KÜL

is. Yanmış şeylərdən qalan boz-qara rəngli toz. Külü atmaq. Külü təmizləmək.
– Bir soyuq kül o yerdə qaldı nişan: Onu da yel sovurdu sağ və sola. A.Səhhət.
Usta Zeynal çubuğu çəkib külünü boşaltdı və durdu ayağa… C.Məmmədquluzadə.
[Dərviş:] Ocağın alovu sönüb tamam olurdu, qıraqlardakı atəşləri kül yavaş-yavaş … bürüyürdü. A.Divanbəyoğlu.

□ Kül olmaq – bütünlüklə yanmaq, yanıb qurtarmaq, külə dönmək. Odunlar kül oldu.
Cəsarət gərəkdir ilk sevənlərə; Yalandı kül olmaq, yalandı yanmaq! M.Araz.

Kül suyu k.t. – bitkiləri dezinfeksiya etmək üçün suda həll olunmuş kül.
◊ Kül başına! (gözünə!) dan. – qarğış, danlaq və təkfir ifadəsi. Kül başına, gözəl fərə, beçə də səni bəyənmir. ( Ata. sözü ).
[Tağı qızı:] Pah, kül başına! Mənim evimdə qoca nə gəzir? M.S.Ordubadi.
[Şahsənəm:] Belə kül molla başına! S.S.Axundov.

Kül etmək (eləmək) – puç etmək, məhv etmək, axırına çıxmaq. Var-dövləti kül etmək.
// məc. Mənada.
Məni kül elədi elin dilləri. Aşıq Məmməd.

Külə dönmək1) yanıb qurtarmaq, kül olmaq. Kömürlər külə döndü. Ağaclar yanıb külə döndü.
– Neçin onun bu eyvanı; Yanıb soyuq külə döndü? S.Vurğun.

// məc. Yox olmaq, məhv olmaq.
Külə dönsün köləlik alışan bu səhərdə. R.Rza;

2) məc. çox əziyyət çəkmək, həddindən artıq əzab çəkmək. Ana yetimləri böyütdükcə külə döndü.
– Axı bu torpaqda doğulmuşam mən; Vətən həsrətilə külə dönmüşəm. B.Vahabzadə.

Külü göyə sovrulmaq – tamam məhv edilmək, axırına çıxılmaq.
Qoy düşmən ah çəksin, külü göyə sovrulub… Ə.Vəliyev.

Külünü göyə sovurmaq – tamamilə məhv etmək, axırına çıxmaq.
Gələndə düşmənlə süngü-süngüyə; Bir nərən sovurur külünü göyə. S.Vurğun.

Başına kül (olsun)! – bax baş.
Gözə kül üfürmək – bax göz.

Etimologiya

  • KÜL Türk dillərində köy sözü olub (bəzilərində indi də işlədilir), od, yanmaq mə­nalarını əks etdirib. Qaynamaq, göynəmək, qor, kömür, qovurmaq, qaymaq, k
KÜKÜRDLÜ
KÜL-KÜLFƏT

Digər lüğətlərdə