KÜSƏNMƏK

f.
1. Ummaq, gileylənmək, giley-güzar etmək, küsən kimi olmaq. Dost dostdan küsənər.
– Nə üçün hamı mənə düşmən gözü ilə baxır, yoldaş leytenant, mənim günahım nədir?… – deyə, Vəli küsənən ( f. sif. ) bir dost ədası ilə xəbər aldı. M.Hüseyn.

2. Qibtə etmək, həsrətini çəkmək. Yaxşı geyimə küsənmək.
– Ataların misalıdır: keçən günə gün çatmaz; Ol səbəbdən küsənirəm əzəlki çağlara mən. Molla Cümə.
…Qız da, oğlan da Nəcibənin yar-yaraşığına küsənir. Mir Cəlal.

3. Qürrələnmək, arxayın olmaq, bel bağlamaq. Varlılığa küsənən yoxsulluğa tez düşər. ( Ata. sözü ).
KÜSƏNMƏ
KÜSƏYƏN

Digər lüğətlərdə