HÜRKMƏK

f. Gözlənilməz səsdən, adamdan və s.-dən qorxub çəkilmək və ya qaçmaq; ürkmək, qorxmaq (heyvanlar və quşlar haqqında). Sərçələr maşın səsindən hürküb uçdu.
– Dəvələr hürkərək bir-birinə dəyib bütün yolu tuturdular. M.İbrahimov.
…Qağayılar hürküb qayadan uçmuşdu. S.Vəliyev.

// Eyni mənada adam haqqında. Qaranlıqdan hürkmək.
[Fərman Mələyə:] Bilirəm, sən məndən hürkürsən. M.İbrahimov.
[Bəhlul:] [Əjdər] elə bil hürkürdü, nədənsə çəkinirdi. B.Bayramov.

Sinonimlər (yaxın mənalı sözlər)

  • HÜRKMƏK utanmaq — sıxılmaq
  • HÜRKMƏK qorxmaq — çəkinmək
  • HÜRKMƏK hürkmək bax qorxmaq
HÜRKMƏ
HÜRKÜ

Digər lüğətlərdə