GÜLƏŞ

bax gülər.
[Pərinin] güləş sifəti və hər nə deyiləndə “bəli” deməyi elçilərə çox xoş gəldi. Çəmənzəminli.
Günorta xəttini aşırdı günəş; Qaçaqlar meşədə, üzləri güləş. H.K.Sanılı.

Sinonimlər (yaxın mənalı sözlər)

  • GÜLƏŞ çarpışma — tutuşma — qapışma
  • GÜLƏŞ mehriban — gülərüzlü — üzügülər — iltifatlı
  • GÜLƏŞ I GÜLƏŞ Kişilər dəm vurur pəhləvanlıqdan; Güləşdən, güllədən, ölümdən, qandan (S.Vurğun); GÜLƏŞMƏ, QURŞAQTUTMA

Omonimlər

  • GÜLƏŞ GÜLƏŞ I is. idm. İdmanın bir növü. Güləş bir-iki saat davam eləyirdi (Ə.Əylisli). GÜLƏŞ II f. Qurşaq tutmaq

Antonimlər (əks mənalı sözlər)

  • GÜLƏŞ GÜLƏŞ – QƏMLİ Güləş qadınlar həmişə şən görünür (“Azərbaycan”); Burada qəmli bir sükut hakim idi (Mir Cəlal)
GÜLƏŞ₁
GÜLƏŞÇİ
OBASTAN VİKİ
Güləş
Güləş — iki nəfərin əl-ayaq vasitəsilə digərini arxası üstə yıxmağa cəhd etdiyi idman növü. == Ümumi məlumat == Güləş idmanın ən qədim növlərindən biridir. Hələ eramızdan 2500 il əvvəl Misirdə güləş ilə məşğul olurdular. Qədim yunanlar da idmanın bu növünü sevirdilər. O vaxtlar adətən qumla örtülü meydançada güləşirdilər. İdmançıların çılpaq bədənlərinə qum yapışır və onların bədənləri nisbətən az sürüşkən olurdu; bu zaman idmançılar bir-birindən möhkəm yapışa bilirdilər. Pəhləvanlar meydanda dolaşır, elə bil ki, bir-birini başdan-ayağa süzür və birdən hücuma keçirdilər. Hər güləşçinin sevimli bir fəndi vardır[mənbə göstərin]. Biri öz rəqibinin ayağından tutmağa çalışır, o birisi isə onun başını qoltuğu altında sıxırdı. Rəqibinin çiynini, kürəyini və ya dizini üç dəfə yerə vuran güləşçi qalib sayılırdı.
Güləş (1970)
Güləş (mahnı)
Pankreas güləş
Peşəkar güləş (ingiliscə professional wrestling) toxumları Avropada atılmış, sonra isə ABŞ-yə qədər gedib çıxmış ən çox Amerikan güləşi və ya Pankreas güləş kimi tanınan idman növü. Günümüzün ən çox tanınan peşəkar güləş federasiyası WWE yəni; World Wrestling Entertainmentdir. Peşəkar güləş, digər güləş növlərinin əksinə bir "əyləncə idmanı"dır yəni, şoudur. Edilən matçların, yaşanan hadisələrin, danışmaların hamısı, çox ağıllıca hazırlanmış bir ssenarinin məhsuludur və nəticələri güləşçilər, ssenari qrupu və bəzi vəzifəlilər xaricində kimsə bilməz. İdmançılar ümumiyyətlə çox çalışqan şəxsiyyətlərdir və həftənin böyük bir hissəsinini ring içində tətbiqləri lazım olan hərəkətləri, ssenariləri çalışmaq üçün keçirərlər.WWE-in xaricində ən tanınmış güləş federasiyaları; Total Nonstop Action, Ring of Honor kimi ABŞ əsaslı güləş quruluşlarıdır. Hər idmançının bir gimmicki yəni; xarakteri vardır. Buna ən yaxşı nümunə, əfsanə ad Undertakerdir. Undertaker, ring içində Dead Man(Ölü adam) xarakterinə malikdir amma əslində o da hər kəs kimi normal bir insandır. Mikrofon performansı, karizma və ring içi qabiliyyəti, bu idman da müvəffəqiyyət üçün lazımlı olan ən əhəmiyyətli meyarlardır.
