HƏNƏK

is. [ ər. ] Zarafat. Əvvəli hənək, axırı dəyənək. ( Ata. sözü ).
Belə hənəkmi olur; Əl qan, üz qan, yaxa qan. Sarı Aşıq.

□ Hənək etmək (eləmək) – zarafat etmək, zarafatlaşmaq, hənəkləşmək, şuxluq eləmək.
…Qəvvas səsləndi … and olsun cavan canuva, mən səniynən hənək eləyirdim. (Nağıl).
Sarımtıl arılar, xallı kəpənək; Ballı çiçəklərlə eləyir hənək. H.K.Sanılı.

Sinonimlər (yaxın mənalı sözlər)

  • HƏNƏK zarafat — qaravəlli
  • HƏNƏK hənək bax zarafat

Etimologiya

  • HƏNƏK Alınma sözdür, “zarafat” deməkdir, (hənək-hənək, axırı dəyənək işlədilir). (Bəşir Əhmədov. Etimologiya lüğəti)
HƏNƏFİ
HƏNƏKÇİ

Digər lüğətlərdə