KARİ

f. dəyərli, kəsərli, təsirli.

KARXANƏ
KARKÜN
OBASTAN VİKİ
Kari Rid
Kari Rid (4 sentyabr 1970) — Kanadanı təmsil edən sinxron üzgüçü. == Karyerası == Kari Rid Kanadanı 1996-cı ildə Atlanta şəhərində baş tutan XXVI Yay Olimpiya Oyunlarında təmsil edib. Komanda turnirində Kari Rid Olimpiadanın gümüş medalına sahib olub.
Kari gölü
Kari gölü (erm. Քարի լիճ, Kari-liç) — Yüksəklikdə yerləşən dağ gölü, Ermənistan ərazisində yerləşir. Alagöz dağının ətəklərində qərarlaşır. Əsasən qar suları ilə qidalanır. Qışda tamamən buzla örtülü olur. Yüksək dağ qurşağında yerləşməsi bunu labüd edir. Dəniz səviyyəsindən 3207 metr yüksəklikdə, dağ zirvələri arasında qərarlaşır. Gölün sahil xəttinin uzunluğu 1150 metrdir. Maksimal dərinliyi 8 metr, gölün sahəsi 30 ha-dır. Gölün su tutumu 357 min km² təşkil edir.
Kari-gurashi no Arietti
Liliputlar diyarından Arietti (借りぐらしのアリエッティ, Kari-gurashi no Arietti) — Studio Ghibli tərəfindən 2011 ildə buraxılan tam metrajli animasiya filmi. Film yazıçı Meri Nortonun "The Borrowers" kitabı əsasında çəkilib. Rejissor – Hiromasa Yonebayaşi, ssenari müəllifləri - Hayao Miyazaki və Keyko Niva, bəstəkar - Sesil Korbel. == Məzmun == Özlərini "Borrowers" ("götürənlər") adlandıran balaca adamlar adi insanların yanında yaşayır və yaşamaq üçün lazım olanları onlardan götürürlər. Onlar varlığı bir sirrdir və insanların gözünə dəymək onlar üçün böyük bir problem deməkdir. Belə adamlardan biri 12 yaşlı Sönun gözünə dəydikdən sonra hekayə başlayır.
Tilla-Kari mədrəsəsi
Tilla-Kari mədrəsəsi (özb. Tillа Qori madrasasi — Qızıl mədrəsə) — Səmərqənddə Registan meydanında XVII əsrə aid dini, mənəvi, təhsil binasıdır. Meydanın ən son inşa edilən binasıdır və Uluqbəy mədrəsəsi və Şirdor mədrəsəsi ilə birlikdə ayrılmaz memarlıq ansamblı təşkil edir. 2001-ci ildə Səmərqəndin digər görməli yerləri kimi UNESCO-nun Dünya Mədəniyyət Mirasları siyahısına daxil edilmişdi. == Tarixi == Tilla-Kari mədrəsəsinin inşasına 1646-cı ildə, dağılmış vəziyyətdə olan Mirzoy karvansarasının yerinə onun təməl və divarlarından istifadə edilməklə özbək alçinlər qəbiləsindən gəlmiş Səmərqəndin hökmdarı (hakim) Yalanqtuş Bahadurun əmri ilə başlanmışdır. İnşaat başladığı zaman Səmərqənddəki məscidlər (Bibixanım və Alikə Kukeltaş) xarabalığa çevrildi və dizayn zamanı mədrəsə binasında ali dini məktəb və cümə məscidinin tikilməsinə qərar verildi. Mədrəsənin tikintisi 14 il davam etdi və 1660-cı ildə Yalanqtuş Bahadurun ölümündən sonra tamamlandı. Yəqin ki, bu səbəbdən də mədrəsənin bəzi elementlərinin dekorasiyası nəzərəçarpacaq dərəcədə etinasızlıqla aparılmış və Tilla-Kari məscidinin xarici günbəzi heç vaxt tamamlanmamışdır. === Bərpası === Tilla-Kari mədrəsəsinin inşası Reqistan meydanının dizaynını tamamlamış və burada yerləşən memarlıq ansamblına bitmiş bir görünüş vermışdir. XIX əsrdə (1817–1818-ci illər) mədrəsənin binası güclü zəlzələ nəticəsində zərər görmüşdür.
Müqəddəs Georgi Kari kilsəsi
Müqəddəs Georgi Kari kilsəsi (gürc. თბილისის წმინდა გიორგის კარის ეკლესია) — Tbilisinin tarixi rayonu olan Qədim şəhərin, Şavteli 4 küçəsində yerləşən pravoslav kilsə. == Tarixi == Burada birinci kilsə — Müqəddəs arxanqel — I Vaxtanq Qorqasali tərəfindən əsası qoyulmuşdur (V əsr). Monqollar tərəfindən məhv edilmiş, 1640-cu ildə çar Rostomun sifarişi ilə fərqli rekonstruksiya edilmişdir. 1991—1992-ci illərdə restavrasiya olunmuşdur. == Ədəbiyyat == ენციკლოპედია თბილისი, თბ., 2002, გვ. 967 == Xarici keçidlər == Müqəddəs Georgi Kari kilsəsi Tbilisi.
Jozef Karika
Jozef Karika Slovakiyalı yazıçı və publisistdir. O, ən çox satılan kitablardan olan Mafiyanın kölgəsində(V tieni mafie) əsərinin müəllifidir. Karika Ədəbiyyat Fondu Mükafatı ilə təltif olunmuşdur.
Kariatid
Kariatid - memarlıq qurğularında dayaq-dirək funksiyasını daşıyan, yaxud bu funksiyanı obrazlı şəkildə ifadə edən ayaq üstə durmuş qadın heykəli.