Peşəkar güləş
Peşəkar güləş (ingiliscə professional wrestling) toxumları Avropada atılmış, sonra isə ABŞ-yə qədər gedib çıxmış ən çox Amerikan güləşi və ya Pankreas güləş kimi tanınan idman növü. Günümüzün ən çox tanınan peşəkar güləş federasiyası WWE yəni; World Wrestling Entertainmentdir. Peşəkar güləş, digər güləş növlərinin əksinə bir "əyləncə idmanı"dır yəni, şoudur. Edilən matçların, yaşanan hadisələrin, danışmaların hamısı, çox ağıllıca hazırlanmış bir ssenarinin məhsuludur və nəticələri güləşçilər, ssenari qrupu və bəzi vəzifəlilər xaricində kimsə bilməz. İdmançılar ümumiyyətlə çox çalışqan şəxsiyyətlərdir və həftənin böyük bir hissəsinini ring içində tətbiqləri lazım olan hərəkətləri, ssenariləri çalışmaq üçün keçirərlər.WWE-in xaricində ən tanınmış güləş federasiyaları; Total Nonstop Action, Ring of Honor kimi ABŞ əsaslı güləş quruluşlarıdır. Hər idmançının bir gimmicki yəni; xarakteri vardır. Buna ən yaxşı nümunə, əfsanə ad Undertakerdir. Undertaker, ring içində Dead Man(Ölü adam) xarakterinə malikdir amma əslində o da hər kəs kimi normal bir insandır. Mikrofon performansı, karizma və ring içi qabiliyyəti, bu idman da müvəffəqiyyət üçün lazımlı olan ən əhəmiyyətli meyarlardır.
Professional güləş
Peşəkar güləş (ingiliscə professional wrestling) toxumları Avropada atılmış, sonra isə ABŞ-yə qədər gedib çıxmış ən çox Amerikan güləşi və ya Pankreas güləş kimi tanınan idman növü. Günümüzün ən çox tanınan peşəkar güləş federasiyası WWE yəni; World Wrestling Entertainmentdir. Peşəkar güləş, digər güləş növlərinin əksinə bir "əyləncə idmanı"dır yəni, şoudur. Edilən matçların, yaşanan hadisələrin, danışmaların hamısı, çox ağıllıca hazırlanmış bir ssenarinin məhsuludur və nəticələri güləşçilər, ssenari qrupu və bəzi vəzifəlilər xaricində kimsə bilməz. İdmançılar ümumiyyətlə çox çalışqan şəxsiyyətlərdir və həftənin böyük bir hissəsinini ring içində tətbiqləri lazım olan hərəkətləri, ssenariləri çalışmaq üçün keçirərlər.WWE-in xaricində ən tanınmış güləş federasiyaları; Total Nonstop Action, Ring of Honor kimi ABŞ əsaslı güləş quruluşlarıdır. Hər idmançının bir gimmicki yəni; xarakteri vardır. Buna ən yaxşı nümunə, əfsanə ad Undertakerdir. Undertaker, ring içində Dead Man(Ölü adam) xarakterinə malikdir amma əslində o da hər kəs kimi normal bir insandır. Mikrofon performansı, karizma və ring içi qabiliyyəti, bu idman da müvəffəqiyyət üçün lazımlı olan ən əhəmiyyətli meyarlardır.
