1. İLĞIM (puç ümid) Kaş bu bir xəyal, bir ilğım, bir yuxu olaydı: ayılanda dərhal hamısını unudaydı (X.Hasilova); XƏYAL [Güləbətin] bunu hiss etdi və şirin dünyanın ancaq yuxu, ancaq xəyal olduğuna durəni təəssüf duyğuları ilə köynəyi eyninə taxıb həyətə çıxdı (M.İbrahimov); MİRAJ Güləbətin, ay Güləbətin! – sədaları onu qəti olaraq xəyalından, yuxuda gördüyü aləmin mirajından ayırdı (M.İbrahimov); SƏRAB Lakin həsrət sərab kimi aldadıcı da olsa, intəhasız deyildi, saatlar ağır olsa da, yenə gəlib keçirdi (Çəmənzəminli).
2. İLĞIM, SƏRAB (sakit və aydın havada çöldə su kimi görünən və işığın inikasından törəyən optik hadisə)