1. Ön, qabaq, pişgah.
□ Hüzur(u)na – yanına, qabağına, önünə. Hüzuruna çağırmaq. Hüzuruna gəlmək. Hüzuruna heç kəsi qəbul etmir.
– [Pirverdi bəy Kəblə Qulaməliyə:] Bu saat oğlun Mustafanı, get, gətir cənab nəçərnikin hüzuruna.
[Vaqif:] Axund, xanın hüzuruna getmək çağı deyilmi?
Hüzurunda – yanında, qabağında, önündə. Hüzurunda oturmaq. Hüzurunda danışmaq.
– Xidmətçilər Hüseynqulu ağadan qorxub hüzurunda titrəyirdilər.
Gör nələr yaradır hökmü dövranın; Leyla hüzurunda dayanmış xanın.
Hüzurundan – yanından, qabağından, önündən.
Elə ki məclis qurtardı, hamı dağıldı, Cünun da durub paşanın hüzurundan mürəxxəs oldu. “ ”.
2. Hazır olma, orada olma.
Hiss edirdim ki, mənim hüzurum və söhbətim [Ağaverdini] narahat edir.