KARBONÁT

[ lat. ]
1. kim. Karbon turşusu duzu (soda, potaş və s).
2. kim. geol. Tərkibində karbon turşusu olan mineralların adı.
3. xüs. Xırda dənəli qara almaz (quyu qazma, cilalama və s. işlərdə işlənir).
KARBONARİ
KARBONATLI
OBASTAN VİKİ
Karbonat
Karbonatlar — minerallar, H2CO3 turşusunun duzları. Bir neçə növə bölünür: bikarbonatlar (turş duzlar, susuz və sulu normal K.) Karbonatlar; əlavə anionlu (OH)-1, F-1, və ya Cl- Karbonatlar; (SO4)-2 və ya (PO4)-3 anionlu mürəkkəb K. İkivalentli kationlu (Ca, Mg, Fe, Mn, Ba, Sr, Pb, Zn, Cu və b.) Karbonatlar daha geniş yayılmışdır. Na+ və K+, həmçinin (NH4)+ kationu yalnız bikarbonatlar əmələ gətirə və ya ikiqat duzların tərkibinə daxil ola bilər. Nadir hallarda kationların sırasına Ni+3, Al+3, Bi+3 daxil olur. Bunlardan başqa, U+4, Ce+3, La+3 və b. ilə də Karbonatlar sırası məlum­dur. Karbonatlar üçün çoxsaylı tam və ya natamam izomorf sıralar səciyyəvidir. İkiqat duzlar geniş yayılmışdır. Karbonatlar əksəriyyəti triqonal və rombik sinqoniyada, çox az bir hissəsi heksaqonal, monoklinik və b. sinqoniyalarda kristallaşır.
Ammonium karbonat
Ammonium karbonat (NH4)2CO3 — karbonat turşusunun ammonium duzudur. == Fiziki xassələri == Ammonium karbonat-ağ kristalik maddədir. Rəngsiz kristalları suda asanlıqla həll olunur. Ammonium karbonat həm havada, həm də məhlulda qeyri-sabitdir, çünki artıq otaq temperaturunda ammonium hidrokarbonata çevrilərək ammonyak buraxır. == Alınması == Müasir sintez, prosesin sadəliyini və aşağı qiymətini nəzərdə tutur. Bunu etmək üçün, NH3 qazını, CO2 qazını və su buxarını qarışdıraraq alırıq. Sürətli soyutma bu üsul üçün ilkin şərtdir. == Kimyəvi xassələr == Zəif əsas və zəif turşudan əmələ gələn duz kimi kation və anionda hidrolizə məruz qalır: ( N H 4 ) 2 C O 3 + H 2 O ⇄ N H 4 H C O 3 + N H 3 ⋅ H 2 O {\displaystyle {\mathsf {(NH_{4})_{2}CO_{3}+H_{2}O\rightleftarrows NH_{4}HCO_{3}+NH_{3}\cdot H_{2}O}}} Əsaslarla və duzlarla reaksiyaya daxil olur: ( N H 4 ) 2 C O 3 + C a S O 4 → ( N H 4 ) 2 S O 4 + C a C O 3 ↓ {\displaystyle {\mathsf {(NH_{4})_{2}CO_{3}+CaSO_{4}\rightarrow (NH_{4})_{2}SO_{4}+CaCO_{3}\!\downarrow }}} == Tətbiqi == Ammonium karbonat müxtəlif sahələrdə istifadə olunur: qida sənayesində maya əvəzedicisi kimi; ammonium sulfatın istehsalı üçün xammal kimi; dəniz suyundan kalium çıxararkən maqnezium duzlarının çökməsi üçün; boyaların tərkibində kosmetika istehsalında; əczaçılıq sənayesində öskürək və ammonyak dərmanlarının istehsalında; şərab istehsalında fermentasiya prosesini sürətləndirmək üçün; yanğınsöndürmə üçün istifadə olunan maddələrin tərkib hissələrindən biri kimi tətbiq olunur. == İstinadlar == Справочник химика / Редкол.: Никольский Б.П. и др. - 3-е изд., Л.: Химия, 1971.
