HAVA

diri, canlı, həyati (Qədim y. Yeva adının ərəb forması); göy, səma; hərislik; məğrurluq.
HATİMƏ
HAVABƏYİM
OBASTAN VİKİ
Hava
Hava — Yer kürəsinin atmosferini təşkil edən, azot və oksigendən ibarət təbii qaz qarışığı. Havanın elementləri temperatur, rütubət və təzyiqdir, hava hadisələri isə külək, yağıntı, şimşək və s.. Havanın dəyişməsinə səbəb Günəş radiasiyasının dəyişkənliyi, hava kütlələrinin yerdəyişməsidir. Hava elementlərinin mövcud durumu yaxın günlər üçün proqnoz verməyə imkan verir. Bu məlumatlar əsasında sinoptik xəritə tərtib edilir və havanın gələcəkdə necə olacağını müəyyənləşdirirlər.
Hava-hava raketi
Hava-hava Raketləri (Air-to-Air Missile; AAM) təyyarə və helikopterlər tərəfindən digər uçan nəqliyyat vasitələrini məhv etmək üçün istifadə olunan silahlardır. Bu silahlar istiyə və ya hədəfə göndərilən və əks olunan radar və lazer siqnalları və ya hədəfdən çıxan radar siqnalları ilə idarə olunurlar. == Tarixi inkişaf == Bu sahədə ilkin tədqiqatlara İkinci Dünya müharibəsi zamanı Alman mühəndisləri tərəfindən başlanılmışdır. Böyük müttəfiq bombardmançı birləşmələrini məhv etmək üçün hazırlanmış Ruhrstal X-4 raketi müharibənin sonlarına doğru ortaya çıxdı. Ruhrstal X-4, tellə idarə olunan bir raket idi və raket buraxıldığı təyyarənin pilotu tərəfindən idarə olunurdu. Almanların bu ilk əsərləri müharibənin sonunda bir çox layihə ilə birlikdə ABŞ və Rusiya tərəfindən ələ keçirildi. Əvvəlcə mövcud nəzəriyyələrlə hava-hava raket tədqiqatlarına başlayan mühəndislər, o dövrlərin favoriti olan radardan istifadə edərək bir raket inkişaf etdirməyə çalışırdılar. Bununla birlikdə, radarların həcm baxımından ölçüsü bəzi çətinliklər yaradırdı. O zaman ABŞ-dən Dr. William B. Mcclean adlı bir alim meydana gəldi.
Ekstremal hava
Ekstremal havaya gözlənilməyən, qeyri-adi, kəskin və ya qeyri-mövsümi hava daxildir.Ekstremal hadisələr tez-tez qeyd olunan hava tarixçəsinə və ən qeyri-adi on faizə əsaslandırılır. Antropogen təsirlərin yaratdığı iqlim dəyişikliyinin bəzi ekstremal hava hadisələrinin intensivliyi və periodikliyini artırdığını göstərən sübutlar var. Ekstremal hava və digər hadisələrin antropogen iqlim dəyişikliyi ilə əlaqələndirilməsinə olan inam həddən artıq yağıntılara və quraqlıq intensivliyindəki artışlara bir miqdar inam ilə birlikdə, ifrat isti və soyuq hadisələrin sıxlığında və böyüklüyündəki dəyişikliklərdə ən yüksək səviyyədədir. Ekstremal havanın təbi ekosistemlərlə yanaşaı, insan cəmiyyəti üzərində də təsirlər var. Misal üçün, qlobal sığortaçı Münix Re təbii fəlakətlərin 2015-ci ildə bir başa itkilər üzərində 90 milyard dollardan daha böyük rəqəmə çatdığını təxmin edir. == Ekstremal havanın təsirləri == Ekstremal havanın təsirlərinə daxildir: İfrat yağan yağışlar daşqınlara və torpaq sürüşmələrinə Həddən artıq istilər və yağışın olmaması, meşə yanğınlarına və quraqlığa Tornado və fırtınalar kimi güclü küləklər insan infrastrukturunun dağılmasına Həddən artıq yağan qar qar uçqunlarına səbəb olur. == Həmçinin bax == İqlim dəyişikliyi == İstinadlar == == Ədəbiyyat == National Academies of Sciences, Engineering, and Medicine. Attribution of Extreme Weather Events in the Context of Climate Change (Hesabat). Washington, DC: The National Academies Press. 2016.
Hava Baronları
Hava Baronları (ing. Air Barons) ABŞ Hərbi Donanmasına məxsus olmuş aerobatika eskadronudur. 1958–1971-ci illərdə fəaliyyət göstərmişdir. Mavi Mələklərdən sonra ABŞ Hərbi Donanmasının ikinci aerobatika komandası olmuşdur.Əvvəllər uçuşlar üçün Grumman F-9 Cougar təyyarələri istifadə olunurdu. Sonra bu təyyarələr Douglas A-4 Skyhawk ilə əvəz olundu. == Tarixi == Mavi Mələklərdən fərqli olaraq Hava Baronları bütün uçuşlar zamanı qanadları altında əlavə yanacağ çəni daşıyırdı. Hava Baronları aerobatika komandasından başqa həm də əməliyyat eskadronu idi. Aerobatika komandası mövcud olduğu müddətdə 66 rəsmi uçuş nümayişi keçirmişdir.
Hava Köçəriləri
Hava Köçəriləri — Avatar: Aanq haqqında əfsanə cizgi serialın dünyadan bir xalq. Od milləti tərəfdən başlayan Yüz illik müharibə başlayanda Aanqdan başqa bütün Hava Köçəriləri Od Lordu Sozin tərəfdən məhv edilmişdilər. == Görünüşü == Millətin görünüşü Tibet rahiblərinin görünüşü əsasında yaradılmışdır. Əsasən qara saçlı (kişilər rəhib ilduğuna görə keçəldilər), palıdılı gözlər, bədənlərinə (körpə yox,) uşaq yaşında bədənlərdə ox tatusu yazdırırlar. == Mədəniyyət == Hava Köçəriləri rəhibləridilər, məişəti çox asan və pasifistikdir. Onlar tamamilə vegeteriandılar (ətlərdən təkcə yumurtanı yeyirdilər). Uşaqlar aerobol kimi Hava magiyanı istifadə edə oyunlar oynayırdılar. Geyimləri əsasən sarı və palıdı rənglərdəidilər.
Hava axını
Hava gəmisi
Uçan gəmi — yerin və ya suyun səthində əks olunan hava ilə qarşılıqlı təsir istisna olmaqla, hava ilə qarşılıqlı təsir yolu ilə atmosferdə dəstəklənən uçan aparat. == Xüsusi çəkisinə görə uçan gəmilərin təsnifatı == Xüsusi çəkisinə görə təyyarələri şərti olaraq iki qrupa bölmək olar — havadan yüngül təyyarələr (aerostatlar) və havadan ağır olan təyyarələr (aerodinlər). İkisinin fərqi ondan ibarətdir ki, havadan daha yüngül olan təyyarələr, havadan daha ağır olan təyyarələrdən fərqli olaraq əlavə elektrik stansiyasının köməyi olmadan müstəqil şəkildə havaya qalxa bilirlər. Bu təsnifat rəsmi deyil və mümkün və tez-tez istifadə olunanlardan biri kimi verilir. Havadan yüngül olan təyyarələr, Arximed qanununa əsaslanaraq, havaya qalxmaq üçün aerostatik qüvvələrdən istifadə etmələri ilə fərqlənirlər ki, bu qanuna əsasən, daha az sıxlığa malik olan cisim daha yüksək sıxlıqlı mühitdə üzməyə başlayana qədər üzəcək. Atmosferin sıxlığı yer səthindən uzaqlaşdıqca azaldığından belə bir təyyarənin qalxması da qalxdıqca azalır.
