GÖ:ÜZ
GÖVEC
OBASTAN VİKİ
Aslanxan Gövhər
Aslanxan Gövhər (1847, Tivi, Ordubad rayonu – 1906, Tivi, Ordubad rayonu) — şair. == Həyatı və təhsili == 1847-ci ildə Ordubad rayonun Tivi kəndindən anadan olmuşdur. Nəsirov soyadlı yoxsullaşmış bəy ailəsində doğulmuş, əvvəlcə Məşədi Muxtar adlı ruhaninin yanında oxumuş, sonra isə Ordubadda mədrəsə təhsili almışdır. 1906-cı ildə Tivi kəndində vəfat etmişdir. == Fəaliyyəti == === Pedaqoji fəaliyyəti === Bir müddət Ordubadda və Qarabağda müəllimlik etmişdir. === Bədii yaradıcılığı === Gəncliyində Ordubadda Gövhər adlı qız aşiq olmuş və onun adını özünə təxəllüs götürmüşdür. Ordubaddakı "Əncüməni-şüəra" ədəbi məclisinin fəal üzvlərindən olmuş, əsasən, aşıq şeir tərzində yazmışdır. lirikasında əsasən, şairin şəxsən tanıdığı gözəllər (Mələk, Nərgiz və b.) realistcəsinə vəsf olunur. Yaradıcılığında ictimai mövzular da əhəmiyyətli yer tutut. Şair sosial ədalətsizliyi, yoxsullarına ağır güzəranını hakim təbəqələrin zülmünü təsvir və tənqid etmişdir.
Aşağı Gövhər ağa məscidi
Aşağı Gövhər ağa məscidi — Şuşa şəhərinin Qapan meydanında yerləşən cümə məcididir. Məscid Azərbaycan Respublikası Mədəniyyət və Turizm Nazirliyi tərəfindən ölkə əhəmiyyətli tarix-mədəniyyət abidəsi kimi qeydiyyata alınmışdır. Şuşa şəhərində iki cümə məscidinin olması E. Avalov tərəfindən şəhərdə iki islam icmasının fəaliyyət göstərməsi ilə izah edilir. Məscid ilk dəfə Şuşanın 1855-ci ilə aid baş planında yaxınlıqda yerləşən mədrəsə ilə birlikdə qeyd edilir. Avalov 60 Şəhərin ikinci cümə məscidi olan Aşağı Gövhər ağa məscidi həm Aşağı məscid, həm də Kiçik məscid adları ilə tanınmışdır. 1874-1875-ci illərdə Yuxarı məscid kimi, Aşağı məscid kompleksində də əsaslı yenidənqurma işləri aparılmışdır. Yeni məscidin inşası memar Kərbəlayi Səfixan Qarabaği tərəfindən Gövhər ağanın maddi dəstəyi əsasında həyata keçirildiyinə görə, sonradan Aşağı məscid həm də Aşağı Gövhər ağa məscidi adı ilə tanınmağa başlamışdır. İki yaruslu məscidin əsas – şimal fasadında üç tağlı arkadalı eyvan yerləşir. Aşağı Gövhər ağa məscidinin orta tağı yarımdairəvi olan yan tağlardan fərqli olaraq oxvaridir. Yan tağlar üstündə əsas fasad boyunca yüksələn həmin tağ məscidin parad girişini vurğulayır.
Aşağı Gövhərağa məscidi

Fatma Gövhəri Sultan
Fatma Gövhəri Sultan (d. 30 noyabr 1904 - ö. 10 dekabr 1980) — 32. Osmanlı sultanı Əbdüləzizin ən kiçik oğlu Mehmed Seyfəddin Əfəndinin yeganə qızı, Osmanlı sultanı və Osmanlı bəstəkarı. == Həyatı == Fatma Gövhəri Sultan 1904-cü ildə atasının Çamlıca köşkündə dünyaya gəlmişdir. Əhməd Tövhid Əfəndinin əkizidir. Atası Sultan Əbdüləzizin oğlu Mehmed Seyfəddin Əfəndi, anası isə Nervaliter xanım idi. Sarayda atasından və digər Osmanlı bəstəkarlarından musiqi dərsləri aldı. Kamança, ud və piano dərsləri aldı. 1924-cü ildə Osmanlı sülaləsinin sürgün edilməsi haqqında qanundan sonra ölkəni tərk etdi.
