FƏRASƏTLİ

sif. Dərhal anlayan, başa düşən, dərk edən, qavrayan; itizehinli, dərrakəli, ayıq. Fərasətli uşaq.
[Komandir:] Bilirsinizmi, komandir yaxşı əsgəri ana fərasətli balasını sevdiyindən daha çox sevir. M.İbrahimov.
[Mirzə Cəmil:] Böyük bir törəmənin içində vur-tut fərasətlisi ortancıl əmimin madar oğlu idi ki, fələk bildir əlimdən aldı. Ə.Vəliyev.

Sinonimlər (yaxın mənalı sözlər)

  • FƏRASƏTLİ ağıllı — düşüncəli — zehinli — zəkalı — dərrakəli — mühakiməli
  • FƏRASƏTLİ fəhmli — bacarıqlı — məharətli — qabiliyyətli

Antonimlər (əks mənalı sözlər)

  • FƏRASƏTLİ FƏRASƏTLİ – MAYMAQ Rəhmətlik atası kimi çox ağıllı, fərasətlidir (S.Vəliyev); Görmürsən maymağın biridir (M
FƏRASƏT
FƏRASƏTSİZ

Digər lüğətlərdə