İSTİL
İSTİLAÇI
OBASTAN VİKİ
Rusiyanın Ukraynanı istila etməsi (2022)
Rusiyanın Ukraynanı işğalı — 2014-cü ildən davam edən Rusiya-Ukrayna müharibəsi'nin aktiv fazasıdır. 24 fevral 2022-ci ildə Rusiya Ukraynanı işğal etməyə başladı. Kampaniya uzunmüddətli hərbi birləşmədən və işğaldan bir neçə gün əvvəl Rusiyanın Donetsk Xalq Respublikası və Luqansk Xalq Respublikasını tanımasından sonra başlayıb. Moskva vaxtı ilə saat 06:00-da (UTC+3) Rusiya prezidenti Vladimir Putin Ukraynanın şərqində hərbi əməliyyat elan etdi. Daha sonra, paytaxt Kiyev də daxil olmaqla, ölkənin müxtəlif yerlərində raket zərbələri endirildi. Ukrayna Sərhəd Xidməti bəyan edib ki, onun Rusiya və Belarusla sərhədləri hücuma məruz qalıb. Bir çox ölkə Ukraynaya hücumu pisləyib. 1991-ci ildə SSRİ-ni dağıldıqdan sonra, Ukrayna və Rusiya arasında yaxın münasibətlər davam edirdi. 1994-cü ildə Ukrayna nüvə arsenalından imtina etməyə razılıq verdi. Bunun qarşılığında Rusiya, Birləşmiş Krallıq və ABŞ Ukraynanın ərazi bütünlüyünə və ya siyasi azadlığına qarşı olan təhlükələrdən onu birgə qoruyacaqdır.
Araukaninin istilası
Araukaniyanın işğalı ― hərbi hərəkat olub Çili hökuməti tərəfindən həyata keçirilmişdir. Bu hərəkat 1862–1886-cı illəri əhatə etmişdir. Nəticədə bölgə Çilinin ərazisinə cevrilmişdir. == Avropalıların ilk gəlişi == Yerli xalq olan Mapuce bölgəni Araukani adlandırır. Mapucelər uzun zaman İnk İmperiyasına qarşı mübarizə aparmışdır. Nəticədə isə bölgə öz istiqlaliyyətini qoruya bilmişdir. Bu ərazilərə ilk ayaq basan avropalılar İspanlar olmuşlar. Öz adətlərinə sadiq qalaraq ispanlarada boyun əyməmişdilər. Bu səbəbdən İspanlar Mapuce qəbilələrinə qarşı 300 il müharibə aparmışlar. Tarixə bu müharibə Araukaniya müharibəsi kimi düşür.
Avropanın monqollar tərəfindən istilası
Avropanın monqollar tərəfindən istilası 1235-ci ildə başlayıb. == Tarixi == === Rusiya səfəri === 1235-ci ildə Monqol feodallarının xuralı (qurultayı) Qərbə hücum haqqında qərar qəbul etdi. Bu hücuma Cuçi xanın oğlu, Çingiz xanın nəvəsi Batı xan başçılıq edirdi. Onlar 1236-cı ildə Kama bulqarlarını məğlub edib 1237-ci ilin qışında Şimal-Şərqi Rusiya torpaqlarına soxuldular. Qısa müddət ərzində Ryazan (1237), Kolomna, Moskva, Vladimir, Suzdal, Yaroslavl, Tver, Kostroma, Kozelski və digər şəhərləri tutdular. 1238-ci il martın 4-də Siti çayı sahilindəki döyüşdə rus qoşunları məğlub oldu. Beləliklə, Şimal-Şərqi Rusiya torpaqları monqollar tərəfindən tutuldu. Monqollar Novqorodun 100 kilometrliyində dayandılar. Monqollar cənub çöllərinə çəkildilər, iki il burada dincəlib ordularını möhkəmləndirdilər. 1239-cu ildə Batı xan Cənubi Rusiyanı işğal etməyə başladı.
Cakonun istilası
Cakonun Argentina tərəfindən istilası (isp. Conquista del Chaco argentino).Bu istila uzun sürən bir dövrü əhatə etmiş və bir sıra hərbi yürüşlərlə həyata keçirilmişdir.Hərbi yürüşlər 1870-1917 ci illərdə Argentinanın Qran-Cako ərazilərində yaşayan yerli hindu qəbilələrinə qarşı həyata keçirdiyi və onların ərazilərinin işğalı nətiçələnir. Argentina hərbi yürüşlər nətiçəsində Qran-Cako vilayyətinin cənub və mərkəzi hissələrini özünə ilxah edir.Üç Argentina bölgəsi genişləndirilir.:Salta -şərqə,Santyaqo-del Estero-şimal-şərqə,Santo-Fe isə şimala doğru genişləndirilir.Həmçinin yeni vilayyət olan Cako və Formaza yaradılır. Cakonun ələ keçirilməsi və Argentinanın qitənin içərilərinə doğru irrəlləməsi(Səhranın istilası) kimi yürüşlər minlərlə yerli hindunun ölümü ilə nətiçələnir.Pataqoniya kompaniyyasıdan fərqli olaraq Cakoda yerli hindular məqsədyönlü şəkildə məhv edilmirdi.