Gövcar (Urmiya)
Qılınclı (fars. گوجار‎‎‎‎) — İranın Qərbi Azərbaycan ostanının Urmiya şəhristanı ərazisinə daxil olan kənd. == Əhalisi == 2006-cı il məlumatına görə kənddə 910 nəfər yaşayır (156 ailə).
Gövdlər (Nəmin)
Gövdlər (fars. گودلر‎) — İranın Ərdəbil ostanının Nəmin şəhristanı ərazisinə daxil olan kənd. == Əhalisi == Kənddə 2006-cı il siyahıya alınmaya görə 27 nəfər yaşayır (7 ailə).
Gövdə
Gövdə — hər hansı mühitdə olursa-olsun (torpaq üstündə, torpaq altında, suda), üzərində normal və ya metamorfoziyaya uğramış halda olan, qoltuqlarında tumurcuq yerləşən orqandır. Ağacların və otların bir, kolların isə bir neçə gövdəsi olur. Yürüstü gövdənin vəzifəsi: yarpaqların əlverişli bir surətdə düzülməsi və bitkinin böyük sahə tutmasını təmin etmək, kök və yarpaqlar arasında hərəkət edən maddələri nəql etmək, cinsi və qeyri-cinsi çoxalmanı təmin edən orqanları əmələ gətirməkdən ibarətdir. Gövdə bitkilərin ehtiyat qida maddələrinin toplanması üçün əksər hallarda anbar vəzifəsini, maldili, ruskus, qulançar və sairədə isə yarpaq vəzifəsini görür. Bəzi bitkilərdə (dəvətikanı, göyəm, nar, yemişan və s.) gövdənin bir hissəsi tikana çevrilərək müdafiə, digərlərində (tənəkdə, qabaqkimilərdə) dırmanma vəzifəsini görür. Gövdələr formalarına görə müxtəlif olur: silindrşəkilli üçtilli dördtilli çoxtilliƏksərən gövdələr silindrşəkilli olur, məsələn, taxıl, yonca, pambıq və sairənin gövdələri kimi. Bəzilərində isə üçtilli və dördtilli olur, məsələn, cillərdə, dodaqçiçəklilərdə olduğu kimi. Çoxtilli olan gövdələr də vardır. Məsələn, bəzi maldili, günəbaxan, kəndalaş və sairədə olduğu kimi. Nadir hallarda gövdə yastı olur, məsələn, yastı maldilində olduğu kimi.
Gövdə (bitki)

Gövdəciksiz acıçiçək
Gövdəciksiz acıçiçək (lat. Gentiana acaulis) — bitkilər aləminin acıçiçəklilər dəstəsinin acıçiçəkkimilər fəsiləsinin acıçiçək cinsinə aid bitki növü.
Gövdəkəhriz (Germi)
Gövdəkəhriz (fars. گوده كهريز‎) — İranın Ərdəbil ostanının Germi şəhristanı ərazisinə daxil olan kənd. == Əhalisi == Kənddə 2006-cı il siyahıya alınmaya görə 382 nəfər yaşayır (75 ailə).
Gövdəsiz yastıbaş
Gövdəsiz yastıbaş (Elmi adı -Jurinella subacaulis) — IUCN Qırmızı Siyahısına görə növün kateqoriyası və statusu "Nəsli kəsilməyə həssas olanlar" kateqoriyasına aiddir – VU A2c + 3c; B1ab(i, iii, iv). Azərbaycanın nadir növüdür. == Qısa morfoloji təsviri == Çoxillik gövdəsiz bitkidir. Yarpaqları kökətrafı rozetdədir, çox saylı, saplaqlı, üstdən çılpaq, altdan ağımtıl torvari-yunlu, lələkvari bölünmüşdür. Yarpaqların saplaqları qaidədə qına genişlənmişdir. Səbətləri 1-3 sayda, yarımşar formada, 2-3 sm enində oturaqdır. Sarğının xarici yarpaqcıqları lansetvari, sivriləşmiş, daxildəkilər –uzun düz, çılpaq, al-qırmızı rənglidir. Çiçəkləri al-qırmızıdır. Toxumcuqları 4-5 sm uzunluğunda qaramtıl, qırışlı, uçağan ağ, qısa lələkli qıllıdır. == Bioloji, ekoloji və fitosenoloji xüsusiyyətləri == Çiçəkləmə may-iyun, meyvəvermə iyun-iyul aylarına təsadüf edir.