Güləş (film, 1970)
Güləş Olimpiya oyunlarında
Güləş Olimpiya oyunlarında-Güləşin Olimpiya proqramına daxil edilmiş üç növü var: Yunan-Roma güləşi, kişilər arasında sərbəst güləş və qadın güləşi (yəni, qadınlar arasında sərbəst güləş). == Faktlar və rəqəmlər == Baron Pyer de Koubertin qədim ənənələrini nəzərə alaraq güləşi 1896-cı ildə keçirilmiş müasir Olimpiya Oyunlarının səkkiz əsas idman növündən biri adlandırmışdı. Azərbaycan 1996-cı ildən indiyə kimi keçirilmiş bütün Olimpiya Oyunlarında güləş üzrə 4-ü qızıl olmaqla ümumilikdə 14 medal qazanıb.
Güləş Qrosmeysteri (1964)
== Məzmun == Film sərbəst güləş üzrə dünya, Avropa və Sovet İttifaqı çempionu Aydın İbrahimov haqqında danışır.
Güləş 2015 Avropa Oyunlarında
== Ümumi məlumat ==
Güləş qrosmeysteri (film, 1964)
== Məzmun == Film sərbəst güləş üzrə dünya, Avropa və Sovet İttifaqı çempionu Aydın İbrahimov haqqında danışır.
Güləş yay Olimpiya oyunlarında
Güləş Olimpiya oyunlarında-Güləşin Olimpiya proqramına daxil edilmiş üç növü var: Yunan-Roma güləşi, kişilər arasında sərbəst güləş və qadın güləşi (yəni, qadınlar arasında sərbəst güləş). == Faktlar və rəqəmlər == Baron Pyer de Koubertin qədim ənənələrini nəzərə alaraq güləşi 1896-cı ildə keçirilmiş müasir Olimpiya Oyunlarının səkkiz əsas idman növündən biri adlandırmışdı. Azərbaycan 1996-cı ildən indiyə kimi keçirilmiş bütün Olimpiya Oyunlarında güləş üzrə 4-ü qızıl olmaqla ümumilikdə 14 medal qazanıb.
Güləş üzrə Avropa Çempionatı
== Yarışlar ==
Güləş 1948 Yay Olimpiya Oyunlarında
1948 Yay Olimpiya Oyunlarında həm sərbəst, həm də Yunan-Roma növündə güləş üzrə yarışlar keçirilirdi. Yarışlar yalnız kişilər arasında keçirilirdi, növlərin hər birində iştirakçılar 8 çəki kateqoriyasına bölünmüşdülər. Sərbəst güləş iyul ayının 29-undan 31-nə kimi, Yunan-Roma güləşi isə avqust ayının 3-ündən 6-na kimi keçirilmişdir. == İştirakçı ölkələr == London Oyunlarında ümumlikdə 29 ölkədən 219 güləşçi iştirak etmişdir.Əlavə oxu - Pakistan dörd güləşçi yollamışdı, lakin onlar sərbəst güləş yerinə səhvən Yunan-Roma növünə daxil olduğlarından, yarışda iştirak edə bilmədilər. == Medal cədvəli == == İstinadlar == == Xarici keçidlər == "Olympic Medal Winners". International Olympic Committee. İstifadə tarixi: 2006-12-05.
Güləş üzrə Dünya çempionatı (2009)
21-27 sentyabr 2009-cu il tarixində Danimarkanın Herninq şəhərində keçirilib. === Azərbaycan komandası === Sərbəst güləş üzrə Azərbaycan komandasının heyətində Namiq Sevdimov (55 kq), Zəlimxan Hüseynov (60 kq), Cəbrayıl Həsənov (66 kq), Çamsulvara Çamsulvarayev (74 kq), Şərif Şərifov (84 kq), Xetaq Qazyumov (96 kq) və Əli İsayev (120 kq) iştirak ediblər. Qadınlardan ibarət Azərbaycan yığma komandasında Mariya Stadnik (48 kq), Sona Əhmədli (55 kq), Yuliya Radkeviç (59 kq), Olesya Zamula (63 kq), Zümrüd Qurbanhacıyeva (67 kq) və Dina İvanovanın (72 kq) olublar. Yunan-Roma güləşi üzrə Azərbaycan yığmasını Rövşən Bayramov (55 kq), Vitali Rəhimov (60 kq), Fərid Mansurov (66 kq), Rafiq Hüseynov (74 kq), Şalva Qadabadze (84 kq) və Denis Mişin (96 kq) təmsil ediblər. === 21.09.2009 === Sərbəst güləş (kişilər): 55 kq 66 kq 96 kq === 22.09.2009 === Sərbəst güləş (kişilər): 60 kq 84 kq 120 kq === 23.09.09 === Sərbəst güləş (kişilər): 74 kq Sərbəst güləş (qadınlar): 48 kq 51 kq === 24. 09. 09 === Sərbəst güləş (qadınlar): 55 kq 59 kq 63 kq 25. 09. 09 Sərbəst güləş (qadınlar) 67 kq 72 kq Yunan-Roma güləşi (kişilər): 55 kq 26. 09.
