GUNƏ-GUNƏ
GURXANƏ
OBASTAN VİKİ
Bəhram Gur
V Bəhram (pəhl. 𐭥𐭫𐭧𐭫𐭠𐭭 Uəhrām, fars. بهرام پنجم‎ Bəhrām) və ya Bəhram Gur (406 – 438, Midiya) — 15-ci Sasani şahənşahı. 420-438-ci illərdə 21 il hakimiyyətdə olmuşdur.
"Bəhram Gur" stansiyası
Bakı funikulyoru — Azərbaycanda yeganə funikulyor. == Tarixi == Bakı funikulyoru Əliş Ləmbəranskinin təşəbbüsü ilə tikilmişdir. 1960-cı il mayın 5-də istifadəyə verilmişdir. SSRİ zamanında funikulyorun qatarları xüsusi sifarişlə Ukraynanın Xarkov şəhərində hazırlanaraq buraya gətirilmişdir. == Stansiyaları == "Bəhram Gur" və "Şəhidlər Xiyabanı" adlı iki stansiyası mövcuddur. Stansiyalar arası məsafə 455 metrdir. Cəmi 2 vaqonu olan bu funikulyorda vaqonlar saniyədə 2,5 metr sürətlə hərəkət edərək bir stansiyadan digərinə 4 dəqiqəyə çatırdı. Vaqonlararası interval 10 dəqiqə, gediş haqqı isə 20 qəpik olmuşdur (hal-hazırda gediş haqqı 1 manatdır.). 2012-ci ildə 4il müddətinə pulsuz fəaliyyət göstərmişdir. Funikulyor saatda orta hesabla 2 min sərnişini daşımaq imkanına malik idi.
Bəhram Gur heykəli
Bəhram Gurun heykəli — Azərbaycanın paytaxtı Bakı şəhərində şəhər funikulyorunun qarşısında Azneft meydanında abidə və eyniadlı fontan. Abidədə Nizami Gəncəvinin "Yeddi gözəl" poemasının qəhrəmanı, Sasanilər sülaləsinin beşinci hökmdarı Bəhram Gurun ayağının ətrafına sarılan ilanabənzər əjdahanı qılıncla öldürməsi təsvir olunmuşdur. Bu heykəli 1959-cu ildə üç heykəltaraş - Albert Mustafayev, Qorxmaz Sücəddinov və Aslan Rüstəmov hazırlamışdır. Bəhram Gurun heykəli 2007-ci ilin sentyabrın ortalarında Bakının "Azneft" meydanı yaxınlığından götürüldükdən sonra Rəssamlar İttifaqı Bədii Fondunun tunc sexində üç aya yaxın müddətdə bərpa olunduqdan sonra yerinə qaytarılmışdır. 2007-ci ilin dekabrın 15-də heykəlin bərpasından sonra açılışı olmuşdur. Bəhram Gurun heykəli 47 il əvvəl hazırlanıb və Bakıda ilk heykəlli fəvvarə hesab olunur. Heykəlin hündürlüyü 3,5 metrdir.
Bəhram Gur stansiyası
Bakı funikulyoru — Azərbaycanda yeganə funikulyor. == Tarixi == Bakı funikulyoru Əliş Ləmbəranskinin təşəbbüsü ilə tikilmişdir. 1960-cı il mayın 5-də istifadəyə verilmişdir. SSRİ zamanında funikulyorun qatarları xüsusi sifarişlə Ukraynanın Xarkov şəhərində hazırlanaraq buraya gətirilmişdir. == Stansiyaları == "Bəhram Gur" və "Şəhidlər Xiyabanı" adlı iki stansiyası mövcuddur. Stansiyalar arası məsafə 455 metrdir. Cəmi 2 vaqonu olan bu funikulyorda vaqonlar saniyədə 2,5 metr sürətlə hərəkət edərək bir stansiyadan digərinə 4 dəqiqəyə çatırdı. Vaqonlararası interval 10 dəqiqə, gediş haqqı isə 20 qəpik olmuşdur (hal-hazırda gediş haqqı 1 manatdır.). 2012-ci ildə 4il müddətinə pulsuz fəaliyyət göstərmişdir. Funikulyor saatda orta hesabla 2 min sərnişini daşımaq imkanına malik idi.