Gövdəsiz yumaqotu
Gövdəsiz yumaqotu (lat. Carlina acanthifolia) — bitkilər aləminin astraçiçəklilər dəstəsinin mürəkkəbçiçəklilər fəsiləsinin yumaqotu cinsinə aid bitki növü.
Gövdəsiz zöhəçiçəyi
Gövdəsiz zöhəçiçəyi (lat. Cypripedium acaule) – səhləbkimilər fəsiləsinin zöhrəçiçəyi cinsinə aid bitki növü. == Sinonimləri == Fissipes acaulis (Aiton) Small, 1903 Cypripedium hirsutum Mill., 1768 Cypripedium humile Salisb., 1793 Cypripedium acaule f. albiflora E.L.Rand & Redfield, 1894 Calceolus hirsutus (Mill.) Nieuwl., 1913 Fissipes hirsuta (Mill.) Farw., 1917 Fissipes acaulis f. lancifolia House, 1920 Cypripedium acaule f. lancifolia House, 1924 Fissipes hirsuta f. albiflora (E.L.Rand & Redfield) Farw., 1938 Cypripedium acaule f. biflorum P.M.Br., 1995 == İstinadlar == == Xarici keçidlər == PLANTS Profile for Cypripedium acaule (ing.) Comprehensive Report Species — Cypripedium acaule (ing.) * Registered Cypripedium Hybrids на сайте Cyp.
Gövhərşad Qəzvini
Gövhərşad Qəzvini (?-1628)— Məşhur xəttat Mir İmadın qızı, xəttat. == Həyatı == Gövhərşad xanım Məşhur xəttat Mir İmadın ailəsində dünyaya gəlmişdi. İbtidai təhsilini və xəttatlığı atasından öyrənmişdi. Nəstəliq xəttini gözəl yazırdı.Məşhur dilçi və ədəbiyyatşünas Mirzə Səngilax (Məhhəmədəli Qoçani, 1771-1877) onun xəttini bir çox yazılarında tərifləyir. Gövhərşad xanım Qəzvin ədəbi mühitində gözəl şeirləri ilə da tanınırdı. Həsəni və Seyfi təxəllüsləri ilə məşhur idi. == Həmçinin bax == Mir İmad Qəzvini Mirzə Məhəmmədhüseyn Seyfi == Xarici keçidlər == Xəttatlıq çox pis şeydi. Heç vaxt xəttat olmaq fikrinə düşməyin. Düşənlər 3131-ci ilə qədər Əzab çəksinlər. Bir də ki Bir qız var Adı N ilə başlayır.
Gövhərşad bəyim
Gövhərşad bəyim bint Qiyasəddin Tarxan Kişlık (fars گوهرشاد‎ — Gowhar š ād, (doğ.1379 - öl. 1457) — Şahrux mirzə ibn Əmir Teymur Barlasın xanımı, siyasətçi. == Həyatı == Gövhərşad bəyim məşhur Özbək əmiri Qiyasəddin Tarxan Kişlıkın qızıdır. Herat hakimi Şahrux mirzə ibn Əmir Teymur Barlasla ailə qurmuşdu. Onun oğulları arasında ikisi daha məşhurdur. Biri riyyaziyyatçı, astronom, böyük alim və hökmdar və Teymurlular sülaləsindən olan dövlət adamı Uluqbəy, digəri Baysunqur mirzədir. O, Teymurlu dövlət adamı və xəttatıdır. Ədəbiyyatın və rəssamlığın qoruyucusu olaraq tanınmışdır. Gövhərşad bəyim 1457-ci ildə Əbu Səid mirzə tərəfindən öldürülmüşdü. İntiqamı alındı.
