinə başlamışdır. 2006-cı ildə "Açıq Cəmiyyət İnstitutu" və "YUĞ" Teatrının birgə təşiklatçılığı ilə "MƏN , SƏN , BİZ " Beynəlxalq Teatr Layihəsinin iştirakçısı olub. 2007-ci ildə Hüseyn Cavidin 125 illiyinə həsr olunmuş "Deyilən söz yadigardır" II Ümumrespublika bədii qiraət müsabiqəsinin III dərəcəli diplomu ilə təltif edilmişdir. Kamal Abdullanın "İstintaq" hekayəsinin motivləri əsasında səhnələşdirdiyi və quruluşçu rejissoru olduğu "Sərgərdan" psixo-dramtik-zikr tamaşası ilə 2011-ci ildə AzTXİ-nin keçirdiyi "Eksperimental tamaşalar" festivalının iştirakçısı olmuş və festivalın diplomu ilə təltif edilmişdir.
== Teatrda oynadığı rollar ==
R.İsmayılov "Son məktub" Rzabala (2003),İ.Əfəndiyev "Ağıllılar və dəlilər" Kərəm (2004),H.Mirələmov "Vicdanın hökmü" Sabir (2004),Ş.Əliyev "Nəsrəddin və Əzrayıl" Rəcəb (2005),N.Cəfərov "Buna da şükür" Eynəkli (2005),İ.Əfəndiyev "Qəribə oğlan" Otar (2006),C.Cabbarlı "Solğun çiçəklər" Bəhram (2006) Hidayət "Bu dünyanın adamları" Sarvan (2007), M.Haqverdiyev "Məhəbbət oyun deyil" Rüstəm (2007),İ.Məlikzadə "Yaxın adam" Xəlil (2008), Ə.Əmirli "Varlı qadın" Qara (2008), Elçin "Ölüm hökmü" Murad (2009),T.Cucenoğlu "Gözəlçələr" Apo (2009), M.F.Axundzadə "Müsyö Jordan və dərviş Məstəlişah" Şahbaz (2011), İftixar"Dan yeri söküləndə" Aşıq Əhsən (2012), K.Ağayeva "Məhsəti" Əmir Əhməd (2013), İ.Əfəndiyev "Unuda bilmirəm" Cəmil (2013), A.İdrisoğlu "Şah İsmayıl Xətai" Simasız hökmdar (2014),N.Dumbadze "Ağ bayraqlar" Qiqla (2014)
== Rejissor fəaliyyəti ==
2014-cü ildən GDDT-da quruluşçu rejissor kimi fəaliyyətə başlamış və aşağıdakı tamaşalara quruluş vermişdir.