Aşağı Gövhərağa məscidi

Aşağı Gövhər ağa məscidiŞuşa şəhərinin Qapan meydanında yerləşən cümə məscididir. Məscid Azərbaycan Respublikası Mədəniyyət və Turizm Nazirliyi tərəfindən ölkə əhəmiyyətli tarix-mədəniyyət abidəsi kimi qeydiyyata alınmışdır.

Aşağı Gövhər ağa məscidi
Aşağı Gövhər ağa məscidi 2024-cü ildə restavrasiya işlərindən sonra
Xəritə
39°45′42″ şm. e. 46°45′12″ ş. u.HGYO
Ölkə  Azərbaycan
Şəhər Şuşa
Yerləşir Şuşa rayonu
Aidiyyatı Şuşa Dövlət Tarix-Memarlıq Qoruğu
Memar Kərbəlayi Səfixan Qarabaği
Sifarişçi Gövhər ağa
Tikilmə tarixi 1874-1875
Üslubu Arran memarlıq məktəbi
Minarələri 2
Vəziyyəti yenidən qurma işləri aparılır
UNESCO Ehtiyat Siyahısı
TipiMədəni
Kriteriyai,iv,v,vi
Təyin edilib2001
İstinad nöm.1574
DövlətAzərbaycan
RegionAvropa
İstinad nöm.345
KateqoriyaMəscid
ƏhəmiyyətiÖlkə əhəmiyyətli
Vikianbarın loqosu Vikianbarda əlaqəli mediafayllar

Şuşa şəhərində iki cümə məscidinin olması E. Avalov tərəfindən şəhərdə iki islam icmasının fəaliyyət göstərməsi ilə izah edilir.[1] Məscid ilk dəfə Şuşanın 1855-ci ilə aid baş planında yaxınlıqda yerləşən mədrəsə ilə birlikdə qeyd edilir. Avalov 60 Şəhərin ikinci cümə məscidi olan Aşağı Gövhər ağa məscidi həm Aşağı məscid, həm də Kiçik məscid adları ilə tanınmışdır. 1874-1875-ci illərdə Yuxarı məscid kimi, Aşağı məscid kompleksində də əsaslı yenidənqurma işləri aparılmışdır. Yeni məscidin inşası memar Kərbəlayi Səfixan Qarabaği tərəfindən Gövhər ağanın maddi dəstəyi əsasında həyata keçirildiyinə görə, sonradan Aşağı məscid həm də Aşağı Gövhər ağa məscidi adı ilə tanınmağa başlamışdır.

İki yaruslu məscidin əsas – şimal fasadında üç tağlı arkadalı eyvan yerləşir. Aşağı Gövhər ağa məscidinin orta tağı yarımdairəvi olan yan tağlardan fərqli olaraq oxvaridir. Yan tağlar üstündə əsas fasad boyunca yüksələn həmin tağ məscidin parad girişini vurğulayır. Yuxarı məsciddən fərqli olaraq Aşağı məscidin minarələri əsas fasadı yox, cənubda yerləşən və kiçik Qapan meydanına açılan ikinci fasadı əhatə edir.

Aşağı Gövhər ağa məscidi (sağda) və onun qarşısında yerləşən mədrəsə (solda) kompleksinin planı.

Məscid ilk dəfə Şuşanın 1855-ci ilə aid baş planında yaxınlıqda yerləşən mədrəsə ilə birlikdə qeyd edilir. Avalov 60 Şəhərin ikinci cümə məscidi olan Aşağı Gövhər ağa məscidi həm Aşağı məscid, həm də Kiçik məscid adları ilə tanınmışdır.[2] Birinci ad onun Yuxarı Gövhər ağa məscidi ilə müqayisədə coğrafi yerləşməsini, ikinci ad isə onun Cümə məscidi ilə müqayisədə ölçülərini bildirir.[2] E. Avalov bildirir ki, 1855 -ci ilin baş planına əsasən Aşağı məscidin ölçüəri həqiqətən də Yuxarı məscidin ölçülərindən kiçik olmuşdur.[2]