Hava kütlələri
Hava kütlələri — fiziki xassələrinə görə aşağıdakı coğrafi tiplərə ayrılır: == Hava kütlələrinin növləri == Ekvatorial hava (Eh)ekvatorial qurşaq üzərində formalaşaraq,yüksək temperatur və çox rütubətliliyi ilə səciyyələnir.Ekvatorial qurşaqda quru səthinin ifrat rütubətli olması ilə əlaqədar,həm okean,həm də quru üzərində formalaşan Eh eyni fiziki xassəyə malik olur.Buna görə də ekvatorial hava kütləsi dəniz və kontinaental növlərə bölünmür.Eh hakim olan ərazilərdə bol,leysan tipli yağıntılar baş verir. Tropik hava (Th) dəniz(DTh)və kontinental tropik hava(Kth)yarım tiplərinə bölünür.Dəniz tropik havası (DTh)tropik və subtropik qurşaqların okean səthləri üzərində-Azor və Havay maksimumlarında əmələ gələrək,yüksək temperaturu və rütubət tutumu,lakin alçaq nisbi rütubətliyi ilə səciyyələnir. Kontinental tropik hava (KTh) kütlələri tropik enliklərin quru səthləri üzərində,xüsusilə tropik barik maksimumlarında-Böyük Səhra,Ərəbistan,Tar,Kalaxari üzərində,yayda isə subtropiklərdə və mülayim qurşağın cənubunda(şm.yarımkürəsində)-Şimali Çində,Qazaxıstanda,Orta Asiyada,Kolarado yaylası üzərində əmələ gəlir.Yüksək temperaturu,qururluğu və tozluluğu ilə başqa hava kütlələrindən fərqlənir.Tropik hava kütlələri passatların tərkibində ekvatora,yayda isə mülayim enliklərə,o cümlədən Azərbaycan ərazisinə daxil olur. Mülayim enliklər havası (Mh) dəniz(DMh) və kontinental(Kmh) yarım tiplərinə bölünür. Dəniz mülayim enlikləri havası (DMh)hər iki yarımkürənin mülayim qurşaqların okean səthi üzərində formalaşır.Qışda materik üzərinə gəldikdə şaxtaları yumşaldır,qara,bəzən dumanlı yağışlı tutqun havalara səbəb olur.Yayda bu hava kütləsi istiliyi azaldır,rütubətliyi artırır,özü ilə bəzən gur yağışlar gətirir.DMh,adətən,qərb küləkləri və siklonlar sistemində hərəkət edərək,materiklər üzərinə gəlir. Kontinental mülayim enliklər havası (KMh)ancaq şimal yarımkürəsinin quru səthi üzərində öz səciyyəvi xassəsini alaraq,qışda çox soyuq,quru,şaxtalı və açıq şəffaf olur.Sibirdə bu hava qışda Arktika havasından da soyuq olduğundan,Sibirin bəzi rayonlarında havanın temperaturu -70 °C-dək aşağı düşür.Yayda geniş quru səthi üzərində formalaşan KMh bərk qızır,qalxan hava cərəyanları əmələ gətirərək,leysan yağışların yağmasına və hətta tufanların baş verməsinə səbəb olur.Azərbaycan ərazisində iqlimin formalaşmasında mülayim enliklər hava kütlələrinin hər iki yarım tipinin (KMh və DMh)rolu olduqca böyükdür.Belə ki,yayda respublika ərazisinə daxil olan hava kütlələrinin 50%-dən çoxunu Mh tipi təşkil edir. Arktik hava kütlələri (Ah) kontinental Arktika havası(KAh) və dəniz Arktika havası (DAh) yarımtiplərinə bölünür. Kontinental Arktika havası (KAh) Arktikanın buz səthi üzərində,qışda isə həm də Taymır,Kolıma hövzəsi,Çukot və Şimali Kanada üzərində yaranır.Alçaq temperaturu,az rütubətliliyi və yüksək şəffaflığı ilə xarakterizə olunur.KAh-nin mülayim enliklərə daxil olması qışda kəskin şaxtaların,yazda və payızda isə ayazların yaranmasına səbəb olur.Cənub yarımkürəsində KAh-nin analoqu Antraktidanın buz örüyü üzərində formalaşan,lakin daha kəskin şaxtalı,küləkli Antarktika hava kütləsidir.(KAh). Dəniz Arktika havası (DAh)Avropa Arktikasında okeanın buzlardan azad olan hissəsi üzərində əmələ gəldiyindən KAh-a nisbətən rütubətli və temperaturu bir qədər yüksək olur.Qışda DAh-ın materikin üzərinə hərəkət etməsi qısamüddətli istiləşməyə səbəb ola bilər.Azərbaycan ərazisinə bu hava kütlələrinin daxil olması temperaturun kəskin aşağı düşməsinə,buludluluğun artmasın və cəbhə boyu yağıntı düşməsinə gətirib çıxardır.Cənub yarımkürəsində Antarktika hava kütləsinin (Ah)dəniz yarımtipi yoxdur.
Hava kütləsi
Hava kütləsi– troposferin təqribən eyni fiziki xassəyə malik olan, atmosferin ümumi sirkulyasiyası sistemində hərəkət edən, sahəsinə görə materiklərlə müqayisə edilən irihəcmli hava hissəsi. Hava kütləsi qalınlığı bir neçə kilometr olub, bəzi hallarda bütövlükdə troposferi əhatə edir. Fiziki xassələrini (temperatur, rütubətlik, şəffaflıq və s.) üzərində yerləşdiyi ərazinin təsiri nəticəsində formalaşdırır. == Tipləri == Fiziki xüsusiyyətlərinə görə hava kütləsinin aşağıdakı tiplərini ayırırlar: Ekvatorial hava kütləsi Tropik hava kütləsi Mülayim enlik (və ya qütb) hava kütləsi Arktik və ya Antarktik hava kütləsi Rütubətliyinə görə Ekvatorial hava kütləsindən başqa, bütün hava kütlələri iki tipə bölünürlər. Dəniz hava kütləsi (məsələn, dəniz tropik hava kütləsi) Kontinental hava kütləsi (məsələn, kontinental tropik hava kütləsi) Stabilliyinə hava kütləsinin adlandırılması: İsti hava kütləsi- hava kütləsinin temperaturu keçdiyi ərazinin temperaturundan daha yüksəkdir. Soyuq hava kütləsi- hava kütləsinin temperaturu keçdiyi ərazinin temperaturundan daha soyuqdur. Bu və ya digər ərazidə daimi və yaxud ilin müəyyən dövründə hakim olan hava kütləsi həmin ərazinin iqlim tipini müəyyən edir.