Sərbəst güləş
Sərbəst güləş — güləş növü. Sərbəst güləş, güləşin iki qolundan biridir. Olimpiya oyunlarında idman növləri arasında mühüm yer tutur. Qədim tarixi dövürlərdən bu yana xalqımızın ata idman növü hesab olunan güləş bu gündə gənclərimiz arasında sevilir.Sərbest güləşdə əsas məqsəd rəqibin belini tez bir zamanda döşəyə vurmaq hədəf götürülür.Yunan-Roma güləşindən fərqli olaraq,rəqibin ayaqlarından tutaraq fənd tətbiq etmək olar.Həmçinin güləşçi öz ayaqlarından da badalaq atmaq üçün və ya çarpaz fəndlər tədbiq etməklə xal əldə edə bilər.Güləş Olimpiya ailəsinə 1904 cü-ildə qəbul olunub.2004 cü-ildən etibarən isə,qadınlarında güləş üzrə Olimpiya oyunlarında iştiraklarına icazə verilib. İlk baxışdan klassik güləşməyə oxşayır. Lakin klassik güləşmədən fərqli olaraq sərbəst güləşmədə qarpız yemək, badalaq gəlmək, beldən aşağı yapışmaq olar. Sərbəst güləşmədə də bəzi xalqların güləş fəndlərindən istıfadə edilir.
Yağlı güləş
Yağlı güləş (türk. Yağlı Güreş) — türk milli güləş növü. Güləş zamanı güləşçilər bədənlərini yağladıqları üçün yağlı güləş adlanır. Onlar bədənlərini zeytun yağı ilə yağlayırlar. Döyüş Ər meydanı adlı məkanda baş tutur. Güləş ümumən qədim türk idman növüdür. Mərkəzi Asiyada Tatar, Özbək və Tuva güləşlərini buna misal göstərmək olar. Güləşçilər Bahadır adlanır. Bahadırlar xüsusi şorta bənzər geyim geyirlər. Digər Olimpiya güləş növlərindən fərqlənir.
Güləş (Azərbaycan)
Güləş və ya Azərbaycan milli güləşi — Azərbaycanın milli döyüş sənəti. Bakı və onun ətraf ərazilərində — Maştağa, Nardaran, Buzovna, Zabrat kimi qəsəbələrdə, həm də Azərbaycanın bir çox rayon və şəhərlərində Gəncə, Şəki, Qazax, Salyan, Tovuz, Zaqatala və s. məşhurdur. Azərbaycan milli güləşi zamanı pəhləvanların görüşdükləri meydan isə zorxana adlanır. 2022-ci ildə güləş "Pəhləvanlıq sənəti: ənənəvi zorxana oyunları, idman növləri və güləş" irsinin tərkib hissəsi olaraq Azərbaycanda UNESCO-nun qeyri-maddi mədəni irs siyahısına daxil edilmişdir. == Tarixi == Azərbaycan xalqının bədən tərbiyəsinin ən mühüm vasitələrindən biri qədim zamanlardan xalq güləşi olub. Xalq güləşi üzrə həmişə yerli yarışlar keçirilib. Rəsmi olaraq isə Azərbaycanda 1937-ci ildən həm rayon, şəhər, həm də respublika birinciliyi uğrunda yarışlar keçirilir. Güləşin tarixinin yenidən yaradılması və güləş qaydalarının sistemləşdirilməsi istiqamətində çoxlu işlər gənc azərbaycanlı alim, Azərbaycan Bədən Tərbiyəsi İnstitutunun dosenti E. Rəhimov tərəfindən aparılmışdır. Pəhləvanların görüşü, tarixi salnamələrin yazdığı kimi, çox vaxt bütün orduların döyüşünün taleyini həll edirdi.
