EVDARLIQ

is.
1. Heç bir idarə, ya müəssisədə işləməyib ancaq öz ev işləri ilə məşğul olma.
□ Evdarlıq etmək – öz ailə işləri ilə məşğul olmaq.
[Şahbaz bəy:] Arvad al, qoy evdə evdarlıq etsin, sən də kefdə, damaqda ol. S.S.Axundov.
[Məmməd:] Nə olub bəyəm, mən ölmüşəm ki, sən indidən evdarlıq eləyəsən? Mir Cəlal.

2. Evdar adamın xüsusiyyəti; ailəpərəstlik, ailəcanlılıq.
Baharın xasiyyətini, ləyaqətini və evdarlığını Rəhimə bəyənib evin cəmi ixtiyarını ona verdi. S.S.Axundov.

EVDAR
EVDOLUSU

Digər lüğətlərdə