Kalsium karbonat
Kalsium karbonat — qeyri-üzvi kimyəvi birləşmə, karbon turşusu,duz və kalsium. Kimyəvi formulu — C a C O 3 {\displaystyle {\mathsf {CaCO_{3}}}} . Təbiətdə çox sayda mineral şəklində olur, məsələn, kalsit, araqonit və vaterit, əhəng daşı, mərmər, təbaşirin əsas tərkib hissəsidir və quş yumurtasının qabığına daxildir. Su və etanolda həll olunmur. Ağ qida boyası (E170) olaraq qeydiyyata alınmışdır. == Tətbiqi == Ağ qida boyası E170 kimi istifadə olunur. Təbaşir kimi,lövhələrdə yazmaq üçün istifadə olunur. Gündəlik həyatda tavanları ağartmaq, ağac gövdələrini rəngləmək, bağçılıqda torpaqları alkalaşdırmaq üçün istifadə olunur. === Kütləvi istehsal/istifadə etmək === Çirklərdən təmizlənmiş kalsium karbonat, kağız və qida sənayesində, plastik, boyalar, rezin, məişət kimyəvi maddələrin istehsalında və inşaatda bir doldurucu kimi geniş istifadə olunur. Kağız istehsalında kalsium karbonat ağardıcı, doldurucu və eyni zamanda deoksidləşdirici kimi istifadə olunur.
Karbonat turşusu
Karbonat turşusu — kimyəvi formulu H2CO3 olan zəif ikiəsaslı turşu. Turşuların bütün xassələrinə malikdir. Karbonat turşusu normal şəraitdə suya və karbon qazına parçalandığına görə sərbəst halda mövcud deyil: CO2 + H2O ↔ H2CO3 Karbonat turşusunun molekulundakı kimyəvi rabitə polyar kovalent rabitələrdir. == Karbonat turşusunun törəmələri == Karbonat turşusunun da başqa üzvi turşular kimi müvafiq törəmələri vardır. Bu törəmələrdən karbonat turşusunun xloranhidridlərini, esterlərini və amidlərini göstərmək olar. == Karbonat turşusunun xloranhidridləri == Karbonat turşusunun iki cür xloranhidridi ola bilər. Bunalrada xlorkarbonat turşusu, ikincisi karboksixlorid və fosgen adlanır. Fosgen və ya karboksixlorid birinci dəfə Devi tərəfindən dəm qazına günəz işiğının təsiri ilə xlor birləşdirməklə alınmışdır, buna görə də fosgen (fos-yunanca) işıq adlanmışdır. İndi, fosgen üçün dəm qazı ilə xloru 2000-də kömür katalizatoru üzərindən buraxılırlar. Fosgen zəhərli boğucu qazdır, 80C-də qaynayır, benzolda yaxşı həll olur, su ilə parçalanır, karbon qazı ilə xlorid turşusu əmələ gətirir.
Stronsium karbonat
Stronsium karbonat (SrCO4)- karbon turşusunun stronsium duzudır. Stronsium karbonat təbiətdə stronsianit mineralı kimi mövcuddu. Selestinlə (SrSO4) birgə sənaye əhəmiyyəti var. Suda az həll olunan rəngsiz kristallardı (25 °C -də 100 q H2O-da 2⋅10−3 q). SrCO3-ın üç modifikasiyası var: 925 °C-ə qədər α modifikasiya, araqonit tipli rombik kristalik qəfəs; 925 °C-dən yuxarı β-modifikasiyası kalsit forması; 1416 °C-dən yuxarı temperaturda və 2 MPa təzyiqdə, kub sisteminin γ-modifikasiyası mövcuddu. S r C O 3 + C O 2 + H 2 O → S r ( H C O 3 ) 2 {\displaystyle {\mathsf {SrCO_{3}+CO_{2}+H_{2}O\rightarrow Sr(HCO_{3})_{2}}}} S r C O 3 → S r O + C O 2 {\displaystyle {\mathsf {SrCO_{3}\rightarrow SrO+CO_{2}}}} 1. Stronsium karbonatı stronsium sulfonatın natrium karbonatın qatı məhlulu ilə reaksiya zamanı almaq olar : 2. Stronsium hidroksid karbon dioksidlə reaksiyaya girərək stronsium karbonat və su əmələ gətirir: Stronsium karbonat 1100 - 1200 °C -dən yuxarı olan temperaturda, stronsium oksid və karbon qazının əmələ gəlməsi ilə parçalanır: Duru xlorid, azot, sirkə turşuları ilə reaksiyaya daxil olaraq duzlar əmələ gətirir: Stronsium karbonat hidrogen sulfid ilə 900 - 1000 °C temperaturda reaksiya daxil olur, nəticədə stronsium sulfid, su və karbon dioksid alınır: Stronsium karbonat əsasən atəşfəşanlıq üçün boya kimi istifadə olunur. Həmçinin müxtəlif məqsədlər üçün istifadə olunan stronsium birləşmələrinin istehsalı üçün xammal kimi istifadə olunur. Stronsium karbonat şüşə sənayesindədə istifadə olunur. Onu şüşəyə əlavə etdikdə radiasiyaya və rentgen şüalarına davamlı edir. Рабинович В.А., Хавин З.Я. Краткий химический справочник.