Hava limanı
Hava limanı və ya aeroport — hava gəmilərinin qəbul edilməsi, yola salınması və hava daşımalarına xidmət göstərilməsi üçün nəzərdə tutulan, bu məqsədlərə görə aerodroma, aerovağzala və zəruri avadanlığa malik olan qurğular, tikililər kompleksi. Dünyada yeni və sürətlə inkişaf vedən nəqliyyat növü hava (aviasiya) nəqliyyatıdır. Aviadaşımalarına görə Şimali Amerika və Avropa, ölkələr üzrə ABŞ, Böyük Britaniya, Yaponiya, Fransanı qeyd etmək lazımdır. Hava nəqliyyatının inkişafı ilk növbədə hava limanları şəbəkəsi ilə ölçülür. Dünyanın ən iri hava limanları Çikaqo, Nyu-York, London, Tokio, Paris, Moskva, Los-Anceles, San-Fransisko, Doha, Frankfurt, İstanbul və s. böyük şəhərlərdədir. == Azərbaycanda == Heydər Əliyev Beynəlxalq Aeroportu, Azərbaycanın altı beynəlxalq hava limanından biridir. 10 mart 2004-cü ildə Bakı Beynəlxalq Aeroportuna, 35 il dövlət başçısı vəzifəsini icra edən və Azərbaycan Respublikasının keçmiş Prezidenti, ulu öndər Heydər Əliyevin şərəfinə ad verilmişdir. Heydər Əliyev Beynəlxalq Aeroportu hava limanınlarının auditi sahəsində ən nüfuzlu "Skytrax World Airport Awards"-un maksimal "5 Ulduz" statusuna layiq görülmüşdür. Heydər Əliyev Beynəlxalq Aeroportu 2018-ci il üzrə MDB ölkələri arasında ən yaxşı aeroport seçilmişdir.
Hava miqrantları
Hava müalicəsi
Aeroterapiya (q.yun. ἀέριος – "hava" + θεραπεία – "müalicə") və ya hava müalicəsi — açıq havada müalicə. Aeroterapiya orqanizmi oksigenlə təmin edir və xarici mühit temperaturunun təsirinə müqavimətini artırır. Aeroterapiya günəş şüaları ilə müalicə və talassoterapiya (dənizdə çimməklə müalicə) ilə birlikdə iqlim müalicəsinin bir hissəsidir. Təbii şəraitdə oksigenlə zənginləşmiş, tərkibində dəniz suyu elementlərinin faydalı ion qarışığı, yaxud bitkilərin həyat fəaliyyəti məhsulları olan havada aeroterapiya xüsusilə faydalıdır. Havada olma müddəti hava şəraitinə, sağlamlıq vəziyyətinə görə müəyyən edilir və gün ərzində 1–2 saatdan, tədricən, 12–24 saata qədər uzadılır. Aeroterapiya su proseduraları ilə birlikdə yaxşı nəticə verir. Aeroterapiya istilik mübadiləsini və termotənzimləməni qaydaya salır, qanın oksigenlə təchizini yaxşılaşdırır, iş qabiliyyətini yüksəldir, orqanizmi möhkəmlədir. Kəskin iltihab və ya temperaturla keçən xəstəliklərdə aeroterapiya zərərdi. == İstinadlar == == Əlavə ədəbiyyat == Griffin, W. A. The Open-Air Treatment of Tuberculosis : [англ.] // Boston Medical and Surgical Journal.
Hava nəqliyyatı
Hava nəqliyyatı-Ən sürətli və dinamik inkişaf edən nəqliyyat növü hesab olunur. == Tarixi == Hava nəqliyyatı - Ən sürətli və dinamik inkişaf edən nəqliyyat növü hesab olunur. Aviasiya vasitəsi ilə sərnişinlərin və yüklərin daşınmasına yalnız I Dünya müharibəsindən sonra başlanmışdır. Əgər 1937-ci ildə dünyada hava nəqliyyatı ilə 4 mln. nəfər səmişin daşınmışsa, XXI əsrin əwələrində bu göstərici 2,2 mlrd. nəfər təşkil etmişdir. == Ümumi məlumat == Sərnişinlərin və xüsusi dəyərli yüklərin lazım olan məntəqəyə qısa müddətə çatdırılması hava nəqliyyatının üstün cəhətlərini müəyyən edir. İstifadə edilən təyyarələrin fərqli texniki xüsusiyyətləri hava məkanında müxtəlif hündürlüklərdə hava xətləri şəbəkəsinin yaradılmasına imkan vermişdir. Müasir dövrdə belə hava xətləri şəbəkəsinin ümumi uzunluğu 10 mln. km təşkil edir.
Hava proqnozu
Hava proqnozu– İri miqyaslı atmosfer proseslərinin təhlili əsasında havanın gələcək vəziyyəti haqqında irəli sürülmüş elmi fikir. Qısamüddətli (bir ayadək və daha artıq) olur. Həm müəyyən ərazi (vilayət, ölkə, rayon, dəniz akvatoriyası və s.), həm də ayrı-ayrı yaşayış məntəqələri, aeroport, nəqliyyat yolları, otlaqlar və s. üçün tərtib edilir. Xalq təsərrüfatının ayrı-ayrı sahələrinin işində çətinliklər törədən və onlara zərər vuran, həmçinin əhalinin təhlükəsizliyini qorxu altına alan təhlükəli hava hadisələri (siklon, tufan, duman, çovğun, güclü külək, toz fırtınası, ayaz və s.) də xüsusi hava proqnozularına daxildir. Hava proqnozu sinoptik meteorologiyanın məlumatları əsasında tərtib olunur. == Çoxillik hava proqnozları == 48 saatdan artıq müddətə tərtib edilən proqnozlara uzunmüddətli proqnozlar deyilir. Praktiki olaraq 3 gündən bir neçə ay müddətinə qədər tərtib edilən proqnozlar bura aid edilir. Bəzən atmosfer sirkulyasiyasının ümumi xüsusiyyətlərini və hava şəraitinin bir il, bir neçə il və yaxud bir- neçə onilliklər qabaqcadan müəyyənləşdirməyə cəhd edilir. Belə proqnozlar daha uzunmüddətli və yaxud ultrauzunmüddətli proqnozlar adlanır.
Hava rejimi
Hava sinifləri
Kompleks iqlimşünaslığın bir tədqiqat üsulu kimi bütün dünyada mövcud olan müxtəlif hava şəraiti 16 hava sinifinə bölünür . Bu siniflərə tropiklər və ya səhralarda müşahidə olunan kəskin istilərdən tutmuş Antarktidanın dözülməz şaxtalarınadək bütün havalar daxildir. Hava siniflərinə aşağıdakılar aid edilir: Günəşli çox isti və çox quru hava (I hava sinifi) — yüksək termik şəraiti, quraqlığı, aydın və ya azbuludlu vəziyyəti ilə səciyyələnir. Günəşli isti və quru hava (II hava sinifi) — düzənlik ərazilərin yay mövsümü üçün səciyyəvidir, dağlarda yüksəklik artdıqca tədricən yox olur. Azbuludlu hava (III hava sinifi) — dənizsahili ərazilərdə ən çox yaz, payız və qış aylarında, dağlarda isə yayda müşahidə olunur. Gündüz buludlu hava (IV hava sinifi) — III hava sinifindən az fərqlənməklə bütün il boyu müşahidə edilir. Gecə buludlu hava (V hava sinifi) — isə ən çox Böyük Qafqazın cənub ətəkləri üçün səciyyəvidir. Tutqun (VI hava sinifi) və yağışlı (VII hava sinifi) havalar — yay aylarında düzənlik ərazilərdə seyrək hallarda qeyd edilsə də, dağlarda daha çox müşahidə olunur. Çox isti və çox rütubətli hava (XVI hava sinifi) — sahilboyu sahil zonasında müşahidə olunur. Temperaturu 0°-dən keçən gündüz buludlu (VIII hava sinifi) və temperaturu 0°-dən keçən gündüz aydın (IX hava sinifi) havalar — düzən və dənizsahili ərazilərində daha çox qış aylarında, yüksək dağlıq zonada isə yaz və payız aylarında müşahidə olunur.
