FİNİŞ

[ ing. finish – son]
1. Sürət idman yarışlarının həlledici son hissəsi. Qaçışın finişi.
2. Belə yarışlarda distansiyanın son nöqtəsi. Finişə birinci çatmaq.
// Məc. mənada.
Sənsiz olacağam deməyə gəlmir dilim; Kim bilir, hardadır; ömür yolunun finişi. R.Rza.

Antonimlər (əks mənalı sözlər)

  • FİNİŞ FİNİŞ – START Kim bilir: haradadır; ömür yolunun finişi (R.Rza); Yaxşı start götürmüşlər
FİNCƏ
FİNKA

Digər lüğətlərdə