FƏTİR

is. [ ər. ] Mayalı və ya mayasız xəmirdən, bəzən yağ, cızdaq, və s. qatılaraq təndirdə və ya sacda bişirilən çörək. Mayalı fətir. Fətir bişirmək. Fətir üçün xəmir yoğurmaq.
– Sona xala əlində bir podnos, içində … qaymaq, yağ, yağlı fətir … masaya süfrə salıb, məni oraya təklif etdi. S.S.Axundov.
Qara oğlan əlindəki fətiri yeyib qurtardı, ovcu ilə dodaqlarını sildi. M.Hüseyn.

// etnoqr. Toyda oğlan evindən qız evinə göndərilən xüsusi yapılmış iri yağlı çörək.

Etimologiya

  • FƏTİR Ərəb sözüdür, lavaşabənzər çörək növüdür. (Bəşir Əhmədov. Etimologiya lüğəti)
FƏTHƏ
FƏTİRSİFƏT

Digər lüğətlərdə