1. Köhnə şeyin hal və keyfiyyəti (təzəlik ziddi). Paltarın köhnəliyi. Evin köhnəliyi.
// Tarixi köhnə olma, keçmişə aid olma. Məsələnin köhnəliyi.
2. Dövrə, zəmanəyə uyğun olmayan şeylər; əskilik, gerilik (yenilik ziddi).
Bütün o Şərq köhnəliyi aradan qaldırılmış, onun yerində təzə və təmiz bir bağ salınmışdır.
Bizim evdə köhnəliklə yeniliyin mübarizəsi əsla qurtarası deyildir!