ENİŞ-YOXUŞ

is. Eniş və yoxuş yer.
Yenə könlüm quşu; Dönmüş ovçu tərlana; Duymaz eniş-yoxuşu; Qanad çalır hər yana. A.Şaiq.

// Sif. mənasında.
…Ağıryüklü fayton əyri-üyrü və eniş-yoxuş yollara çatdıqda bir döngədə aşıb, oxu və çarxı sındı. S.S.Axundov.

// Zərf mənasında. Aşağı-yuxarı, hər tərəf mənasında. O qayıdıb bazara yönəldi.
Bazarı eniş-yoxuş gəzdi. S.Rəhimov.

ENİŞ
ENİŞ-YOXUŞLU

Digər lüğətlərdə