Azərbaycan Güləş Federasiyası
Azərbaycan Güləş Federasiyası (AGF) — Azərbaycanda güləş idman növünün inkişafı və tənzimlənməsini təmin edən qurumdur. 1993-cü ildə təsis olunub. 8 dekabr 2021-ci ildə AGF-nin Ümumi Yığıncağının növbədənkənar iclası keçirilib və Mikayıl Cabbarov federasiyanın prezidenti seçilib. == Tarix == 1993-cü il – Azərbaycan Güləş Federasiyası təsis olunub. AGF 1993-cü ildə Beynəlxalq Güləş Federasiyaları Assosiasiyasına (FİLA, indiki adı ilə UWW) üzv qəbul olunub. 1993-1997-ci illərdə Etibar Məmmədov, 1997-2007-ci illərdə Abbas Abbasov, 2007-2018-ci illərdə Fazil Məmmədov və 2018-2021-ci illərdə Namiq Əliyev AGF-nin prezidenti vəzifəsini icra edib. 2021-ci ildə AGF-nin Ümumi Yığıncağının növbədənkənar iclası keçirilib və Mikayıl Cabbarov federasiyanın prezidenti seçilib.. == Hüquq və vəzifələri == Azərbaycan Güləş Federasiyası güləş üzrə idman klublarının və cəmiyyətlərinin könüllülük, üzvlərinin hüquq bərabərliyi prinsipləri əsasında yaradılan, güləş idman növünün Azərbaycanda inkişafını təmin edən qeyri-hökumət təşkilatıdır və fəaliyyəti Azərbaycan Respublikasının ərazisini əhatə edir. Azərbaycan Güləş Federasiyasının hüquq və vəzifələri “Bədən tərbiyəsi və idman haqqında” qanunla tənzimlənir. == Fəaliyyəti və təşkil edilmiş yarışlar == 2002-ci il – Kişilər arasında sərbəst güləş üzrə Avropa Çempionatı isə Bakıda təşkil olunub.
2014 Dünya Güləş Çempionatı
2014 Dünya Güləş Çempionatı — FİLA-nın sərbəst və yunan-roma stili çempionlarını eyni şəhər və zaman dilimində təşkil etdiyi 10-cu Dünya Çempionatıdır. Turnir 8-14 sentyabr aralığında Özbəkistanın paytaxtı Daşkənd şəhərində təşkil olunmuşdur. == Medal cədvəli == == Komanda reytinqi == == Medalların sıralanması == == İştirak edən ölkələr == Turnirdə 81 ölkədən 692 idmançı iştirak etmişdir.
2015 Avropa Oyunlarında güləş
== Ümumi məlumat ==
Azərbaycan milli güləş komandası
Güləş üzrə Avropa çempionatları
== Yarışlar ==
2002 Güləş üzrə Avropa Çempionatı
2002-ci ildə kişilər arasında Yunan-Roma güləşi üzrə Avropa Çempionatı və qadınlar arasında sərbəst güləş üzrə Avropa Çempionatı Finlandiyanın Seynayoki şəhərində keçirilmişdir, kişilər arasında sərbəst güləş üzrə Avropa Çempionatı isə Bakıda təşkil olunmuşdur.
