Doroti Meri Kroufut-Hodjkin
Doroti Meri Kroufut-Hodjkin- (ing. Dorothy Mary Crowfoot Hodgkin, Dorothy Hodgkin; 12 may 1910[…], Qahirə, Misir – 29 iyul 1994[…]) ingilis kimyaçısı və biokimyaçısıdır. Kimya üzrə Nobel mükafatı laureatı (1964) ("X-şüalarından istifadə edərək bioloji aktiv maddələrin strukturlarının müəyyən edilməsinə görə").
London Kral Cəmiyyətinin üzvü (1947-ci ildən), SSRİ Elmlər Akademiyasının xarici üzvü (1976).
Doroti Meri Kroufut-Hodjkin 12 may 1910-cu ildə Qahirədə Misir Təhsil Xidmətinin filoloqu və arxeoloqu Con Kroufut (1873–1959) və Qreys Meri (1877–1957) ailəsində anadan olmuşdur. Ana — Qreys Meri (Molli), (Hud), əri ilə birlikdə Misirdə kənd məktəblərinin təşkilinə kömək etdi, onunla bir çox ekspedisiyalara getdi. Onun müxtəlif maraqları var idi; xüsusilə, xeyriyyəçilikdən əlavə, o, botanika ilə məşğul olurdu və Sudanın florasının böyük kolleksiyalarını toplamışdı, bir çox botanika rəsmləri çəkmişdi ki, indi bu rəsmlər Kral Botanika Bağlarında yerləşir Kyu (Kew). Bundan əlavə, o, toxuculuğu da sevirdi və qədim toxuculuq üzrə beynəlxalq ekspert idi. Doroti uşaqlığının əvvəlini Misirdə keçirdi, Birinci Dünya Müharibəsi başlayana qədər hər il İngiltərəyə yalnız bir neçə aylıq gedirdi. 1918-ci ildə valideynləri Xartuma (Sudan) köçdülər və orada dördüncü qızları Diana doğuldu.