KÜNH

is. [ ər. ] klas. Bir şeyin əsli, mahiyyəti, əsası, məğzi.
Adəmin künhünü anlardı, qılardı səcdə. S.Ə.Şirvani.
Çatdı ya ki, uşaqların; Künhünə elmü sənətin? Yaxşı ki, qorxub az yedin; Toxluq edər təbiətin. A.Səhhət.

□ Künhünə varmaq (çatmaq) – bir şeyin əsasını, əslini, mahiyyətini, məğzini öyrənmək, araşdırmaq, bilməyə çalışmaq. Məsələnin (işin) künhünə çatmaq.
KÜNG
KÜNYƏ

Digər lüğətlərdə