Gövhərşad məscidi
Gövhərşad məscidi— İranın Xorasan əyalətində, Məşhəd şəhərində Teymurlular dönəminə aid məscid. == Tarixi == Gövhərşad məscidi 1418-ci ildə İranın Xorasan əyalətində, Məşhəd şəhərində Teymurlular hökmdarı Şahrux mirzənin arvadı Gövhərşad bəyimin əmri ilə tikilmişdir. Tikintinin memarı Qəvaməddin Şirazidir. Bu tarixi bina müqəddəs hərəmin cənub tərəfində yerləşir və Darül Səyadə və Darül Hifaz tağlarına birləşir. Məscidin kaşıları Teymurlular dövrünün şah əsərləridir. Məscidin günbəz şəkilli tağları və onun xüsusi bəzəyə malik minarələri qabarıq üsulla bəzədilmiş, həmçinin divarın naxış və xətləri gips üzərində Teymurilər dövrünün ən yaxşı kaşıları bu binaya təkrarolunmaz gözəllik vermişdir. Bu qədim bina İran incəsənətinin kamil və seçilmiş nümunələrindən sayılır və qədim memarlığın bütün xüsusiyyətləri burada işlədilmişdir. Teymurlular dövrünün ən yaxşı süls xətti ustalarından olan Baysanqurun (Gövhərşadın oğlu) tarixi və gözəl kitabəsi gözəl süls xətti ilə eyvanda gözə çarpır və məscidin tarixi naxışları damara oxşayan kaşı üzərində bu kitabədə yazılmışdır. Mehrab mərmər daşından olub oyma, bəzək və kitabə ilə o dövrlərin memarlığının göstəricisidir. Eyvan mehrabının yanında yerləşən Sahibəzzaman (ə.c) minbəri qədim olması baxımından mühümdür.
Gövlək (Piranşəhr)
Gövlək (fars. گولك‎) - İranın Qərbi Azərbaycan ostanının Piranşəhr şəhristanı ərazisinə daxil olan kənd. == Əhalisi == 2006-cı il məlumatına görə kənddə 91 nəfər yaşayır (12 ailə).
Gövməliyan (Soyuqbulaq)
Gövməliyan (fars. گومليان‎) - İranın Qərbi Azərbaycan ostanının Soyuqbulaq şəhristanı ərazisinə daxil olan kənd. == Əhalisi == 2006-cı il məlumatına görə kənddə 141 nəfər yaşayır (25 ailə).
Gövravan (Əcəbşir)
Gövravan (fars. گوراوان‎) — İranın Şərqi Azərbaycan ostanının Əcəbşir şəhristanı ərazisinə daxil olan kənd. == Əhalisi == 2006-cı il məlumatına görə kənddə 1,288 nəfər yaşayır (306 ailə).
Gövrənd (Vərziqan)
Gövrənd (fars. گوراند‎) - İranın Şərqi Azərbaycan ostanının Vərziqan şəhristanı ərazisinə daxil olan kənd. == Əhalisi == 2006-cı il məlumatına görə kənddə 137 nəfər yaşayır (37 ailə).
Gövüz
Gövüz (az.-əbcəd گؤوۆز‎, fars. گاوخس‎) - İranın Zəncan ostanının Tarım şəhristanının Mərkəzi bəxşinin Dəram qəsəbəsinin ərazisinə daxil olan kənd. == Əhalisi == 2016-cı ilin məlumatına görə kənddə 108 nəfər yaşayır (38 ailə).
Gövşaltı
Govşatlıvə ya Gövşaltı — Azərbaycan Respublikasının Füzuli rayonunun inzibati ərazi vahidində kənd. == Tarixi == Kənd 1993-cü ildə Ermənistan Silahlı Qüvvələri tərəfindən işğal olunub. 9 Noyabr 2020-ci ildə Azərbaycan Silahlı Qüvvələri tərəfindən işğaldan azad edilmişdir. == Toponimikası == Gövşaltı . Füzuli r-nun eyniadlı i.ə.v-də kənd. Araz çayının sol sahilində, Mil düzündədir. == Əhalisi == == İqtisadiyyatı == Əhalinin əsas məşğuliyyəti kənd təsərrüfatı-əkinçilik, maldarlıq və heyvandarlıq olub.
Gövşəyən
Gövşəyənlər (lat. Ruminantia) — heyvanlar aləminin xordalılar tipinin məməlilər sinfinin cütdırnaqlılar dəstəsinə aid heyvan yarımdəstəsi. Bura 6 fəsilə daxildir. Gövşəyənlər həzm sisteminin mürəkkəbliyilə fərqlənirlər.
Gövşəyənlər

Gövəravan (Heris)
Gövəravan (fars. گواروان‎) — İranın Şərqi Azərbaycan ostanının Heris şəhristanı ərazisinə daxil olan kənd. == Əhalisi == 2006-cı il məlumatına görə kənddə 768 nəfər yaşayır (179 ailə).