Hava sürəti
Hava sürəti, havadakı istənilən aviavasitənin sürəti. Aviasiyada fərqli məqsədlər üçün istifadə olunan bir çox fərqli hava sürəti olduğundan hava sürətinə ümumi bir tərif vermək düzgün olmazdı. Hava sürəti termini ilə əsasən aviavasitənin əsas sürət saatından oxunan və təyyarənin ətrafındakı hava kütləsinə görə, nisbi sürəti verən alət hava sürəti və ya göstərilmiş hava sürəti (göstərici sürət) nəzərdə tutulur.
Hava xətti
Aviatrassa, aviasiya xətti və ya hava xətti — nəqliyyat təyyarələrinin müntəzəm uçması üçün təsdiq olunmuş marşrut. Aviatrassa təyyarələrin təhlükəsiz qalxıb-enməsi üçün aerodromlar və zəruri yerüstü avadanlıq (aviamayak, tanınma nişanları və s.) ilə təchiz edilir. Rusiyada ilk aviatrassa 15 iyul 1923-cü ildə Moskva ilə Nijni Novqorod arasında açılmışdır, uzunluğu 420 kilometr olmuşdur. 1975-ci ildə SSRİ hava xətlərinin ümumi uzunluğu 800 min kilometrdən çox olmuşdur. 1975-ci ildə SSRİ ilə 70-dən ölkənin paytaxt və ya iri şəhəri arasında hava rabitələri var idi. 1970-ci illərdə Azərbaycanda 20-dən artıq aviatrassa var idi. Məsələn, Bakı–Gəncə–Naxçıvan, Bakı–Xankəndi, Bakı–Şəki–Balakən, Bakı–Ağdam, Bakı–Yevlax, Bakı–Lənkəran və s. == İstinadlar == == Xarici keçidlər == FAA Order JO 7400.2L, Procedures for Handling Airspace Matters, effective 2017-10-12 (with changes), accessed 2017-12-04 FAA Aeronautical Information Manual, Chapter 1 Cold War Berlin air corridor disagreement.
Hava şarı
Hava şarı və ya aerostat — isidilmiş hava, yaxud helium və ya hidrogen kimi yüngül qazlarla doldurulan və nəticədə havadan yüngül olduğu üçün uça bilən nəqliyyat vasitəsi. == Tarixi == Jozef Mişel Monqolfe və Jak Etyen Monqolfe yaşadıqları Annonay kəndində, diametri 10.5 metr olan torbanın içərsinə isti su dolduraraq, ilk qeyri-rəsmi uçuşu həyata keçirmişdilər. Həmin uçuş zamanı hava şarı 450 metr hündürlüyə qədər yüksəlmiş, 10 dəqiqə ərzində 2 kilometr məsafə yol getmişdir. Bütün təlimlərdən sonra, Monqolfe qardaşları şəhər mərkəzində, uçuş həyata keçirmək qərarına gəlirlər. 19 sentyabr 1783-cü ildə kütlə qarşısında, ilk uçuş icra edilir. Kütlənin arasında məşhur diplomat Bencamin Franklin də vardı. Uçuş Paris şəhərində, uğurla icra edilmişdir. Uçuş əsnasında, hava şarının səbətinə, bir xoruz, bir ördək və bir qoyun qoyulmuşdur. İki ay yarımdan sonra 27 avqust 1783-cü ildə professor fizik Jak-Aleksandr-Sezar Şarlın hava şarı start verdi, hansı ki, Monqolfe qardaşlarının şarı kimi isti hava ilə deyil hidrogenlə doldurulmuşdu. Qeyd etmək lazımdır ki, Monqolfe qardaşlarının hava şarı kəşfi praktiki olaraq təsadüfü olmuşdur: uçan aparatı yaratmaq fikri onlara istifadə olunmuş kağızların ocaqda yanarkən yanmış hissələrinin uçması nəticəsində yaranmışdır.
Nəm hava
Nəm hava — quru hava ilə su buxarının qarışığı. Nəm havada su buxarı qızışmış, quru doymuş və yaxud da nəm buxar halında olur. Nəm havaya ideal qazlar qarışığı kimi baxmaq olar. Dalton qanununa görə nəm havanın təzyiqi quru hava ilə su buxarının parsial təzyiqləri cəminə bərabərdir: P n . h = P q . h + P s . b {\displaystyle P_{n.h}=P_{q.h}+P_{s.b}} burada P q . h {\displaystyle P_{q.h}} , P s . b {\displaystyle P_{s.b}} –quru havanın və su buxarının parsial təzyiqləridir. Nəm havada olan su buxarının parsial təzyiqləri, nəm havanın temperaturuna uyğun olan P d {\displaystyle P_{d}} doyma təzyiqindən yüksək ola bilməz, yəni P s .
Əs hava
Əs hava / اس هاوا (farsca:اصفهاآباد / Əsfha'abad ) - İran İslam Respublikasının Ərdəbil ostanında kənd. Əs hava Kövsər şəhristanının Firuz bəxşinin Zərəcua kəndistanında yerləşir.
Hava kəşfiyyatı
Hava kəşfiyyatı və ya Aviasiya kəşfiyyatı üsulu — Strategiya məqsədilə aparılan hərbi kəşfiyyatdır. Kəşfiyyat təyyarələri ilə müəyyən ərazi üzərində verilən vaxt intervalında hava şəraiti üzərində vizual və instrumental müşahidə aparmaq mümkündür.
Hava seksi
Hava seksi (エアセックス, Ea sekkusu) – Yaponiyada ixtira edilmiş performans sənəti. Paltar geyinmiş kişi və ya qadın iştirakçılar xəyali, yəni olmayan partnerlə sekslə məşğul olmağa çalışırlar. Hava seksi məşğuliyyəti 2006-cı ildə sevgilisi olmayan bir qrup yapon oğlan tərəfindən ixtira edilmişdir. == Tarixi == Məşğuliyyət 2006-cı ildə Yaponiyanın "Weekly Playboy" jurnalı, daha sonra ingilisdilli "Mainichi Daily News" veb-saytı tərəfindən işıqlandırılmışdır. 2007-ci ilin yanvarında isə YouTube-a "Hava seksi üzrə dünya çempionatı" videosu yüklənmişdir. BBC Three kanalında yayımlanan "Yapanorama" sənədli serialı 2007-ci ilin martındakı bir epizodunu hava seksinə həsr etmişdir. == Müsabiqələr == Hava seksi məşğuliyyətinin ABŞ-da populyarlıq qazanmasından sonra ABŞ-də hava seksi üzrə müsabiqələr keçirilməyə başlanmışdır. 2008-ci ildə keçirilmiş hava seksi müsabiqəsinin qalibi Sed Lerry adlı şəxs olmuşdur. 2009-cu ildə ABŞ-ın Texas ştatının Ostin şəhərində "Alamo Drafthouse" tərəfindən Hava Seksi üzrə Dünya Çempionatlarına start verilmişdir. Hava seksi məşğuliyyəti ilə məşğul olarkən müxtəlif qaydalar tətbiq oluna bilər.
