André Godard
André Godard (24 yanvar 1881 – 31 iyul 1965[…], Paris) — Fransız bir arxeoloq, memar və Orta Şərq Sənəti tarixçisi idi. Uzun illər İran Arxeologiya Xidmətinin direktoru vəzifəsində işləyib
== Həyat ==
Godard Chaumontda anadan olub. Parisdəki École des Beaux-Artsda Orta Şərq arxeologiyası, xüsusən İran arxeologiyasını oxumuş və oradan məzun olmuş və daha sonra 1936-cı ildə ilk direktoru təyin olunduğu İran Milli Muzeyinin dizaynı ilə məşhurlaşmışdır. Tehran Universiteti şəhərciyinin dizaynını da o etmişdir.
Orta Şərqə ilk səyahətini 1910-cu ildə Henri Violle ilə etmişdir. Birlikdə, müasir İraqda yerləşən Samarranın qədim xarabalıqlarını qazmağa başlamışdırlar. Xarabalıqlar bir neçə il sonra alman əsilli arxeoloq Ernst Herzfeld tərəfindən tamamilə qazılmışdır. Godard 1912-ci ildə Misirin İslam memarlığına diqqət yetirərək memarlıq tədqiqatlarına geri qayıtmışdır.
Birinci Dünya Müharibəsindən sonra Godard Yeda Reuilly ilə evlənmişdir. Əfqanıstandakı Fransız Arxeologiya Nümayəndəliyi 1922-ci ildə yaradılmış, buna görə Godard və yeni həyat yoldaşı təşkilatı hələ qazılmamış regionlarda müşayiət etmişdir.