1. Kəsici şeyin xassə və keyfiyyəti; itilik.
2. Kəskin şeyin hal və keyfiyyəti, xassəsi. Qoxunun kəskinliyi. Ağrının kəskinliyi. Vəziyyətin kəskinliyi. Cavabın kəskinliyi. Tənqidin kəskinliyi. Sözün (ifadənin) kəskinliyi. Soyuğun (küləyin) kəskinliyi. Şüanın kəskinliyi. Zəkanın (zehnin) kəskinliyi. Hafizənin kəskinliyi.
3. Kəskinliyi ilə şəklində (bəzən “bütün” sözü ilə) zərf mənasında – çox güclü surətdə, aydın surətdə, kəskin surətdə. [Qətibə Nizaməddinə:] Çox təəssüf edirəm ki, mən Hüsaməddinlər kimi avam və sadə adamlarla iş görürəm.