Hava döyüşləri
R-27 (hava-hava tipli raket)
Vympel R-27 (NATO kod adı: AA-10 "Alamo", Cyrillic P-27 Sovet/Rusiya istehsalı olan və havadan havaya hədəfləri məhv etmək üçün hazırlanan hava-hava tipli raketdir. 1978-ci ildən xidmətdədir. Bu raket Çində lisenziya ilə istehsal edilir. Uzunluğu: 4.08 m Diametri: 0.230 m Ağırlığı: 253–350 kq Döyüş hissəsinin çəkisi: 39 kq İdarəetmə sistemləri: İnfraqırmızı görüntüləmə (İİR (R-27T)), yarı-aktiv radar (R-27R), aktiv radar (R-27AE), passiv radar Hədəfin sürəti: 3500 km/saat Raketin sürəti: 5512 km/saat (4.5 Mach) Hədəfə çatma müddəti: 60 saniyə Manevrə qabiliyyəti: 8G Hədəfi məhvetmə hündürlüyü: 3 – 30.000 m Hədəfi məhvetmə uzaqlığı: 0.2 – 170 km == İstifadə edə biləcək təyyarələr == MiQ-23 MiQ-29 Su-27, Su-30 Su-33 Su-34 Su-35 Su-37 PAK FA T-50 Yak-141 Azərbaycan Hərbi Hava Qüvvələrinin silahlanmasında da yer alır. Ukraynadan alınmışdır.
Birminqem-Şattlsvort Beynəlxalq Hava Limanı
Birminqem-Şattlsvort beynəlxalq hava limanı (ing. Birmingham-Shuttlesworth International Airport) (BHNA: BHM, BMAT: KBHM, FAA yer identifikatoru: BHM) - ABŞ-nin Alabama ştatının Birminqem şəhərinə və Taskalusa daxil olmaqla şəhərin metropoliten ərazisinə xidmət edən mülki-hərbi hava limanı. Əvvəllər Birminqem Bələdiyyə Hava Limanı, daha sonra Birminqem Beynəlxalq Hava Limanı adı ilə fəaliyyət göstərmişdir. Hava limanı Cefferson qraflığında, Birminqem şəhər mərkəzindən 5 mil (8.0 km) şimal-şərqdə, I-20 və I-59 yollarının kəsişməsinin yaxınlığında yerləşir. Birminqem-Şattlsvort Beynəlxalq Hava Limanı 40 şəhərdə yerləşən 43 havalimanına 136 uçuş daxil olmaqla gündə ortalama 301 təyyarə əməliyyatı həyata keçirir. Hava limanı 2014-cü ildə 2,598,428 sərnişinə xidmət etmiş və Alabama ştatında sərnişin həcminə görə ən böyük və ən işlək hava limanı olmuşdur. Aerodrom bütün növ təyyarələri qəbul edə bilir. Əsas uçuş-enmə zolağı 12,002 fut (3,658 m) uzunluğundadır. İkinci uçuş-enmə zolağı isə 7,100 fut (2,200 m) uzunluğundadır. II kateqoriyalı alətli enmə sistemi (AES) görüş məsafəinin 400 metrdən az olduğu hallarda belə əməliyyat etməyə imkan verir.
Borispol Beynəlxalq Hava Limanı
Borispol Beynəlxalq Hava Limanı — (ukr. Міжнародний аеропорт "Бориспіль") — Borispol şəhərində, Ukraynanın paytaxtı Kiyevdən 29 km şərqdə yerləşən beynəlxalq hava limanı. Borispol ölkənin ən böyük hava limanıdır və bütün qitələrarası uçuşlar və beynəlxalq uçuşların əksəriyyəti daxil olmaqla, sərnişin hava nəqliyyatının 65%-i həyata keçirir. Bu Kiyev Beynəlxalq Hava Limanı ilə birlikdə Kiyevə xidmət edən iki sərnişin hava limanından biridir. Borispol hava limanı Beynəlxalq Hava Limanları Şurasının üzvüdür. == Statistika == == Xarici keçidlər == Официальный сайт (ukr.) (rus.) (ing.) Вид на аэропорт «Борисполь» на сервисе Яндекс.Панорамы. «Дела небесные». Посадка без одного шасси в Борисполе.
Bratislava hava limanı
M.R. Štefánik Aeroportu (Slovak: Letisko M. R. Štefánik; Alman. Flughafen M. R. Štefánik) xüsusilə də ingilis dilində Bratislava hava limanı adlanıb (Slovak: Letisko Bratislava; Alman: Flughafen Bratislava) Bratislava şəhər mərkəzindən təxminən 9 km (5.6 mil) şimal-şərqdə, üç bələdiyyənin (Bratislava-Ružinov, Bratislava-Vrakuňa və Ivanka pri Dunaji) ərazisini əhatə edir. Slovakiyanın əsas beynəlxalq hava limanıdır. Hava limanı, 1993-cü ildə Slovakiya müstəqillik qazandıqdan qısa müddət sonra, təyyarəsi 1919-cu ildə Bratislava yaxınlığında qəzaya uğrayan general Milan Rastislav Ştefanikin adını aldı.2014-cü ilin sentyabr ayından etibarən şirkət Nəqliyyat, İnşaat və Regional İnkişaf Nazirliyi vasitəsi ilə tamamilə Slovakiya Respublikasına məxsusdur. == Məkan == Bratislava hava limanı, şəhər mərkəzindən 9 km (5.6 mil) məsafədə, 4.77 km2 (1.84 kv m) sahəni əhatə edir. Vyana (Avstriya), Brno (Çexiya) və Gyor (Macarıstan) bir saatlıq məsafədədir, dörd ölkənin ərazisini əhatə edir. Yaxınlıqdakı ən böyük beynəlxalq hava limanı Vyana Beynəlxalq Hava Limanıdır. Qərbdən 50 kilometr (31 mil) məsafədə yerləşir. == Tarixi == Praqa ilə Bratislava arasındakı ilk müntəzəm uçuş 1923-cü ildə, yeni qurulan gəmi Çexoslovak Hava Yolları tərəfindən başladı. O vaxt Bratislava üçün hava limanı indiki hava limanından təxminən 3 km məsafədə yerləşən Vajnori şəhərində idi.
Britaniya Hərbi Hava Qüvvələri
Britaniya Hərbi Hava Qüvvələri (ing. Royal Air Force) — Böyük Britaniyanı hər cür bombardman və hava hücumundan qorumaq məqsədiylə 1 aprel 1918-ci ildə yaranmışdır . Hal-hazırda 35,650 nəfər heyət və 1.069 təyyarəsiylə xidmət göstərməkdədir. RAF 1918-ci il 1 aprel tarixində kraliçanın əmri ilə yaranmışdır. Məqsədi Birləşmiş Krallığı hər cür hava hücumundan qorumaq idi . Qısa müddətdə ardıcıl təyyarə istehsalına başlanmışdı. 1939-cu ildə İkinci Dünya müharibəsi başladığı vaxt (Britaniya uğrunda döyüş zamanı) Birləşmiş Krallıq havada böyük bir üstünlüyə sahib idi. Xüsusilə Almaniya RAF'a qarşı üstünlük qazanmaq üçün bir çox təyyarə hazırlasa da müvəffəqiyyətsiz oldu. 1940-ci ildə İngilislər Britaniya Döyüşündə radarı icad etdilər. Bu da aviasiya tarixində bir yenilik oldu .