Monqol istilaları
Çinin monqol istilası
Norman istilası (1066)
İngiltərənin Normandiya hersoqu Vilhelm tərəfindən istilası. Bu istilada Normandiya və bir çox başqa Avropa vilayətlərinin cəngavərləri də iştirak edirdi və İngiltərədə, bu istilaçıların timsalında yeni elitanın yaranması və tam feodal quruluşun bərqərar olması ilə nəticələndi. İngiltərədə 11 əsrin ortaları üçün, artıq əsasən feodal qayda-qanunlar hökmran idi, lakin hələ də feodallaşma əsnasında idi. Kəndlilərin xeyli hissəsi, xüsusən ölkənin şimal-şərqində -"Danimarka hüququ"("Denlo") vilayətində hələ də azad idilər. Asılı feodal torpaq istifadəçiləri isə hələlik vahid təhkimli kəndli təbəqəsinə çevrilməmişdilər. Feodal mülkü və feodal iyerarşisi hələ bitkin formaya düşməmişdi və hər yerdə yayılmamışdı. İngiltərədə feodallaşma əsnasının başa çatması 11 əsrin ikinci yarısında normand istilası ilə bağlı idi. İstilaçılara Normandiya hersoqu Vilhelm başçılıq edirdi. Qənimət ələ keçirmək, yeni mülklər və təhkimli kəndlilər əldə etmək meyli onun ətrafına təkcə Normandiya feodallarını deyil, Fransanın başqa vilayətlərində, hətta İtaliyadan da çoxlu cəngavər toplamışdı. Hersoqun ingilis taxtına olan iddiası İngiltərəyə yürüş üçün bəhanə oldu.
Normand istilası (1066)

Orta Asiyanın monqollar tərəfindən istilası
Orta Asiyanın monqollar tərəfindən istilası — 1219-cu ildə başlanmış fütuhat. Monqollar Kulun-Bukir gölündən Altay dağlarının qərb hissəsinə qədər olan ərazidə yaşayırdılar. XII əsrdə bu ərazidə kerait, merkit, oyort, noyman, tatar və digər tayfalar məskunlaşmışdı. XII əsrin sonunda köçəri maldarların tayfa ittifaqları yarandı. Bu ittifaqlardan birinin başçısı Timuçin 1155-ci ildə Onon çayının sağ sahilindəki Dulun-Boldaq adlı yerdə anadan olmuşdu. Onun atası Yesugey kiyat tayfasından idi. Monqol mənbələrində deyilir ki, Timuçin Çingiz xanın atasının uşaq doğulmamışdan əvvəl məğlub etdiyi tayfalardan birinin başçısının adı olmuş və atası həmin adı oğluna qoymuşdur. Monqol rəvayətlərinə görə, uşaq ovcunda qurumuş qan ləkəsi ilə doğulmuşdur. Atası öləndə Timuçinin 12 yaşı var idi. Temuçin, kiçik qardaşları və anası ovla və balıq tutmaqla dolanmalı olmuşlar.
Sibirin istilası
1579-1585-ci illərdə Yermak kazak qoşununun başında Küçüm xana qarşı bir neçə yürüş təşkil etdi. Məqsəd Sibiri işğal edib rus dövlətinə qatmaqdan ibarət idi. Bu yürüşlər Sibir xanlığının dağılmasına və Sibirin ruslar tərəfindən kolonizasiyasına gətirdi. 1555-ci ildə Sibir xanlığı Moskvadan vassal asılığını qəbul etdi. Ancaq Yedigir xanın varisi Küçüm xan rus dövləti ilə münasibətləri qırdı. Ruslarla-tatarlar arasında yenə müharibə başladı. Tatarlar Perm torpaqlarına hucumlar təşkil etdilər. 1573-cü ildə rus səfiri Çebukov öldürüldü. Bu tatarların qətiyyətindən xəbər verirdi. 1574-cü ildə tacir və sənayeçi Stroqanovlar İvan Qroznıdan Ob və İrtış çayları sahillərində möhkəmləndililmiş şəhərlər tikmək və öz hesabına silahlı adam saxlamaq icazəsi aldılar.