Bəhram Gur (film, 2015)
Bakı, mən səni sevirəm kinoalmanaxı 2015-ci ildə ekranlaşdırılmışdır. Heydər Əliyev Fondunun dəstəyi ilə "Mosfilm" kinokonsernində istehsal edilmişdir. Kinoalmanaxa 10 qısametrajlı film daxildir: "Aziya", "Görüş", "Rəssam", "Həyət", "Bəhram Gur", "Lotereya bileti", "Xəzər Atlantidası", "Sevgi haqqında", "Aysel" və "Təsadüf". Layihədəki hər bir ekran əsəri Bakının həyatından müxtəlif anları özündə əks etdirir. Əsas rolları Aziya Arcenti, Corc Qafarov, İlahə Həsənova, Vyaçeslav Razbeqayev, Tural Vaqifoğlu, Kamran Ağabalayev, Alessandro Bertoluççi, Eyşan Özhim, Cavanşir Hadıyev, Fuad Osmanov, Rasim Cəfər, Solmaz Süleymanlı, Ramil Əzimov, Şəbnur Qayıbova, Günel Məmmədova, Elşən Cəbrayılov, Aqniya Ditkovskite, Vadim Tsallati, Zemfira Sadıqova və Fərhad İsrafilov ifa edirlər. == Məzmun == Layihədəki hər bir ekran əsəri Bakının həyatından müxtəlif anları özündə əks etdirir. Qısametrajlı filmlər insanlar arasında münasibətləri, onların sevgi və həsrətlərini, şad və qəmli anlarını canlandırır. Bu insanları, münasibətləri, həyatın müxtəlif anlarını birləşdirən baş qəhrəman isə Bakı şəhəridir.
Bəhram Gur və qoca çoban
Bəhram Gur və qoca çoban — Nizami Gəncəvinin "Yeddi gözəl" poemasında təsvir edilmiş səhnə əsasında Mir Seyid Əli tərəfindən çəkilmiş rəsm əsəridir. == Mövzu == Nizaminin “Yeddi gözəl” poemasında Bəhram şahın vəziri Rast Rövşən xalqa əzab verir. Şərab və əyləncə Bəhramın gözlərini o qədər dumanlandırmışdır ki, vəzirin əməllərini görə bilmir. Nəhayət, bir gün Bəhram köpəyini ağacdan asmış bir qoca çobana rast gəlir. Şah öyrənir ki, köpək xəyanət etdiyi üçün cəzalandırılmışdır: Çobanın ibrətli, müdrik kəlamı Bəhramı ayıldır. O, çobanın sözlərini eşitdikdən sonra: == Təsvir == Burada bütün insan və heyvan fiqurları təbii, həm də miniatür üslubu daxilində real işlənilmişdir. İnsan fiqurlarının duruş və hərəkətləri, heyvanlar və onlara xas olan vərdişlər maraqlı təsvir edilmişdir. Fonda dağ mənzərəsi, qarşıda ağacdan asılmış it, azca aşağıda isə digər personajlar görünür. Bəhram şahla üzbəüz dayanan çoban, sanki süjeti tamaşaçıya nəql edir. Miniatürdə hər şey sadə, təbii və poetikdir.
Gur
Qövr vilayəti və ya Qur vilayəti (fars. غور‎) — Əfqanıstan İslam Respublikasının 34 vilayətindən biri. Vilayətin ərazisi 36.479 km², 2009-cu ilin əvvəlinə olan rəsmi təxminə əsasən əhalisi 625.2 min nəfər, inzibati mərkəzi Çağçaran şəhəridir. Əhalisini əsasən taciklər, həzaralar, aymaqlar, özbəklər və puştunlar təşkil edir.
