FƏRASƏT

is. [ ər. ] Dərhal anlama, başa düşmə, dərk etmə, qavrama bacarığı, zehin itiliyi; ayıqlıq.
…Bu qədər uşaq içində hər kəs Qəhrəmanın zehnindən, fərasətindən, dərsindən danışırdı. S.Rəhimov.
Qızlar fərasətinə bələd olduqları Şamamaya dərhal hay verdilər. Ə.Əbülhəsən.

// Ağıl, dərrakə.
Övladə çatar həman cəhalət; Nə əql olur onda, nə fərasət. M.Ə.Sabir.
Hünərlə fərasət bir olan yerdə; Açılır taybatay bağlı qapılar. O.Sarıvəlli.

Sinonimlər (yaxın mənalı sözlər)

  • FƏRASƏT düşüncə — idrak — dərrakə
  • FƏRASƏT fəhm — bacarıq — qabiliyyət — məharət

Etimologiya

  • FƏRASƏT Ərəbcədir, “anlamaq qabiliyyəti” deməkdir. (Bəşir Əhmədov. Etimologiya lüğəti)
FƏRARİLİK
FƏRASƏTLİ

Digər lüğətlərdə