FƏAL

[ ər. ]
1. sif. İşlək, çalışqan, işcil, fəaliyyətli, daim fəaliyyət göstərən, çox iş görən, çox işləyən. Çox fəal adamdır.
[Malik] Sona kimi bir neçə fəal gəncləri içəri apardı. M.İbrahimov.

// zərf Fəaliyyətlə, fəal surətdə, aktiv surətdə. İclasda fəal iştirak etmək.
2. is. Hər hansı bir kollektivin və s.-nin ən çalışqan, işcil, fəaliyyətli üzvü (çox vaxt cəm şəklində işlənir); aktivist. Partiya fəalları yığıncağı.
[Həsrət Yusifə:] Əyə, bəs bu kəndin fəalları hanı, partiya təşkilatı nə iş görür? B.Bayramov.

Sinonimlər (yaxın mənalı sözlər)

  • FƏAL FƏAL Sona kimi bir neçə fəal gəncləri içəri apardı (M.İbrahimov); AKTİV [Vahid:] Çünki bülbül aktivdir, gül passiv (M
  • FƏAL aktiv — çalışqan — işlək

Antonimlər (əks mənalı sözlər)

  • FƏAL FƏAL – PASSİV O nəinki fəal bir şəfqət bacısı, həm də Anita kimi qəhrəman bir qadın idi (S.Vəliyev); Vasilyevskayanın romanları passiv müşahidə məhsul
FEYZYAB
FƏALİYYƏT

Digər lüğətlərdə