Bəhram Gur və Fitnənin ova çıxması
Bəhram Gur və Fitnənin ova çıxması - I Şah Təhmasibin sifarişi ilə 1539-1543-cü illərdə hazırlanmış və Təbriz miniatür məktəbinin sənətkarları tərəfindən çəkilmiş rəsmlərlə bəzədilmiş Nizami Gəncəvinin "Xəmsə" əlyazmasına daxil olan, Müzəffər Əli tərəfindən çəkilmiş rəsm əsəridir. Miniatürün daxil olduğu əlyazma hazırda Britaniya Milli Kitabxanasında (MS Or. 2265) saxlanılır. == Mövzu == Nizaminin "Yeddi gözəl" poemasında, Bəhram şahın Fitnə adlı ay üzlü, zirək və ağıllı bir kənizi var idi. Bir gün şah növbəti ov səfərinə Fitnəni də özü ilə aparır. Onun şücaəti hamını heyrətə salsa da, Fitnə şahın qoçaqlığına qarşı susur, nazındanmı, hiyləsindənmi, nədənsə şahı tərifləmir. Bu zaman uzaqda bir maral qaçır: Fitnə şaha cavab verir ki, == Təsvir == Miniatürdə Bəhramın oxla gurun dırnağını qulağına tikdiyi an təsvir edilmişdir. Burada əsas fiqurlardan əlavə daha dörd süvari, müxtəlif səmtlərə qaçışan iki gur və dağ keçisi təsvir olunmuşdur. Əlində musiqi aləti tutan Fitnə şahı müşayiət edir. Gənc xidmətçi onun atını yedəyə almışdır.
Gur-Əmir
Əmiri-Gur və ya Gur-Əmir – Orta Asiyanın görkəmli abidələrindən biri. Səmərqənddə XV əsrin əvvəllərinə aid türbə. Teymurun əmrilə tikilmişdir. 1420-ci illərdə Uluqbəy tərəfindən genişləndirilmişdir. Teymur, Uluqbəy və b. Teymurilər burada dəfn olunmuşlar.
Əmiri-Gur
Əmiri-Gur və ya Gur-Əmir – Orta Asiyanın görkəmli abidələrindən biri. Səmərqənddə XV əsrin əvvəllərinə aid türbə. Teymurun əmrilə tikilmişdir. 1420-ci illərdə Uluqbəy tərəfindən genişləndirilmişdir. Teymur, Uluqbəy və b. Teymurilər burada dəfn olunmuşlar.
Aechmea gurkeniana
Aechmea gurkeniana (lat. Aechmea gurkeniana) — bitkilər aləminin qırtıcçiçəklilər dəstəsinin bromeliyakimilər fəsiləsinin exmeya cinsinə aid bitki növü.
Aquila gurneyi
Qurney qartalı (lat. Aquila gurneyi) — heyvanlar aləminin xordalılar tipinin quşlar sinfinin qırğıkimilər dəstəsinin qırğılar fəsiləsinin qartal cinsinə aid heyvan növü.
Artemisia gurganica
Artemisia gurganica (lat. Artemisia gurganica) — bitkilər aləminin astraçiçəklilər dəstəsinin mürəkkəbçiçəklilər fəsiləsinin yovşan cinsinə aid bitki növü.