2007 Güləş üzrə Dünya Çempionatı
Güləş üzrə dünya çempionatı 2007-ci il, sentyabrın 23-dən 17-dək Bakıda, Azərbaycanın paytaxtında keçirilib. Yarış Heydər Əliyev adına İdman-konsert kompleksində keçirilmiş, həmçinin 2008-ci il Pekin Olimpiadasına təsnifat turunun hissəsi idi. Belə ki, bütün çəki dərəcələri üzrə ilk 8 yeri tutmuş idmançılar olimpiya oyunlarına vəsiqə aldılar. Bu dünya çempionatında 92 ölkədən 810 idmançı çıxış edib, 25-dan çox ölkədən 130-yə yaxın jurnalist isə çempionatın gedişini izləyib. == Açılış mərasimi == Çempionatın açılış mərasimində həmçinin Azərbaycan Milli Olimpiya Komitəsinin və Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev, Heydər Əliyev adına Fondun prezidenti, YUNESKO-nun və İSESKO-nun xoşməramlı səfiri, Mehriban Əliyeva iştirak etmişlər. Açılış mərasimində çıxış edən Azərbaycan Respublikası gənclər və idman naziri Azad Rəhimov və Azərbaycan güləş Federasiyasının prezidenti Fazil Məmmədov beynəlxalq idman yarışlarında, son 10 ildə Azərbaycanda keçirilən olimpiya oyunlarında azərbaycan güləşçilərinin və nailiyyətləri haqqında məlumat vermişlər. Beynəlxalq güləş assosiasiyaları federasiyasının prezidenti (FILA) Rafael Martinetti çıxış etmişdir.Daha sonra Azərbaycan Prezidenti, Milli Olimpiya Komitəsinin prezidenti İlham Əliyev, Azərbaycanın həyata keçirdiyi işləri qeyd edib. Sonra Rafael Martinetti Azərbaycan Prezidenti İlham Əliyevə FILA ali mükafatını — "idman Əfsanəsi" medalını təqdim edib. == İştirakçılar == Çempionatda dünyanın 92 ölkəsinin nümayəndələri iştirak edib. Sərbəst güləş üzrə 313, qadın 198, yunan-roma növündə isə 299 idmançı iştirak edib.
Elçin Əliyev (güləşçi)
Elçin Əliyev (26 aprel 1990, Azərbaycan) — 2007-2013-cü illərdə Azərbaycanı, 2018-2021-ci illərdə isə Türkiyəni təmsil edən yunan-roma güləşçisi, 2010 və 2012-ci illərdə Avropa Çempionatının qalibi. == Karyerası == Elçin Əliyev 2007-ci ildə Belqrad şəhərində (Serbiya) baş tutan gənclər arasında Avropa Çempionatının qalibi oldu. 2008-ci ildə isə o, İstanbul şəhərində gənclər arasında Dünya Çempionatını 8-ci pillədə başa vurdu. Daha sonra Elçin Əliyev 2009-cu ildə Fransada Kristo Lutte Turnirini qızıl medalla, Azərbaycanda Qızıl Qran-Pri beynəlxalq turnirini isə 7-ci pillədə başa vurdu. 2010-cu ilin yanvarında İstanbul şəhərində Vəhbi Əmrə Turnirinin qalibi olan Elçin Əliyev, apreldə Avropa Çempionatında debüt elədi. Azərbaycanda baş tutan Avropa Çempionatının 1/8 final mərhələsində Ukrayna nümayəndəsi Vüqar Rəhimova, 1/4 final mərhələsində Norveç nümayəndəsi Anders Renningena, 1/2 final mərhələsində isə Bolqarıstan nümayəndəsi Alexander Kostadinova qalib gələn Elçin Əliyev, final görüşündə Rusiya nümayəndəsi, olimpiya çempionu Nazir Manqiyev üzərində qələbə qazandı və Avropa Çempionatının qalibi oldu. Daha sonra Elçin Əliyev iyulda Azərbaycanda Qızıl Qran-Pri beynəlxalq turnirini və sentyabrda Rusiyada Dünya Çempionatını 8-ci pillələrdə başa vurdu. 2011-ci ildə isə Elçin Əliyev sadəcə İstanbul şəhərində Vəhbi Əmrə Turnirində mübarizə apardı və turnirin bürünc medalına sahib oldu. Elçin Əliyev 2012-ci ilin yanvarında İstanbul Qran-Prisini bürünc medalla başa vurdu. Daha sonra o, martda Avropa Çempionatında mübarizə apardı Serbiyanın Belqrad şəhərində baş tutan Avropa Çempionatının 1/8 final mərhələsində Ermənistan nümayəndəsi Roman Amoyana, 1/4 final mərhələsində Ukrayna nümayəndəsi Dmitri Xaroya, 1/2 final mərhələsində isə Türkiyə nümayəndəsi Fatih Üçüncüya qalib gələn Elçin Əliyev, final görüşündə Macarıstan nümayəndəsi Peter Modos üzərində qələbə qazandı və növbəti dəfə Avropa Çempionatının qalibi oldu.