Brno-Turjanı Hava Limanı
Brno-Turjanı Hava Limanı (çex. Letiště Brno–Tuřany) (IATA: BRQ, ICAO: LKTB) — Çexiyada, Brno şəhərində yerləşən hava limanı. Brno şəhər mərkəzindən, tarixi Austerlits döyüşü sahəsindən təxminən 7,5 km uzaqlıqda yerləşir. Hava limanı digər beynəlxalq hava limanlarından (Vyana Beynəlxalq Hava Limanı, Bratislava Hava Limanı və Ostrava və Pardubis şəhərlərində daha kiçik beynəlxalq hava limanları) 120 km uzaqlıqda yerləşir.
Budapeşt List Ferenç Beynəlxalq Hava Limanı
Öncəki adı Budapeşt Ferihegy (Ferihec) adlanan Budapeşt Ferenç List Beynəlxalq Hava Limanı (IATA: BUD, ICAO: LHBP) - Macarıstanın sərnişinlərə xidmət göstərən beş ən böyük hava limanlarından biridir. Hava limanından Avropa, Afrika və Yaxın Şərq ölkələrə uçuşlar həyata keçirilir. 2012-ci ildə statistikaya əsasən 8.5 milyon sərnişin qəbul etmişdir. Macarıstanın dövlət hava olları olan Malev şirkətinin iflası bu rəqəmə öz təsirini göstərmişdir. Hava limanı Budapeştin mərkəzindən 16 kilometr uzaqlıqda yerləşir. Hava limanına asan şəkildə gəlmək üçün Üllöi yolundan istifadə etmək mümkündür. Məşhur macar bəstəkarı Ferens Listin 200 illik yubileyi şərəfinə hava limanına onun adı verilmişdir. Hava limanı iri-həcmli təyyarələri qəbul etmə imkanına malikdir. == Adı == Hazırda List Ferençin adına olan Hava Limanı daha çox köhnə adı Ferihegy ilə məşhurdur. Ferihegy hava limanı yaxınlığında yerləşən bölgənin adıdır.
Budapeşt List Ferenç Hava Limanı
Öncəki adı Budapeşt Ferihegy (Ferihec) adlanan Budapeşt Ferenç List Beynəlxalq Hava Limanı (IATA: BUD, ICAO: LHBP) - Macarıstanın sərnişinlərə xidmət göstərən beş ən böyük hava limanlarından biridir. Hava limanından Avropa, Afrika və Yaxın Şərq ölkələrə uçuşlar həyata keçirilir. 2012-ci ildə statistikaya əsasən 8.5 milyon sərnişin qəbul etmişdir. Macarıstanın dövlət hava olları olan Malev şirkətinin iflası bu rəqəmə öz təsirini göstərmişdir. Hava limanı Budapeştin mərkəzindən 16 kilometr uzaqlıqda yerləşir. Hava limanına asan şəkildə gəlmək üçün Üllöi yolundan istifadə etmək mümkündür. Məşhur macar bəstəkarı Ferens Listin 200 illik yubileyi şərəfinə hava limanına onun adı verilmişdir. Hava limanı iri-həcmli təyyarələri qəbul etmə imkanına malikdir. == Adı == Hazırda List Ferençin adına olan Hava Limanı daha çox köhnə adı Ferihegy ilə məşhurdur. Ferihegy hava limanı yaxınlığında yerləşən bölgənin adıdır.
Buşehr Beynəlxalq Hava Limanı
Buşehr Beynəlxalq Hava limanı (IATA: BUZ, ICAO: OIBB) İranın Buşehr ostanında həm mülki və həm də hərbi məqsədlər üçün istifadə olunan beynəlxalq hava limanıdır.
Böyük Tamara adına Hava Limanı
Böyük Tamara adına Hava Limanı (gürc. თამარ მეფის აეროპორტი) və ya Mestia Hava Limanı (gürc. მესტიის აეროპორტი) (IATA: yoxdur, ICAO: UGMS) — Gürcüstanda, Sameqrelo-Yuxarı Svaneti bölgəsinin Mestia şəhərində yerləşən kiçik hava limanı. Orta əsr kraliçası Böyük Tamaranın şərəfinə adlandırılmışdır.
Bəndər-Abbas Beynəlxalq Hava Limanı
Bəndər-Abbas Beynəlxalq Hava Limanı (IATA: GDS, ICAO: OIKB), İranın Hörmüzgan ostanının Bəndər-Abbas şəhərində yerləşən Beynəlxalq Hava Limanıdır. İran Hava Limanları Holdinqi Şirkətinə məxsus olan Bəndər-Abbas Beynəlxalq Hava Limanı mülki və hərbi hava limanı olub dəniz səviyyəsindən 22 ft/7m hündürlükdə yerləşir. 03R/21L adlı uçuş-enmə zolağı 12,008 ft/3,660 m uzunluğunda olub asfalt səthə, 03L/21R adlı digər uçuş-enmə zolağı isə 11,341 ft/3,457 m uzunluğunda olub asfalt səthə malikdir.
Cinna Beynəlxalq Hava Limanı
Cinna Beynəlxalq Hava Limanı (ing. Jinnah International Airport) (IATA: KHI, ICAO: OPKC) — Kəraçi şəhərində yerləşir. Pakistanın ən böyük beynəlxalq hava limanıdır. == Tarixi == 7 aprel 1929-cu il tarixində Kəraçi şəhərində Britaniya Hindistanında ilk hava limanının əsası qoyuldu. Pakistanın general-qubernatoru Məhəmməd Əli Cinnanın ölümündən sonra Karaçi hava limanı onun şərəfinə adlandırıldı. 1992-ci ildə hava limanında irimiqyaslı yenidənqurma işləri aparıldı və iri beynəlxalq terminal inşa edildi. Bu terminal avtomobillər üçün geniş parkinq yeri olan 7 mərtəbədən ibarətdir. Gündəlik olaraq hava limanına sərnişin axını 20.000 nəfər, bütövlükdə isə "Cinna"-dan gün ərzində 40.000 sərnişin istifadə edirdi. Kəraçidə hava limanı Pakistanın ən iri və ən müasir hava limanıdır. Britaniya Hindistanında mülki aviasiyanın atası Cuhu Bombeyə (indiki Mumbaya) Drigh Road airstrip-ə, hazırkı Cinna Hava Limanına ilk səfəri edir.
Con Kennedi adına Beynəlxalq Hava Limanı
Con Kennedi adına beynəlxalq aeroport (BHNA kodu JFK, BMAT kodu KJFK, FAA işarəsi JFK) — Nyu-Yorkdakı Kuins mahalında yerləşmiş beynəlxalq aeroport, ABŞ-nin ən mühüm hava limanlarından biridir. Sahibi Nyu-York şəhəridir. Tikintisi 1942-ci ildə başlanmışdır. Köhnə adı İdlvayld aeroportu, 1963-cü ildə Con Kennedi şərəfinə adlandırılmışdır. 1957-ci ilədək yeganə müvəqqəti terminal var idi. 1970-ci ildə 6-cı terminal əmələ gəldi. İndi səkkiz terminal və dörd uçuş-eniş zolağı (iki asfalt-beton, qalanlar beton) var. Yeddi təyyarə anqarı və bir yük maşını qarajı var. Hazırda hava yollarının əksəriyyəti 4-cü terminaldadır (17 geyt var). Habelə təxminən 100 yük hava yolları işləyir.