Bəhram Gurun heykəli
Bəhram Gurun heykəli — Azərbaycanın paytaxtı Bakı şəhərində şəhər funikulyorunun qarşısında Azneft meydanında abidə və eyniadlı fontan. Abidədə Nizami Gəncəvinin "Yeddi gözəl" poemasının qəhrəmanı, Sasanilər sülaləsinin beşinci hökmdarı Bəhram Gurun ayağının ətrafına sarılan ilanabənzər əjdahanı qılıncla öldürməsi təsvir olunmuşdur. Bu heykəli 1959-cu ildə üç heykəltaraş - Albert Mustafayev, Qorxmaz Sücəddinov və Aslan Rüstəmov hazırlamışdır. Bəhram Gurun heykəli 2007-ci ilin sentyabrın ortalarında Bakının "Azneft" meydanı yaxınlığından götürüldükdən sonra Rəssamlar İttifaqı Bədii Fondunun tunc sexində üç aya yaxın müddətdə bərpa olunduqdan sonra yerinə qaytarılmışdır. 2007-ci ilin dekabrın 15-də heykəlin bərpasından sonra açılışı olmuşdur. Bəhram Gurun heykəli 47 il əvvəl hazırlanıb və Bakıda ilk heykəlli fəvvarə hesab olunur. Heykəlin hündürlüyü 3,5 metrdir.
Bəhram Gurun şir ovu
Bəhram Gurun şir ovu - I Şah Təhmasibin sifarişi ilə 1539-1543-cü illərdə hazırlanmış və Təbriz miniatür məktəbinin sənətkarları tərəfindən çəkilmiş rəsmlərlə bəzədilmiş Nizami Gəncəvinin "Xəmsə" əlyazmasına daxil olan, Sultan Məhəmməd tərəfindən çəkilmiş rəsm əsəridir. Miniatürün daxil olduğu əlyazma hazırda Britaniya Milli Kitabxanasında (MS Or. 2265) saxlanılır. == Mövzu == Nizaminin "Yeddi gözəl" poemasında, Bəhram Gurun vəhşi heyvan ovunu çox sevməsi, atdığı oxların boşa çıxmaması tərif olunur. Şair yazır ki, hətta Bəhram bir dəfə guru pəncələri altına almış şiri oxla hədəfə alıb, onu öz qurbanı ilə bir-birinə tikmişdir. == Təsvir == Nizaminin təsvir etdiyi bu qəhrəmanlıq epizodu bir çox rəssamlar kimi Sultan Məhəmmədi də maraqlandırmışdır. Miniatürün mərkəzində atlı Bəhram, onu müşayiət edən saray əyanları və şahın sevimli kənizi Fitnə təsvir olunmuşdur. XVI əsr Təbriz miniatür məktəbinin üslubuna uyğun olaraq Sultan Məhəmməd öz kompozisiyasında əsl süjetlə əlaqəsi olmayan çoxlu heyvan və başqa personajlara geniş yer vermişdir. Bütün bunlarla yanaşı, o, əsas süjet fonunda heyvanat aləminə xas olan kiçik bir epizod da təsvir etmişdir. Bu epizod təbiətən bir-birinə düşmən olan xallı pələnglə aynın əhvalatıdır; sıldırım qaya üzərində dayanan ayı özündən aşağıda ona tərəf dırmanan pələngə atmaq üçün iri bir qaya parçasını havaya qaldırmışdır.
Bəhram Gurun əjdahanı öldürməsi
Bəhram Gurun əjdahanı öldürməsi - I Şah Təhmasibin sifarişi ilə 1539-1543-cü illərdə hazırlanmış və Təbriz miniatür məktəbinin sənətkarları tərəfindən çəkilmiş rəsmlərlə bəzədilmiş Nizami Gəncəvinin "Xəmsə" əlyazmasına daxil olan, Məhəmməd Zaman tərəfindən çəkilmiş rəsm əsəridir. Miniatür əlyazmasına sonradan əlavə edilmişdir. Miniatürün daxil olduğu əlyazma hazırda Britaniya Milli Kitabxanasında (MS Or. 2265) saxlanılır. == Təsvir == Əsərdə şərq miniatürlərinə xas olan kompozisiyanın ənənəvi sistemi dəyişdirilmişdir. Atlı Bəhram, ön planda qabarıq verilmiş caib əjdahaya ox atır. Arxa planda ağaclı dağlar və Avropa tipli bir ev görünür. Rəssam şərq üslubunu yalnız Bəhramın geyimində və surətində saxlamışdır. == Tədqiqi == 1675-ci ildə Bəhram Gurun əjdahanı öldürməsi mövzusunda miniatür işləmiş Məhəmməd Zaman, İtalyan rəssamlığından təsirlənmişdir. Nadir Zamanov qeyd edir ki, "İtaliyada təhsil almış bu rəssamın yaradıcılığında klassik miniatür üslubu ilə realistik Avropa boyakarlığının xüsusiyyətləri birləşir." İvanovun fikrincə isə, Məhəmməd Zaman İsfahanda hansısa italyan rəssamdan təhsil almışdır.