Güləşçi
Güləşçi — İdmanın güləş növü ilə məşğul olan şəxs
Həsən Əliyev (güləşçi)
Həsən Əliyev (14 noyabr 1989, Qazax) — Azərbaycanı təmsil edən yunan-roma güləşçisi və məşqçisi, 2010-cu il Avropa Çempionatının və Dünya Çempionatının qalibi. == Karyerası == Həsən Əliyev 2006-cı ilin iyulunda İstanbulda yeniyetmələr arasında Avropa Çempionatının final görüşündə məğlub olaraq turnirin gümüş medalına sahib oldu. 2007-ci il ərzində gənclər arasında Dünya və Avropa Çempionatlarında uğursuz çıxış edən Həsən Əliyev 2008-2010-cu illərdə Azərbaycan idmanı tarixində bir sıra uğurlara imza atdı. Həsən Əliyev 2008-ci ilin iyulunda Kosiçe şəhərində gənclər arasında Avropa Çempionatının qalibi oldu. Həsən Əliyev 2009-cu ilin iyununda növbəti dəfə gənclər arasında Avropa Çempionatının qalibi olan Həsən Əliyev həmin ilin avqustunda gənclər arasında Dünya Çempionatının da qızıl medalına sahib oldu. Karyerasının zirvəsu isə 2010-cu ildə oldu. Həsən Əliyev ilin əvvəlində, yanvarda İstanbul şəhərində Vəhbi Əmri Turnirinin, martda isə Sombatxey şəhərində Macarıstan Qran-Prisinin qalibi oldu. Apreldə Azərbaycanda baş tutan Avropa Çempionatında bütün rəqibləri üzərində qələbə qazanan Həsən Əliyev Avropa çempionu adına sahib oldu. İyulda Qızıl Qran-Pri beynəlxalq turnirində də qızıl medala sahib olan Həsən Əliyev sentyabrda Rusiyada baş tutan Dünya Çempionatında da bütün rəqibləri üzərində qələbə qazanaraq turnirin qalibi oldu. Bir il ərzində Dünya və Avropa Çempionatıda daxil olmaqla mübarizə apardığı bütün beynəlxalq turnirlərdə qələbə qazanan Həsən Əliyev Dünya və Avropa çempionu olan birinci azərbaycanlı yunan-roma güləşçisi oldu.
Klassik güləş üzrə SSRİ çempionatı 1938
IX Klassik güləş üzrə SSRİ çempionatı 1938-ci ilin 24 — 26 noyabr aralığında Sevastopolda, 1 — 3 dekabr aralığında Bakıda, 6 — 8 dekabr aralığında Leninqrad baş tutmuş yarışma. == Medalçılar == == Ədəbiyyat == Всё о спорте: Справочник Т. 1, 2-е издание / Сост. А. А. Добров. — М.: Физкультура и спорт, 1978; Спортивная борьба: Справочник / Сост. Б. М. Чесноков — М.: Физкультура и спорт, 1954.
