FIRE-PAN
FIRE-WATCHER
OBASTAN VİKİ
Ebenezer Place
Ebenezer-pleys (ing. Ebenezer Place) — dünyanın ən kiçik küçəsi; uzunluğunun cəmi 2,06 metrdir və sadəcə bir evin divarını əhatə edir.Ebenezer-leys Böyük Britaniyada, daha dəqiqi Şotlandiyanın kiçik şəhəri olan Uikdə (ing. Wick) yerləşir.Divarını əhatə etdiyi evin inşası başa çatdıqdan sonra, 1883-cü ildə həmin ev heç bir küçəyə aid olunmadığından, bu ev üçün xüsusi olaraq bu küçəni salmışdırlar. Beləliklə də, Ebenezer-pleys ən kiçik küçə adını almışdır.Küçə yalnız 2006-cı ildə dünyanın ən kiçik küçəsi kimi Ginnesin Rekordlar Kitabına daxil ola bilmişdir.
Pennzoil Place
Pennzoil Place - iki 36 mərtəbəli göydələndən təşkil olan kompleks. Binalar Hyuston şəhərində yerləşirlər. Onların tikintisi 1975-ci ildə bitmişdi. Tikintilərin hündürlüyü 151 metrdir.
Place (Reddit)
Place — 2017-ci ilin Ümumdünya Gülüş Günündə başlayan və 2022-ci ilin Ümumdünya Gülüş Günündə beş ildən sonra yenidən canlandırılan sosial şəbəkə saytı Reddit-də təşkil edilən birgə layihə və sosial eksperiment idi. 2017 eksperimenti, r/place adlı subredditdə yerləşən onlayn lövhədən ibarət idi və qeydiyyatdan keçmiş istifadəçilər 16 rəngli palitradan tək bir pikselin rəngini dəyişdirərək lövhəni redaktə edə bilərdilər. Hər piksel yerləşdirildikdən sonra taymer istifadəçiyə 5 ilə 20 dəqiqə arasında dəyişən müddət ərzində daha çox piksel yerləşdirməyə icazə vermədi. Eksperiment ideyası Coş Uordl tərəfindən hazırlanmışdır.
Arcade Fire
Arcade Fire (Arkeyd Faer) – Kanada Alternativ rok və İndi-rok rok qrupu. == Qrupun tarixi == Qrup 2003-ci ildə Monrealda evli cütlük Uin Batler və Redjin Şassen'in birgə düetindən sonra yaranmışdır. Qrupun üç albomu yüksək dərəcəli təqdirə layiq görüldü. Qrupun Funeral (2004) albomu MTV'nin "İlin ən yaxşı 50 albomu" (50 Greatest Albums of the Year) siyahısında birinci yeri tutdu və Qremmi mükafatının 2 nominasiyası ilə təltif edildi. Qrupun ikinci albomu Neon Bible (2007) Kanadanın və İrlandiyanın albom siyahılarına başçılıq edirdi. ABŞ'da və Böyük Britaniyada ikinci yerə qədər qalxan albom, 2007-ci ildə Q (jurnal) tərəfindən "İlin ən yaxşı albomları" siyahısında 1-ci yerə layiq görüldü. 2008-ci ildə albom Brit Awards'da namizədliyini irəli sürdü və "Best Alternative Album of the Year" nominasiyasında Juno Awards laureatı aldı. Qrupun üçüncü albomu The Suburbs 2010-cu ildə ən yaxşı albom kimi Qremmi mükafatı aldı.
Eternal Fire
Eternal Fire – 2021-ci ildə Furkan Güven tərəfindən yaradılmış Türkiyə kiberidman klubu. Klubun "League of Legends", "Counter-Strike: Global Offensive" və "Valorant" bölmələri fəaliyyət göstərir. == League of Legends == 2023-cü ildə "5 Ronin" klubunun Türkiyə Çempionluq Liqasından kənarlaşdırılmasının ardından "Eternal Fire" öz komandasını yaradacağını və yay splitinə qatılacağını açıqlamışdır. Komandanın heyəti hələki məlum deyil.
BG Group Place
BG Group Place hündürlüyü 192 m olan Texasın Hyuston şəhərindən yerləşən 46 mərtəbəli binadır. == Qalereya == == İstinadlar == == Xarici keçidlər == Rəsmi sayt BG Group Place на Hines Green is the new tall in Houston skylines.
Dance of Fire
Dance of Fire — Əzizə Mustafazadənin 1995-ci ildə çıxan üçüncü albomu. Albomun dünya üzrə təqribən 2 milyondan çox nüsxə satışı qeydə alınmışdır.
Start a Fire
Start a Fire — Azərbaycanın 2014 Avroviziya Mahnı Müsabiqəsindəki Dilarə Kazımova tərəfindən ifa edilən mahnı. Mahnının sözlərinin və musiqisinin müəllifləri isveçli Stefan Örn, Yohan Kronlund və Alessandra Günthartdırlar. Bu il Dilarə Kazımovanın mahnısında Azərbaycan milli musiqisinin aləti olan balabandan istifadə olunur və həmçinin klipdə də balaban göstərilmişdir.
Fire of Love (Pali się)
Fire of Love (Pali się) (azərb. Sevgi atəşi (Yan)‎) — Polşanın 2019 Avroviziya Mahnı Müsabiqəsindəki mahnısı.Tulia qrupu "Fire of Love (Pali się)" mahnısı ilə Polşanı İsrailin Tel-Əviv şəhərində keçirilən Avroviziya 2019-da təmsil etmişdir. Mahnının musiqisi və sözləri Sonya Krasnıy, Allan Riç və Cud Fridmana aiddir.
Mount & Blade: With Fire & Sword
Mount & Blade: Odla və qılıncla (İngilis dili ndə: Mount & Blade: With Fire & Sword) orta əsrlər mövzusuna aid bir rol oynamalı videooyundur. TaleWorldsun icazəsi ilə Sich Studio adlı bir rus şirkəti tərəfindən hazırlanmış oyun, 2008-ci ildə buraxılmış oyun Mount & Blade üçün müstəqil bir genişləndirmə paketidir. Paradox Interactive tərəfindən dünyada 3 may 2011-ci ildən istifadəyə verilmişdir. XVII əsr Avropasında baş verən hekayədə bəzi personajlar Nobel mükafatı laureatlı müəllif Henrik Senkeviçin Odla və qılıncla adlı kitabından götürülmüşdür. == Məzmunu == Hadisələr XVII əsr Avropasında baş verir. Xəritə Qara dənizdən Skandinaviyaya qədər uzanır. Oyunda olan xəritədəki şəhərlər əsl memarlıq formasında miqyasları kiçildilmişdir. Şəhərlər kifayət qədər böyükdür. Binalar və onların daxili strukturları çox xırda detallarına qədər göstərilmişdir. Şəhərlərdə yeraltı zirzəmilər/tunellər mövcuddur.