GÜLLƏBARAN

is.
1. Çoxlu adamın birlikdə tüfəng atması; çox şiddətli atəş.
İki günlük gülləbarandan sonra kəndlilər Kazımın meyitini çinar ağacından asılmış gördülər. M.İbrahimov.

□ Gülləbaran etmək (eləmək)1) şiddətli atəşə tutmaq.
Düşmənin mühüm bir dəstəsi həmin evi gülləbaran edirdi. H.Nəzərli;

2) bax güllələmək.
2. Kütləvi qırğın. Lena gülləbaranı.
– Bunun nəticəsində vücuda gələn sürgünlər, gülləbaranlar Bakı fəhlələrinin həyatına da təsirsiz qalmamışdır. M.S.Ordubadi.

Etimologiya

  • GÜLLƏBARAN Farscadır, “güllə yağışı” (baran “yağış”dır) deməkdir, baridən feili “yağ­maq” mənasını əks etdirir. (Bəşir Əhmədov
GÜLLƏ
GÜLLƏÇİ

Digər lüğətlərdə