GÜNDÜZ

is. Gecə-gündüzün işıqlı hissəsi; gündoğandan günbatana qədər olan müddət (gecə müqabili). Gündüz getmədiyin yolu gecə getmə. ( Ata. sözü ).
Bir gün kişi diqqət eləyib görür ki, övrəti gündüzlər ayağına corab geymir… C.Məmmədquluzadə.
Yaşar … gündüz bələdlədiyi yerə yönəldi. M.Rzaquluzadə.

□ Gündüz(ün) günortaçağı – bax günorta 1-ci mənada.
Onlar gündüz günortaçağı küçə bazarçalarında atışar və istədikləri adamları öldürə də bilərdilər. M.S.Ordubadi.
[Səlim bəy:] Gündüz günortaçağı buna mat qalmışam mən; Otuz at qaçırdıblar bəyliyin tövləsindən. S.Rüstəm.

Sinonimlər (yaxın mənalı sözlər)

  • GÜNDÜZ GÜNDÜZ Yaşar ..gündüz bələdlədiyi yerə yönəldi (M.Rzaquluzadə); RUZ (kl.əd.)

Etimologiya

  • GÜNDÜZ Qədim mənbələrdə bu kəlmənin gündün variantı da qeydə alınıb. Aydın qə­libi üzrə (ay və dan, yəni “ay işığı”), gündün (gün və dan, yəni “gün işığı”) s
GÜNDOĞAN
GÜNDÜZKÜ

Digər lüğətlərdə