Fəxrəddin Əsəd Gurgani
Fəxrəddin Əsəd Gurgani — XI əsr fars şairi.
Grande de Gurupa
Tupinambarana (port. Ilha Grande de Gurupá) — Braziliyada Amazon çayı hövzəsində yerləşir. == Coğrafiyası == Adanın sahəsi 4,864 km² təşkil edir. Sahəsinə görə Banabal və Tupinambarana adasından sonra çayla əhatələnmiş ikinci böyük Çay adasıdır. Ada ilə əlaqə hava və su nəqliyyatı vastəsi ilə yaradılır. Amazon çayının deltasında qərarlaşır.
Gurbulaq bələdiyyəsi
Daşkəsən bələdiyyələri — Daşkəsən rayonu ərazisində fəaliyyət göstərən bələdiyyələr. == Tarixi == Azərbaycanda bələdiyyə sistemi 1999-cu ildə təsis olunub. == Siyahı == == Mənbə == "Bələdiyyələrin statistik ərazi təsnifatı" (PDF). stat.gov.az. 2021-08-21 tarixində arxivləşdirilib (PDF). İstifadə tarixi: 2020-05-03.
Gurcaani Kvelatsminda kilsəsi
Gurcaani Kvelatsminda Məryəmin ölümü kilsəsi (gürc. გურჯაანის ყველაწმინდა, translit. gurcaanis kvelatsminda) — Gürcüstan Respublikasının şərqini əhatə edən Kaxeti diyarında VIII və ya IX əsrə aid gürcü ortodoks kilsəsi. Kilsə Gurcaani şəhərindən 2 kilometr (1.2 mil) uzaqlıqda yerləşir. == Tarixi == Kilsə orta əsrlərdə – VIII və ya IX əsrdə tikilmişdir. XII əsrdə regiona soxulan Səfəvi qoşunları və dağıstanlı basqınçılar kilsənin tərk edilməsinə və 1822-ci ilə qədər fəaliyyət göstərməməsinə səbəb olmuşdur. 1845-ci ildə Gurcaani kilsəsində işləyən din xadimləri Xirsa monastırına köçür. Beləliklə, kilsə yenidən tərk edilir. 1938-ci ildə Sovet Gürcüstanının səlahiyyətliləri kilsə ərazisini təmizləyir və kilsəni tarixi abidə kimi bərpa edirlər. 2010-cu ildə kilsədə əlavə konservasiya işləri aparılmışdır.
Gurdağ
Gurdağ – Ordubad rayonu ərazisində dağ (hünd. 2741,0 m). Zəngəzur silsiləsinin suayırıcısındakı Səfərdərə yüksəkliyindən (3826,4 m) cənub-qərbə ayrılan Xoşkeşin qolunun suayırıcısında zirvə. Parağaçay qəsəbəsindən 2 km-dək şərqdə, Artım dağından 600 m şimal-şərqdədir. Mehri-Ordubad batolitinin Orta Eosen yaşlı qabbro-qranit formasiyasına aid qabbro və qabbro-dioritlərindən təşkil olunmuş günbəzvari yüksəklikdir. Tektonik cəhətdən Zəngəzur qalxma zonasının cənub-qərb kənar hissəsində yerləşir.
