KÜFR

is. [ ər. ] Dinin, Allahın varlığı və birliyi kimi əsaslarını təşkil edən müddəaları danma və bu barədə deyilən söz.
□ Küfr danışmaq (söyləmək) – Allahı, dini danmaq, təhqir etmək, söymək.
Nə dedin? Küfr danışdın, cıraram ağzını, ha! M.Ə.Sabir.
Küfr, nasəza danışmaq, hərgiz heç bir kəs üçün rəva deyil. C.Məmmədquluzadə.
[Baftan:] Küfr danışma, qoca, istərəm əlahəzrətin sağlığına zəhər içərəm, istərəm lap iblis ilə öpüşərəm! Ə.Məmmədxanlı.

// Dinsizlik, allahsızlıq.
[Birisi:] Biz də … Hər bir yol ilə camaatı elmdən saxlayırdıq və elm dalınca gedənlərin küfrünə hökm edirdik. Ə.Haqverdiyev.
Nəhayət, islahat təşəbbüslərinə bir küfr təşkilatı kimi baxılırdı. M.S.Ordubadi.

Sinonimlər (yaxın mənalı sözlər)

  • KÜFR küfr bax allahsızlıq; kafirlik, dinsizlik
KÜFLƏT
KÜFRAN

Digər lüğətlərdə