Aşağı məscidin əsas girişi şimal-qərb istiqamətdə yerləşir və onun oxu üzbəüz yerləşən mədrəsə binasının girişinin oxu ilə üst-üstə düşür. Bu baxımdan Aşağı məscid kompleksinin həlli Yuxarı məscid kompleksinin kiçildilmiş formasını xatırladır.[2] Lakin, əsas fasadı qarşısında yaxşı planlaşdırılmış Meydan olan Yuxarı məsciddən fərqli olaraq, Aşağı məscidin əsas fasadı küçənin genişləndirilməsi nəticəsində meydana çıxan və planlaşdırılmamış sahə vardır.[2]

1874-1875-ci illərdə Yuxarı məscid kimi, Aşağı məscid kompleksində də əsaslı yenidənqurma işləri aparılmışdır. Yeni məscidin inşası memar Kərbəlayi Səfixan Qarabaği tərəfindən Gövhər ağanın maddi dəstəyi əsasında həyata keçirildiyinə görə, sonradan Aşağı məscid həm də Aşağı Gövhər ağa məscidi adı ilə tanınmağa başlamışdır.[3]

Dağıdılması və restavrasiyası

[redaktə | mənbəni redaktə et]
Ermənilər tərəfindən dağıdılmış Aşağı Gövhər ağa məscidinin xarabalıqları, 2020-ci ildə Şuşa şəhərinin azad edilməsindən sonra.

1992-ci ildə Şuşanın işğalı zamanı məscidin əsas binası və minarələri erməni silahlı qüvvələrinin zirehli texnikalarının atəşlərinə məruz qalaraq ciddi zədələnmiş, məscid vandalizmin qurbanına çevrilmişdi.[4]

2020-ci ildə Şuşanın azad edilməsindən sonra Azərbaycan, Avstriya, İtaliya, Latviya və Türkiyədən olan ekspertlər tərəfindən Aşağı Gövhər ağa məscidində qiymətləndirmə işləri aparılıb, bərpa layihəsi işlənilib.[5] Bərpa işləri zamanı divarda müxtəlif yazılar, o cümlədən divara həkk olunmuş xaç işarəsi aşkarlanıb.[6]

Konservasiya və restavrasiya işləri məscidin ilkin memarlıq üslubuna uyğun olaraq həyata keçirilib.[6] Xarici mütəxəssislərin iştirakı ilə qübbələrin daxili səthində tarixi naxış hissələrinin mikroinyeksiya üsulu ilə bərkidilməsi həyata keçirilib.v Məscidin minarələri bərpa olunub, dam və döşəmə örtükləri dəyişdirilməklə bir sıra təmir işləri həyata keçirilib. Bərpa işləri, eyni zamanda, mədrəsə bölməsini də əhatə edib.[6]

Aşağı Gövhər ağa məscidi və Aşağı məscid mədrəsəində bərpa işləri Paşa Holdinqin maliyyə dəstəyi ilə, Heydər Əliyev Fondu tərəfindən həyata keçirilib.[7]

Memarlıq xüsusiyyətləri

[redaktə | mənbəni redaktə et]
Məscidin interyerləri 2024-cü ildə tamamlanmış restavrasiya işlərindən sonra

Şuşanın eyni memarlıq-planlaşdırma prinsipi əsasında inşa edilmiş hər iki cümə məscidi hazırda demək olar ki, eyni ölçülərə malikdir: Yuxarı məscid planda 26.5x21.5 metr, Aşağı məscid isə 22.2x23.7 metr ölçüyə malikdir.[8]

İki yaruslu məscidin əsas – şimal fasadında üç tağlı arkadalı eyvan yerləşir. Aşağı Gövhər ağa məscidinin orta tağı yarımdairəvi olan yan tağlardan fərqli olaraq oxvaridir. Yan tağlar üstündə əsas fasad boyunca yüksələn həmin tağ məscidin parad girişini vurğulayır.[8] Kərbəlayi Səfixan Qarabaği inşa etdiyi binaların bir çoxunun əsas fasadında əksər hallarda Şahbulaq məscidində olduğu kimi yarımdairəvi tağlı daş arkadalardan istifadə etmişdir.[8]

