Kim Çen İrin titul siyahısı
Şimali Koreyada Kim Çen İrin adının qarşısında müəyyən titullar istifadə olunur. O, 1994-cü ildən 2011-ci ilədək ölkə rəhbəri, KXDR dövlət müdafiə komitəsinin sədri, Koreya Əmək Partiyası MK-nin baş katibi olmuşdur. Başçının adı xüsusi şriftlə ya qalın, yada daha böyük hərflərlə qeyd olunur. Bu da öz növbəsində bu şəkildə yazılır "위대한 령도자 김정일동지께서<…>지적하시였다." (Böyük Rəhbər yoldaş Kim Çen İr əmr edirdi…).
Titullar KƏP MK-də hazırlanır, onların adının çəkilməsi isə siyasi vəziyyətdən asılı olaraq dəyişir.
Analoji vəziyyət 1948–1994-cü illərdə KXDR-na başçılıq edən Kim Çen İrin atası Kim İr Senin dövründə də mövcud idi. Bəzi alimlər Şimali Koreya liderlərinin titullarının tam siyahısını toplamağa cəhd göstərmişdilər. Aşağıda Kim Çen İrin titul siyahısı verilib.