GECƏ-GÜNDÜZ₁

is. Gecə-gündüzün davam etdiyi 24 saat müddət.
Nə qədər gecəgündüz; Bu sayaq gəlib keçmiş. R.Rza.

2. zərf Daim, həmişə; bütün günü və gecəni, vaxt bilmədən. Gecə-gündüz işləmək. Gecə-gündüz çalışmaq.
– Sənsiz füzun olur gecə-gündüz fəlakətim; Səbrim tükəndi, yox qəmi-hicranə taqətim. H.Cavid.
[Nadir] yorulmaq bilməyib gecə-gündüz buruqların üstündə duraraq sərəncam verərdi. B.Talıblı.
[Mərcanov:] Gecə-gündüz vaxt-bivaxt çalışırlar. H.Nəzərli.

3. is. dan. köhn. Keçmişdə qadın paltarı tikilən bir ipək parçanın adı. Gecə-gündüzdən paltar geymək.
◊ Gecəsi-gündüzü olmamaq – gecəgündüz bilmədən işləmək, çalışmaq rahatlıq bilməmək.
Tağlar məhsul tökəndə, kişinin gecəsi-gündüzü olmaz(dı)… Mir Cəlal.

Sinonimlər (yaxın mənalı sözlər)

  • GECƏ-GÜNDÜZ 1. GECƏ-GÜNDÜZ, BÜTÜN GÜNÜ, GECƏ VƏ GÜNDÜZ, HƏMİŞƏ 2. gecə-gündüz bax gün I 1
GECƏ
GECƏ-GÜNDÜZLÜ

Digər lüğətlərdə