Sibirin rus istilası

İstilaçı növlər
İnvaziv və ya işğalçı növ (lat. İnvadio "işğalçı, istilaçı") — yeni mühitə introduksiya edilmiş zərərverici növlər üçün istifadə olunan termindir. İnvaziv növlər yaşayış yerlərinə və bioregionlara mənfi təsir edərək ekoloji, iqtisadi ziyan vurur. Termin, həm də qida şəbəkəsində insan dəyişikliklərindən sonra ekosistemə zərər verən yerli növlər üçün də istifadə edilə bilər. 20-ci əsrdən bəri invaziv növlər bütün dünyada ciddi iqtisadi, sosial və ekoloji təhlükəyə çevrilmişdir. Məsələn, Azərbaycanda Amerika yenotu, nutriya kimi işğalçı növlər (sonradan ölkəyə gətirilən) vardır.
Rusiyanın Ukraynanı istilası
Rusiyanın Ukraynanı işğalı — 2014-cü ildən davam edən Rusiya-Ukrayna müharibəsi'nin aktiv fazasıdır. 24 fevral 2022-ci ildə Rusiya Ukraynanı işğal etməyə başladı. Kampaniya uzunmüddətli hərbi birləşmədən və işğaldan bir neçə gün əvvəl Rusiyanın Donetsk Xalq Respublikası və Luqansk Xalq Respublikasını tanımasından sonra başlayıb. Moskva vaxtı ilə saat 06:00-da (UTC+3) Rusiya prezidenti Vladimir Putin Ukraynanın şərqində hərbi əməliyyat elan etdi. Daha sonra, paytaxt Kiyev də daxil olmaqla, ölkənin müxtəlif yerlərində raket zərbələri endirildi. Ukrayna Sərhəd Xidməti bəyan edib ki, onun Rusiya və Belarusla sərhədləri hücuma məruz qalıb. Bir çox ölkə Ukraynaya hücumu pisləyib. 1991-ci ildə SSRİ-ni dağıldıqdan sonra, Ukrayna və Rusiya arasında yaxın münasibətlər davam edirdi. 1994-cü ildə Ukrayna nüvə arsenalından imtina etməyə razılıq verdi. Bunun qarşılığında Rusiya, Birləşmiş Krallıq və ABŞ Ukraynanın ərazi bütünlüyünə və ya siyasi azadlığına qarşı olan təhlükələrdən onu birgə qoruyacaqdır.
Ari istilası nəzəriyyəsi
Hind-ari köçləri — hind-avropalıların tarixdən əvvəlki dövrdə Hindistana hipotetik köçləri. Nəzəriyyəyə görə, onlar Hindustanın şimal-qərbində (müasir Pakistan ərazisi) məskunlaşıbmış, sonra Hindistanın şimal hissəsinə yayılmışdılar. Arilərin Hindistana ilk köçlər ilə bağlı fərziyyələr əsasən linqvistik dəlillər, eləcə də ilkin Hind-Avropa tayfalarının silahlarına xas olan qədim Hindistanda veda dini, ritualları, poeziyası, ictimai təşkilatı və döyüş arabalarının yayılmasının etnoqrafik təhlili əsasında formalaşmışdır. Eyni zamanda, 2000-ci illərdə aparılan bir sıra genetik tədqiqatların nəticələri göstərir ki, yeni gələn əhalinin Hindustan əhalisinin genofonduna verdiyi töhfə çox əhəmiyyətlidir. Odur ki, R1a1 haploqrupunun daşıyıcıları Hindistanın yuxarı kastalarında, məsələn, kşatriyalar və brahmanlarda 46%-ə çatır. Hindistan və Mərkəzi Asiya əhaliləri üçün bəzi Y-xromosom haploqruplarının ümumiliyi onların qədim qonşuluğu ilə (Şərqi Avropa R1a haploqrupu vəziyyətində), ya da buzlaq və buzlaqdan sonrakı dövrlərə aid Hind-ari köçlərindən çox daha qədim olması ilə izah olunur. Antik dövrdə Hindistana köç etmiş hind-arilər mənşəyi Tunc dövrü Sintaşta yaşayış məskəni və Xəzər dənizinin şərqindəki Andronovo arxeoloji mədəniyyəti ilə əlaqəli olan protohind-İran tayfalarının bir hissəsi idi. Köçlər dövrü Hindistanda Tunc dövrünün ortalarına, axırlarına və son Harrapan sivilizasiyasına (e.ə. 1700–1300) təsadüf edir. == Ari istilası nəzəriyyəsi == Ari istilası nəzəriyyəsi — tarixdən əvvəlki Cənubi Asiyada tunc dövrü hind-ari miqrasiyalarının müzakirələrində istifadə edilən mübahisəli termin.

Digər lüğətlərdə