1. İti. Kəskin qılınc.
2. məc. Şiddətli, güclü, təsiredici.
3. Çox güclü, şiddətli.
4. Hiss orqanlarına güclü təsir edən; qıcıqlandırıcı. Kəskin qoxu. Ətrin kəskin iyi. Günəşin kəskin şüaları.
// Güclü, çox bərk. Kəskin ağrı. Kəskin sızıltı.
// Sürətlə və güclü keçən, daimi olmayan (xəstəliklər haqqında).
5. məc. Aydın, olduqca yaxşı nəzərə çarpan, görünən. Üzün kəskin cizgiləri. Kəskin boya. Kəskin nəzərə çarpmaq.
// Birdən-birə baş verən, çox böyük, ciddi. Kəskin dəyişiklik. Havalar kəskin surətdə soyudu.
6. Gərgin, ağır. Kəskin vəziyyət. Münasibət kəskindir.
7. məc. Qaba, kobud, nəzakətsiz, incəlikdən məhrum. Kəskin cavab. Kəskin söz (ifadə). Çox kəskin (z.) danışmaq.
// məc. Sərt, amansız, qəti, təsirli. Kəskin tənqid. Əsərə kəskin rəy vermək.
8. məc. Nüfuzedici, iti. Kəskin baxış. – Kəskin nəzərlə baxmaq.
9. məc. Çox inkişaf etmiş, çox incə, çox həssas; iti (qulaq, göz, hafizə və s. haqqında). Çox kəskin hafizəsi var.
// məc. Ağıl, zəka, idrak haqqında. Kəskin zəkası var. Uşağın çox kəskin zehni var.
10. məc. Qəti, tərəddüdsüz. Məsələ kəskin (z.) qoyulur.