Cənubi Koreyada hava çirkliliyi
Cənubi Koreyada havanın çirklənməsi insanlar və ətraf mühit üçün artan təhlükə halına gəlib. Hava çirkliliyi həm yerli, həm də beynəlxalq bir çox mənbədən qaynaqlanır. Cənubi Koreyada, xüsusilə Seulda və digər şəhərlərdə sürətli sənayeləşmədən sonra bir çox çirklənmə forması artmışdır. Milli Havaçılıq və Kosmos İdarəsinin (NASA) məlumatına görə, Seul dünyanın ən pis hava çirkliliyi olan şəhərlərindən biridir. 2010-cu ildə Seul Metropolitan Bölgəsində ölümlərin yüzdə 16-sını hava keyfiyyətinin təşkil etdiyi də təxmin edilir. Bu, sağlamlıq və ekoloji problemlərlə nəticələnmişdir. Koreyalılar daha təmiz havadan nəfəs almaq üçün maskalar və hava təmizləyicilər alır və ölkədəki tullantıları azaltmaq üçün çalışırlar. == Cənubi Koreyada hava çirkliliyinin səbəbləri == Cənubi Koreyanın hava çirkliliyi dünyanın ən zəngin 35 ölkəsi arasında ən pis hava keyfiyyətinə sahibdir. Cənubi Koreyadakı çirklənmə II Dünya Müharibəsindən sonra artmağa başladı. 1960-cı ildə Koreya hələ inkişaf etməkdə olan bir ölkə idi və xarici yardımdan çox asılı idi.
Cəzirət-Havar
Cəzirət-Havar adası (ərəb. جزيرة المحرق‎) — Fars körfəzindəki Havar arxipelaqının ən böyük adası. İnzibati cəhətdən Bəhreynin Cənub muxafazasına aiddir. Ada meridional istiqamətdə uzanır. Adanın uzunluğu 18 km, eni isə 0,9-5,2 km arasında dəyişir. Sahəsi 40 km²-dir. Qrupun digər adalarından dar boğaz (3–4 km) ilə ayrılır. Cəzirət-Havar adası düzən relyefə malikdir (maksimum hündürlüyü dəniz səviyyəsindən 19 m-dir). Qumlu və susuz adadır. Onun şimal-qərb və cənub-şərq ucqarlarını şoranlıqlar tutur.
Dananq Beynəlxalq Hava Limanı
Dananq Hava Limanı — (vyet. Sân bay quốc tế Đà Nẵng, ing. Da Nang International Airport) — Vyetnamın Dananq şəhərində yerləşən beynəlxalq hava limanı. == Aviaşirkətlər == Vietnam Airlines: Hanoy, Hoşimin, Kamran (hava limanı), Kontum, Bindin, Buonmethuot. Jetstar Pacific Airlines: Hanoy, Hoşimin PBAir: Banqkok SilkAir: Sinqapur Nordwind Airlines: İrkutsk, Krasnoyarsk, Novosibirsk, Ulan-Ude.
Daşkənd Beynəlxalq Hava Limanı
İslam Kərimov adına Daşkənd Beynəlxalq Hava Limanı — (özb. Islom Karimov Toshkent Xalqaro Aeroporti) - Özbəkistanın ən əsas və Mərkəzi Asiyanın üçüncü hava limanı (Qazaxıstanının Alma-Ata və Astana hava limanlarından sonra). Daşkənd şəhərinin mərkəzindən 12 km aralı yerləşir. == Ümumi məlumat == İCAO II kateqoriyasına malik olan bu aeroport, Uzbekistan Airways-in əsas qovşağı olmaqla yanaşı, Mərkəzi Asiya və Özbəkistanın ən böyük aeroportudur.Aeroport 2 terminal malikdir: Terminal 2 beynəlxalq uçuşları, Terminal 3 isə yerli uçuşları tənzimləyir. Terminal 2 2001-ci ildə yenidənqurulmuşdur.Saatlıq 1000 sərnişin tutuma illik isə 2 milyon sərnişin tutumuna malikdir.Binada yerləşən digər obyektlərə isə, gözləmə otaqları,CİP və VİP zalları,restoranlar və barlar,pul mübadilə ofisləri,duty-free mağazaları,bilet satış və yoxlama məntəqəqləri və 24 saat işləyən aptek aiddir.Terminal demək olar ki, maksimal tutumla işləyir.2 saata isə bütün qeydiyyat işləri görülür. Terminal 3 2011-ci ildə açılıb və 400 nəfərlik saatlıq tutma malikdir.2 terminal pist vasitəsilə bir-biri ilə ayrılıb. Özbəkistan hökuməti Daşkənd HAva limanını 2030-cu ildə alternativ bir məntəqəyə koçurməyi planlaşdırır.
Daşınabilən hava hücumundan müdafiə sistemi
Daşınan Zenit Raket Sistemləri (DZRK) — müasir piyadaların arsenalında mövcud olan təsirli silahdır. DZRK — daşınması və istifadəsi bir əsgər tərəfindən yerinə yetirilən zenit kompleksidir. Nisbətən kiçik ölçüsü sayəsində modern DZRK-ları asanlıqla daşımaq və gizlətmək (maskalamaq) mümkündür. Kiçik ölçüləri, yüksək məhsuldarlığı və nisbətən ucuz qiyməti onları çox populyar hala gətirib. Daşına bilən Hava Hücumundan Müdafiə sistemləri hərbi sahədə, xüsusilə də aşağı intensivlikli silahlı münaqişələrdə real bir inqilab etdi. Tank və piyada birliklərini helikopter və hücum təyyarələrinin hava hücumlarından müdafiə etmək üçün artıq bahalı və irihəcmli hava hücumundan müdafiə batareya və divizionlarını yerləşdirməyə ehtiyac qalmadı. Hava hədəfləri ilə effektiv mübarizə aparmaq üçün piyadaların təchiz edilməsi ideyası, aviasiyanın döyüş sahəsində böyük rol oynayadığı İkinci dünya müharibəsi dövründə peyda oldu. Müharibənin sonunda Üçüncü Reyx konstruktorları yaratdıqları təsirli, sadə və nisbətən ucuz "Panzerfaust" tank əleyhinə qumbaraatan konsepsiyasını düşmən təyyarələri ilə mübarizə aparmaq üçün istifadə etməyə cəhd göstərdilər. Onların araşdırmalarının nəticəsi olaraq kütləvi istehsal mərhələsinə çatmayan, idarə olunmayan zenit raketlərinə sahib "Luftfaust-B" daşınan çoxlüləli kompleks yaradıldı. Əslində bu kompleks müasir DZRK sistemlərinin sələfləri olan zenit qumbaraatanları kimi qəbul edilməlidir.