Klassik güləş üzrə SSRİ çempionatı 1941
XII Klassik güləş üzrə SSRİ çempionatı 1941-ci ilin 10 — 12 may aralığında Bakıda (yarım yüngül) və Leninqradda (yarım ağır), 17 — 19 may aralığında Kiyevdə, 26 — 29 may aralığında Lvovda (ən yüngül), 7 — 9 iyun aralığında Nijni Novqorodda (yüngül), 15 — 17 iyun aralığında Kazanda (yarım orta) baş tutmuş yarışma. 5–7 iyul tarixlərində isə Böyük Vətən müharibəsi ilə əlaqədar keçirilməmişdir. == Medalçılar == == Ədəbiyyat == Всё о спорте: Справочник Т. 1, 2-е издание / Сост. А. А. Добров. — М.: Физкультура и спорт, 1978; Спортивная борьба: Справочник / Сост. Б. М. Чесноков — М.: Физкультура и спорт, 1954.
Kırkpınar yağlı güləşi
Kırkpınar yağlı güləşi — Türkiyənin tarixi güləş növü
Kənan Quliyev (güləşçi)
Laslo Papp (güləşçi)
Laslo Papp (mac. Papp László; 4 yanvar 1905, Senteş[d], Çonqrad[d] – 28 yanvar 1989, Budapeşt) — macarıstanlı Yunan-Roma güləşçisi, Olimpiya Oyunlarının mükafatçısı. == Həyatı == Laslo Papp 1905-ci ildə Senteş şəhərində anadan olmuşdur. 1925 və 1926-cı illərdə Avropa çempionatların gümüş medalçısı olmuşdur, 1927-ci ildə isə Avropa çempionluğunu qazandı. 1928-ci ildə o, Amsterdamda keçirilən Olimpiya Oyunlarında iştirak etdi və gümüş medala layiq görüldü. 1933-cü ildə Laslo Papp bu dəfə Yunan-Roma yox, sərbəst güləş üzrə Avropa çempionu oldu. 1934-cü ildə o, Avropa çempionatının bürünc medalını qazandı.
Luçu güləşi
Luçu güləşi — Mazandaranın yerli idmanlarındandır. == Tarixçə == Luçu güləşi Mazandaranın ənənəvi və pələvanlıq idmanıdır.Hər il 19 iyulda bir mərasimdə ki ölülər bayramına məşhurdur,Mazandaranlılar qəbristanlıqlarda şənlik edərlər və yerli qidaların və şirnilərin pişirib və yeyərlər.Bu mərasimdə luçu güləşidə keçirilər.Luçu, Mazandaran dilində taxta kenarı deməkdir.Bu söz İspan dilində ki Luça və Luça libre sözlərinə ki mübarizə və sərbəst güləş anlamındadırlar, oxşarlığı var.
Qol güləşi
Armrestinq və ya qol güləşi Bir neçə əsr bundan əvvəl əsasən dənizçilər arasında, pablarda yaranan qol güləşdirməsi və ya armrestli bir idman növü kimi 100 ilə yaxındır ki tanınır. Məşhur Amerika yazıçısı Ernest Heminquey özünün “Qoca və dəniz” əsərində armrestlinq haqqında söhbət açmışdır. İlk dünya çempionatı isə yalnız 1962-ci ildə keçirilmişdir. Amerikada ona oxşar idman növləri – hendrestlinq və ristrestlinq də mövcuddur. Hələ indiyədək armrestlinq yarışları müxtəlif qaydalarla keçirilir. Bu növün banisi Bill Soberanus ayaqüstü yarışmağın tərəfdarı olsa da, oturan yerdə, sol və ya sağ əllərlə mübarizə etməyin tərəfdarları da tapılır. Azərbaycanda bu yarışlar ancaq ayaqüsü keçirilir. İdmançılar bir-birinin biləyindən yapışır, hakimin hərəkətindən sonra rəqibin əlini stola endirməyə çalışırlar. Əgər idmançılardan hansısa əlini qaçırırsa, onda hakim onların hər ikisinin biləyini qayışla bağlayır.

Digər lüğətlərdə