Darrıdağ karbonatlı-mərgümüşlü su yatağı
Darrıdağ karbonatlı-mərgümüşlü su yatağı — Naxçıvan MR Culfa şəhə­rinin şimal-şərqində, dəniz səviyyəsindən yüksəklikdə yerləşir. Yataq üst eosen-oliqosenin vulkanogen törəmələrindən təşkil olunmuş Darrıdağ antiklinalının cənub-qərb qanadına aiddir. Mineral bulaq antiklinalın pozulmuş tağ hissəsinin parçalanmış əhəngdaşılarında boşalır və suları kar­bo­nat, hidro­karbonat-xlorid-natriumlu yüksək dərəcədə minerallaşmış (17-21 q/l), qaynar (42-) və ya ilıqdır (23-). Darrıdağ bulaqları haqqında ilk məlu­mat 1830-cu ilə gedib çıxır. Onlardan mədə-bağırsaq, əzələ, qanazlığı, periferik əsəb sistemi və ginekoloji xəstəliklərin müalicəsində istifadə olunur. Yatağın bazasında balneoloji klinika fəaliyyət göstərir. == Mənbə == Azərbaycan Respublikasının geoloji irsi. Bakı: Nafta-Press, 2013.
Karbonatitlər
Karbonatitlər, Breqqer, 1920 - əsasən endogen karbonat süxurları əhatə edən ultraəsasi, qələvi ultraəsasi — qələvi süxurlar; bəzən qələvi qabbroidlərlə birlikdə, mürəkkəb intruziv komplekslərə daxil olurlar. Sonralar karbonatitlər qələvi – ultraəsasi və qələvi tərkibli vulkan aparatlarında geniş yayılması müəyyən edilmiş effuziv və piroklastik karbonatitlər və habelə avtonom xalis karbonatitlər cismləri aşkar edilmişdir. Süxurəmələgətirən karbonatların tərkibinə görə kalsitli (sinonim: Sevitlər, Alvigitlər), dolomitli (sinonim: Rauxagitlər, Beforsitlər), ankeritli və sideritli karbonatitlər ayrılır. Karbonatitlər ilə tantal, niobium, nadir torpaq elementlərinin apatit, vermikulit, flüorit, mis (sulfid), dəmir və b. yataqlar əlaqədardır. Effuziv karbonatitlər xüsusilə natrium-karbonat (29–30% NaO2) tərkibli olur. Karbonatitlər intruziv massivlərdə ştok, konusvari və dairəvi daykalar, ştokverk, partlayış boruları tipli kütlələr təşkil edir. Vulkan aparatlarında Karbonatitlər vulkan boğazını dolduraraq "plug" tipli kütlələr yaradır. Effuziv karbonatitlər lava axınları, kül örtükləri və konuslar təşkil edir. Karbonatitlər, ümumiyyətlə, poligen əmələgəlmələrdir.
Karbonatlar
Karbonatlar — minerallar, H2CO3 turşusunun duzları. Bir neçə növə bölünür: bikarbonatlar (turş duzlar, susuz və sulu normal K.) Karbonatlar; əlavə anionlu (OH)-1, F-1, və ya Cl- Karbonatlar; (SO4)-2 və ya (PO4)-3 anionlu mürəkkəb K. İkivalentli kationlu (Ca, Mg, Fe, Mn, Ba, Sr, Pb, Zn, Cu və b.) Karbonatlar daha geniş yayılmışdır. Na+ və K+, həmçinin (NH4)+ kationu yalnız bikarbonatlar əmələ gətirə və ya ikiqat duzların tərkibinə daxil ola bilər. Nadir hallarda kationların sırasına Ni+3, Al+3, Bi+3 daxil olur. Bunlardan başqa, U+4, Ce+3, La+3 və b. ilə də Karbonatlar sırası məlum­dur. Karbonatlar üçün çoxsaylı tam və ya natamam izomorf sıralar səciyyəvidir. İkiqat duzlar geniş yayılmışdır. Karbonatlar əksəriyyəti triqonal və rombik sinqoniyada, çox az bir hissəsi heksaqonal, monoklinik və b. sinqoniyalarda kristallaşır.

Digər lüğətlərdə