1. Birinin üzərinə, öhdəsinə buraxma, qoyma, tərk etmə; birinə tapşırma.
□ Həvalə edilmək (olunmaq) – üzərinə, öhdəsinə buraxılmaq, qoyulmaq, tapşırılmaq.
[Xəlil:] Bax, çay hazır, tökülməsi də gənc xanıma həvalə olunur.
Qız zərif əlləri ilə paltar yudu, xəmir yoğurdu, hətta axır zamanlar çörək yapmaq da ona həvalə olundu.
Həvalə etmək – üzərinə, öhdəsinə buraxmaq, qoymaq, tapşırmaq.
[Qüdrət:] Sərdar bu vəzifəni [Cavad ağaya] həvalə edib.
Böyük qardaşının [Nəsirə] həvalə etməkdə olduğu xüsusi işləri o qədər çox olardı ki, axşamadək ancaq onların öhdəsindən gələ bilərdi.
2. mal. Bir ödənişin başqa şəxsin adına keçirilməsi.