Denver (Hava Limanı)
Denver Beynəlxalq Hava Limanı (ang. Denver International Airport) - ABŞ-nin ən böyük beynəlxalq hava limanlarından biridir, Denverin mərkəzindən 40 kilometr şimal-şərqdə yerləşir. == Tarix və xüsusiyyətlər == Denver Beynəlxalq Hava Limanı, ərazisi baxımından (140 km²) ABŞ-nin ən böyük hava limanı və Kral Xalid Hava limanından (Səudiyyə Ərəbistanı) sonra dünyada ikinci böyük hava limanı sayılır. Uçuş zolağı 16R / 34L ABŞ-də mülki aviasiyada istifadə edilən ən uzun uçuş-enmə zolağıdır. 2007-ci ildə Denver hava limanı sərnişin axını baxımından dünyada 11-ci yeri tutub - 49,863,389 nəfər. Ayrıca, hava limanı trafik həcminə görə də dünyada 5-ci yeri tutur - 614 169 uçuş / eniş edilib. Hava limanı 1995-ci ilin fevral ayında istismara verilib və dəyəri 4,8 milyard dollar təşkil edir. Hava limanı avtomatlaşdırılmış və kompüterləşdirilmiş idarəetmə baqaj sistemi ilə təchiz edilmişdir. Hava limanı həm də ərazinin əksər hissəsini əhatə edən pulsuz Wi-Fi ilə təhciz olunub. Hava limanı iki Dövlətlərarası 70 və E-470 avtomobil yollarına bağlıdır.
Denver Beynəlxalq Hava Limanı
Denver Beynəlxalq Hava Limanı (ang. Denver International Airport) - ABŞ-nin ən böyük beynəlxalq hava limanlarından biridir, Denverin mərkəzindən 40 kilometr şimal-şərqdə yerləşir. == Tarix və xüsusiyyətlər == Denver Beynəlxalq Hava Limanı, ərazisi baxımından (140 km²) ABŞ-nin ən böyük hava limanı və Kral Xalid Hava limanından (Səudiyyə Ərəbistanı) sonra dünyada ikinci böyük hava limanı sayılır. Uçuş zolağı 16R / 34L ABŞ-də mülki aviasiyada istifadə edilən ən uzun uçuş-enmə zolağıdır. 2007-ci ildə Denver hava limanı sərnişin axını baxımından dünyada 11-ci yeri tutub - 49,863,389 nəfər. Ayrıca, hava limanı trafik həcminə görə də dünyada 5-ci yeri tutur - 614 169 uçuş / eniş edilib. Hava limanı 1995-ci ilin fevral ayında istismara verilib və dəyəri 4,8 milyard dollar təşkil edir. Hava limanı avtomatlaşdırılmış və kompüterləşdirilmiş idarəetmə baqaj sistemi ilə təchiz edilmişdir. Hava limanı həm də ərazinin əksər hissəsini əhatə edən pulsuz Wi-Fi ilə təhciz olunub. Hava limanı iki Dövlətlərarası 70 və E-470 avtomobil yollarına bağlıdır.
Deribasovskda hava yaxşıdır və ya Brayton-Biçdə yenə yağışlar yağır (film, 1992)
"Deribasovskda hava yaxşıdır və ya Brayton-Biçdə yenə yağışlar yağır" (rus. На Дерибасовской хорошая погода, или На Брайтон-Бич опять идут дожди) — rejissor Leonid Qaydayın filmi. == Məzmun == SSRİ və ABŞ kimi iki böyük dövlətin prezidentləri çox vacib danışıqlar üçün bir-birilə görüşməlidirlər. Lakin bu görüş ABŞ-yə əsaslanan rus mafiyasının nümayəndəsinin telefon xəttini kəsməsi nəticəsində baş tutmur. Mafioz Rabinoviç hətta telefon xətti vasitəsilə iki prezidentin gizli danışıqlarını eşidir. Bu cür başlanan komediyada sonradan SSRİ və ABŞ-nin agentləri olan Fyodr Sokolov və Meri Starın sayəsində işin üstü açılır. Onlar gah Lenin, gah Stalin, gah Brejnev, gah Xruşşov, gah da adi Mişa dayıya çevrilən "artist" ləqəbli rus mafiyasının başçısını aşkara çıxarırlar. == Film haqqında == Filmin təqdimatı İsraildə olmuşdur. Bu film kinorejissor Leonid Qaydayın kinoda sonuncu işidir. Filmdə Leonid Qayday kiçik epizodda kazino müştərisi rolunu ifa edir.
Devis-Montan hərbi hava bazası
Dezful Hava limanı
Dezful Hava limanı (IATA: DEF, ICAO: OIAD), İranın cənubunda olan Dezful şəhərində yerləşən bir hava limanıdır. Hava limanı, İran Hərbi Hava Qüvvələrinə məxsus olan Vəhdəti Aviabazası olaraq istifadə edilir.
Djyakovisa Hava Limanı
Djyakovisa Hava Limanı — Kosovonun qərbində, Djyakovisa şəhəri yaxlığında yerləşən hava limanı. Düşünülür ki, gələcəkdə hava limanı mülki məqsədlər üçün istifadə ediləcək və komersiya, yük daşımalarına xidmət edəcəkdir. == Yerləşdiyi ərazi == Djyakovisa hava limanı eyni adlı şəhərin yaxınlığında, Radoniç gölündən 4 km cənubda yerləşir. == Tarixi == Hava limanı KFOR tərəfindən Kosovo müharibəsindən sonra 1999-cu ildə istifadəyə verilmişdir. Hava limanı hazırda hərbi və humanitar məqsədlər üçün istifadə edilr. İtaliya məsuliyyət sahəsində yerləşir. Hava limanına enən ən böyük təyyarə Boeing 737 olmuşdur. 18 dekabr 2013-cü ildə hava limanı İtaliya hərbi-hava qüvvələrindən Kosovo hökumətinə təhvil verilmişdir. İtaliya idarəçiliyi dönəmində hava limanına 27000 təyyarə daxil olmuş, 220000 sərnişin və 40000 ton yük daşınmışdır. Yerli və milli hökumət Djyakovisa hava limanını sərnişin və kommersiya məqsədli aeroport kimi istifadə etmək niyyətindədir.
Donanma Hava Qolu
Donanma Hava Qolu (İngilis dili: Fleet Air Arm (FAA)) - Kral Dəniz Qüvvələrinin aviasiya qoludur. 13 aprel 1912-ci ildə Krallıq Donanmasının Hava Xidməti adı ilə quruldu və 1937-ci ildə müasir adı ilə dəyişdirildi.
Donqhoy Hava Limanı
Donqhoy Hava Limanı — Vyetnamın Kuanqbin əyalətinin Donqhoy şəhərində yerləşən mülki hava limanı. == Tarixi == Hava limanını 1930-cu ildı fransız müstəmləkəçilər tikiblər. Onlar bu limandan vyetnamlı və laoslu kommunistlərə hücumlar zamanı istifadə ediblər. İkinci Hind-çin müharibəsi zamanı Şimali Vyetnam ordusu tərəfindən istifadə olunmuşdur. 2004-cü ildə Vyetnam hökuməti hava limanında yenidənqurma işləri aparmışdır. İşlər 2008-ci ildə yekunlaşmışdır. Hazırda bu hava limanından Hanoy və Hoşiminə uçuşlar həyata keçirilir. == Təlimatı == Qəbul edilən hava gəmiləri: An-12,-24, İl-18,-76,-86, Tu-134,-154, Yak-42, Airbus A321 və bütün növ vertolyotlar.

Digər lüğətlərdə