HƏRDƏM

zərf [ fars. ]
1. Hər nəfəsdə, hər an, hər dəqiqə, həmişə, daim.
Söhbətində olan istər sazını; Mən çəkərəm hərdəm sənin nazını. Sarı Aşıq.
Gözümdən seyl tək hərdəm; Axan al-qanə bir baxmaz. Q.Zakir.

2. Bəzən, hərdən, arabir, hərdənbir, gahgah. Hərdəm bizə də gəl.
[Asya:] Bu yazıq yarına hərdəm; Bir nəzər sal, gözəlim. Ü.Hacıbəyov.
Anası hərdəm cib aynasını [İzzətin] ağzına tutur, nəfəsi gəldiyini seçirdi. Mir Cəlal.

Etimologiya

  • HƏRDƏM Farsca “hər vaxt, həmişə” deməkdir (dəm sözünün bir mənası “vaxt”dır). (Bəşir Əhmədov. Etimologiya lüğəti)
HƏRÇİ
HƏRDƏMXƏYAL

Digər lüğətlərdə