1. sif. kit. Hüsula gələn, vücuda gələn, ortaya çıxan, törəyən.
□ Hasil etmək – 1) almaq, əldə etmək.
İzin hasil edəndən sonra Əhməd içəri daxil olub, … əl-əl üstə qoyub, salam məqamında durdu. ( ).
[Tağı Xudayar bəyə:] Mən indi müsinn adamam, özümə görə də təcrübə hasil eləmişəm. ;
2) istehsal etmək.
Bu günlər inşaatçılar əsas qüvvələrini enerji hasil edəcək turbinin quraşdırılmasına yönəltmişlər. ( ).
Hasil olmaq – 1) nəticə kimi ortaya çıxmaq, ələ gəlmək.
Neçə gün ciddi axtarış getdisə də, bir səmərə hasil olmadı.
[Yaqub:] Əvvəl burada Möhsün bəy çalışırdı. İki il işlədi, bir nəticə hasil olmadı. ;
2) törəmək, vücuda gəlmək, özünü göstərmək.
Qılıncdan murad hasil olmadı, əmuda əl atdılar. “ ”.
Ana dedim, ürəyimə yanar odlar saçıldı; Ana dedim, bir ürpəriş hasil oldu canımda. ;
3) yerinə yetmək, həyata keçmək.
Hasil oldu Qurbaninin diləyi; Tanımaram nə sultanı, nə bəyi. “ ”.
[Fitnə:] Oxu, bülbülüm oxu, hasil olsun diləklər. ;
4) yetişmək, bitmək.
Hər meyvə olur hasil; Zəhmətlə, köməklərlə.
Alınıb-satılan yalnız kənddə hasil olan şeylər və heyvanat qismi idi.
Hasilə çatmaq – boya-başa çatmaq.
Layla deyim yatınca; Gözlərəm ay batınca; Canım cəzanə gəldi; Sən hasilə çatınca. ( ).
Hasilə gəlmək – 1) bitmək, yetişmək, əmələ gəlmək.
Pambıq isə torpaqda bitir, bizim yerlərdə hasilə gəlir. ;
2) hazırlanmaq, hazır olmaq.
Plov hasilə gələndən sonra Müşgünaz süfrəni hazırladı. ;
3) yetişdirilmək, hazırlanmaq.
[İrəvan darülmüəlliminindən] ancaq otuz, artıq başı qırx nəfərə kimi müəllimlər hasilə gəlibdir.
Hasili-kəlam köhn. – sözün qısası, xülasə, müxtəsər.
[Xarrat:] Hasili-kəlam, bəşər uşaqları heç də nəzər-diqqətə alınmır.
Qənaət hasil etmək – bax qənaətə gəlmək (“qənaət”də).
Zəki Məmmədbağırın xəriflədiyinə qənaət hasil etdi.
Nə hasil? klas. – nə xeyri? nə olsun? nəticəsi yoxdur. Doğru yola getmədim, nə hasil? Bir mənzilə yetmədim, nə hasil?
Yüz il başın yerə döysə, nə hasil; Zahidin bihudə ibadətindən.
// Nəticə kimi ortaya çıxan şey; nəticə, səmərə.
Səng şikəst eylədi balü-pərim; Banlamağın hasilini anladım.
2. köhn. bax məhsul 1-ci mənada.
Cəm edəcək tarlasının hasilin; Bəsləyəcək ailəsin, həm elin.
Bir pud buğda əkib əvəzində iki yüz pud hasil alırlarmış.
3. is. riyaz. Vurma əməlində alınan rəqəm. 2 ilə 3-ün hasili 6-dır.