Gurguleşti
Curculeşti (mold. Giurgiulești) — Moldovanın Kaqul rayonunda kənd. Kommuna formalaşdırmayan kəndlər qrupuna daxildir. == Tarixi == Curculeşti kəndi 1806-cı ildə Nekrasov kazakları tərəfindən salınmışdır. Onlar Osmanlı imperiyasının ərazisinə daxil olan Curcu qalasından bu bölgəyə köç etmişdilər. XIX əsrin əvvələrində Curculeşti Kaqul-Prut koloniya dairəsinin bolqar koloniyası idi. Yaşayış məntəqəsinin statusundan fərqli olaraq moldovanlar bolqarlardan sayca çox idilər. Ərazidə bir daş kilsə, 126 ev var idi. Koloniya əhalisinin ümüm sayı 619 nəfər idi (116 ailə). Onlardan 471 nəfəri moldovan (81 ailə), 148 nəfəri (35 ailə) isə bolqar idi.
Gursulu
Gursulu — Azərbaycan Respublikasının Ağsu rayonunun inzibati ərazi vahidində kənd. == Tarixi == Gursulu Ağsu rayonunun Gürcüvan inzibati ərazi vahidində kənd. Kənd yerləşdiyi ərazidə gur sulu bulaqların olmasına görə belə adlandırılmışdır.
Guru Guru
Guru Guru — 1968-ci ildə vurma alətlər ifaçısı Mani Noymayer tərəfindən Heydelberqdə yaradılmış alman kraut-rok qrupudur. 40 ildən çoxdur ki, fəaliyyət göstərən qrup, bu müddət ərzində 20 studiya albomu buraxmış və bu albomlar 500 000-dən çox satmışdır. 1960-cı illərin sonları və 1970-ci illərin başlanğıcında qrup, sol siyasi baxışın tərəfdarı idi və bunu öz konsert çıxışlarında da əks etdirirdi. Qrup bəzən "Alman Sosialist Tələbə Birliyi" ilə birlikdə konsertlər təşkil edirdi. Bu konsertlərdə siyasi məzmunlu mahnılar səsləndirən qrup üzvləri bir neçə dəfə bu mahnılara görə həbs edilmişdir. Qrup üzvlərindən ekstravaqant və anarxist olanları, Alman, Odenwald regionunda yaşayırdı. Mani Noymayer ilk Finkenbach Krautrok-Festivalının təşkilatçılarından biridir. Qrup bir çox konsertlərdə, filmlərdə, radio və televiziya proqramlarında yer almışdır. Guru Guru, 1976-cə ildə, alman WDR kanalında yayımlanan "Rockpalast" verlişinə qonaq olan ilk alman qrupudur.
Guru Nanak
Quru Nanak (pəncab adı ਗੁਰੂ ਨਾਨਕ ਦੇਵ, Gurū Nānak Dēv?; 15 aprel 1469 — 22 sentyabr 1539) — Siqhlərin ilk qurusu və siqhizm dininin yaradıcısıdir.
Gurxana (Nəqədə)
Gurxana (fars. گورخانه‎) — İranın Qərbi Azərbaycan ostanının Sulduz şəhristanı ərazisinə daxil olan kənd. == Əhalisi == 2006-cı il məlumatına görə kənddə 51 nəfər yaşayır (15 ailə).
Gurzuf
Qurzuf (rus. Гурзу́ф, ukr. Гурзу́ф, krımtat. Gurzúf) — Ukraynanın Yalta rayonu inzibati ərazi vahidində qəsəbə. == Coğrafiyası == Qəsəbə Yaltadan 11 kilometr uzaqlıqda, Krımın cənub sahilində yerləșir. == Tarixi == Bəzi araşdırıcılar ehtimal edir ki, qəsəbənin adı lat. Ursusdan törənmişdir.
Gurşadkəndi (Pərsabad)
Gurşadkəndi (fars. گورشادكندي‎) — İranın Ərdəbil ostanının Pərsabad şəhristanı ərazisinə daxil olan kənd. == Əhalisi == Kənddə 2006-cı il siyahıya alınmaya görə 73 nəfər yaşayır (14 ailə).

Digər lüğətlərdə