Məscidin üç nefli iki otaqlı ibadət zalı planda kvadrat formasına malik olmaqla 19.62x17.74 metr ölçüyə malikdir. İbadət zalı çatmatağ tavan və beş gümbəzlə örtülmüşdür. Tavanın kompozisiya mərkəzi dörd oxvari tağ üzərində dayanan 5 metr diametrə malik oxvari günbəzlə vurğulanmışdır.[8]

Şimaldan cənuba uzanan əsas ox yarımsferik oxvari apsida ilə tamamlanır. Apsidanın mərkəzində stalaktitlərlə bəzədilmiş mehrab yerləşir.[8] Məscidin ikinci mərtəbəsində uzunu boyunca yanlarda qadınlar üçün nəzərdə tutulmuş eyvanlar uzanır. Pəncərə yerləri şuavari tağ formasında həll edilmişdir.[8]

Yuxarı məsciddən fərqli olaraq Aşağı məscidin minarələri əsas fasadı yox, cənubda yerləşən və kiçik Qapan meydanına açılan ikinci fasadı əhatə edir. Belə memarlıq-planlaşdırma həllinin seçilməsi təsadüfi olmayıb, cənubda meydanın olması ilə əlaqəlidir. Əsas fasadın yerləşdiyi şimal tərəfdə isə geniş meydan və ya baxış nöqtəsi yoxdur.[8]

Aşağı məscidin dairəvi minarələri kərpicdən inşa edilməklə hörülmüşdür. Yuxarı məsciddən fərqli olaraq burada minarələrin bəzədilməsi zamanı müxtəlif həndəsi naxışlara yer verilməmişdir, yalnız həndəsi formada yazılmış Allah ifadəsi burulan lent kimi kərarlanır.[1] Oxşar ornament həlli Azərbaycan memarlığında geniş yayılmaqla Bərdə imamzadəsi, Şeyx Səfi türbəsi, Naxçıvan imamzadəsiGəncə imamzadəsinin minarələrində də rast gəlinir.[1]

  1. 1 2 3 Авалов, 1977. səh. 62
  2. 1 2 3 4 5 Авалов, 1977. səh. 60
  3. Xəzani, Mir Mehdi. Kitab-tarixi-Qarabağ. Bakı: Azərbaycan Elmlər Akademiyası nəşriyyatı. 1950. 2022-01-22 tarixində arxivləşdirilib. İstifadə tarixi: 2018-07-24.
  4. "İlham Əliyev Şuşada Aşağı Gövhər Ağa məscidinin bərpadan sonra açılışında iştirak edib » Azərbaycan Prezidentinin Rəsmi internet səhifəsi". president.az (az.). 2024-07-07 tarixində arxivləşdirilib. İstifadə tarixi: 7 iyul 2024.
  5. "İlham Əliyev və birinci xanım Mehriban Əliyeva Şuşada Aşağı Gövhər Ağa məscidində Heydər Əliyev Fondu tərəfindən aparılan bərpa işləri ilə tanış olublar » Azərbaycan Prezidentinin Rəsmi internet səhifəsi". president.az (az.). 2022-12-09 tarixində arxivləşdirilib. İstifadə tarixi: 7 iyul 2024.
  6. 1 2 3 "İlham Əliyev və birinci xanım Mehriban Əliyeva Şuşada Aşağı Gövhər Ağa məscidində aparılan bərpa işləri ilə tanış olublar » Azərbaycan Prezidentinin Rəsmi internet səhifəsi". president.az (az.). 2024-05-11 tarixində arxivləşdirilib. İstifadə tarixi: 7 iyul 2024.
  7. "İlham Əliyev Şuşada Aşağı Gövhər Ağa məscidində aparılan bərpa işləri ilə tanış olub » Azərbaycan Prezidentinin Rəsmi internet səhifəsi". president.az (az.). 2024-07-08 tarixində arxivləşdirilib. İstifadə tarixi: 7 iyul 2024.
  8. 1 2 3 4 5 6 7 Авалов, 1977. səh. 61
  • Авалов, Э. В. Архитектура города Шуши и проблемы сохранения его исторического облика. Баку: Элм. 1977.
  • Фатуллаев, Ш. С. Памятники Шуши. Баку. 1970.
  • Саламзаде, А. В. Архитектура Азербайджана XVI-XIX вв. Баку. 1964.

Xarici keçidlər

[redaktə | mənbəni redaktə et]