Karib Niderlandı
Karib Niderlandı (nid. Caribisch Nederland) — Karib dənizində Niderlanda aid 3 özəl bələdiyyədən ibarət ərazi. Müdafiə və beynəlxalq məsələləri Niderland Krallığının səlahiyyətlərindədir. Niderland Karibindəki 6 adadan 3-cü Karib Niderlandında birləşmişdir. Bunlar Boneyr, Sint-Estatius və Saba adalarıdır. Qanuni formada bu üç ada ayrıca BES adaları (adaların baş hərflərindən ibarət olan abbreviatura) olaraq da adlanırlar. == Statistika == == İqtisadiyyatı == === Pul vahidi === 1 yanvar 2011-ci ilə qədər Karib Niderlandına daxil olan 3 adanın hamısında Niderland Antilləri quldeni istifadə edilmişdir. Adalar bu tarixdən sonra Niderland Krallığında istifadə olunan avro və ya keçmiş Niderland Antil adalarına aid ərazilər olmuş Kürasao və Sint-Martenin istifadə etdikləri Karib quldeni əvəzinə ABŞ dollarını seçir. Hazırda da ölkənin pul vahidi ABŞ dollarıdır. == İqlimi == Karib Niderlandının adaları bütün il boyunca isti keçən tropikal iqlimin təsiri altındadır.
Karib Niderlandında COVID-19 pandemiyası
Karib Niderlandında və ilk koronavirus xəstəsi 13 mart 2020-ci ildə təsdiqlənmişdir. == Gedişat == Koronavirusun çatdığı ilk bölgə Aruba oldu. Orada koronavirus 13 martda yayıldı.17 mart 2020 ikinci, üçüncü və dördüncü koronavirus hadisəsi elan edildi. Arubanın baş naziri Evelyn Wever-Croes, Arubada COVID-19 koronavirusunun dördüncü hadisəsini elan etdi. Koronavirus üçün müsbət test edən şəxs turistdir. 20 mart 2020 — Koronavirusun beşinci hadisəsi elan edildi. Xəstə tətildə olduğu New Yorkdan geri qayıdan hava limanının işçisidir. Bu, hava limanında işçiləri yoluxmadan qorumaq üçün tədbir görülməməsinə etiraz olaraq bir gün sonra ortaya çıxdı. 21 mart 2020 — Daha səkkizi gətirən daha üç iş elan edildi. Bu, Arubadan kənarda olan iki nəfərə (biri Nyu Yorkdan , biri Mayamidən) aiddir .
Karib Niderlandında koronavirus pandemiyası 2020
Karib Niderlandında və ilk koronavirus xəstəsi 13 mart 2020-ci ildə təsdiqlənmişdir. == Gedişat == Koronavirusun çatdığı ilk bölgə Aruba oldu. Orada koronavirus 13 martda yayıldı.17 mart 2020 ikinci, üçüncü və dördüncü koronavirus hadisəsi elan edildi. Arubanın baş naziri Evelyn Wever-Croes, Arubada COVID-19 koronavirusunun dördüncü hadisəsini elan etdi. Koronavirus üçün müsbət test edən şəxs turistdir. 20 mart 2020 — Koronavirusun beşinci hadisəsi elan edildi. Xəstə tətildə olduğu New Yorkdan geri qayıdan hava limanının işçisidir. Bu, hava limanında işçiləri yoluxmadan qorumaq üçün tədbir görülməməsinə etiraz olaraq bir gün sonra ortaya çıxdı. 21 mart 2020 — Daha səkkizi gətirən daha üç iş elan edildi. Bu, Arubadan kənarda olan iki nəfərə (biri Nyu Yorkdan , biri Mayamidən) aiddir .
Karib böhranı
Karib böhranı və ya digər adı ilə Kuba raket böhranı — SSRİ ilə ABŞ arasında ABŞ-yə məxsus ballistik raketlərin İtaliya və Türkiyədə yerləşdirilməsi, həmçinin buna cavab olaraq Sovet raketlərinin Kubada yerləşdirilməsi nəticəsində 16–28 oktyabr 1962-ci il tarixləri aralığında meydana gələn gərginlikdir. Bu qarşıdurma Soyuq müharibə ərzində genişmiqyaslı nüvə müharibəsinin başlamasına yol açacaq ən yaxın münaqişə olaraq da tanınır. Kubalılar bu böhranı "oktyabr böhranı" adlandırırlar (SSRİ-də baş verən oktyabr inqilabı ilə eyniləşdirmək istəyi olaraq). ABŞ-də "Kuba raket böhranı" (ing. Cuban missile crisis) terminindən istifadə olunur. Soyuq müharibə dövrü çəkişmələrin kifayət qədər qızdığı və bir mənada yer üzünün nüvə fəlakətindən döndüyü Karib böhranı, şübhəsiz dünya siyasi tarixinin yaxın dövrdə baş verən vacib hadisələrindən biridir. == Böhran ərəfəsindəki vəziyyət == Manhatan layihəsi ilə dünyada ilk dəfə nüvə silahını istehsal edən ABŞ, bu silahı Yaponiyada 2 dəfə sınamaqdan çəkinməmiş və böyük bir faciəyə yol açmışdır. 1945-ci il avqustun 6-da Hiroşimaya, avqustun 9-da Naqasakiyə atılan bombaların nəticəsində 250.000 insan həyatını itirmiş, bu bölgələrdəki təsirləri on illər boyunca silinməyəcək kimyəvi-bioloji zərərlər buraxmışdır. ABŞ-nin atom bombası riskinin gözə almasının əsl səbəbləri Yaponiyanın işğalını asanlaşdırmaq və o vaxtlarda Yaponiyaya hələ də müharibə etməmiş olan Sovet Birliyinə bu dəhşətli silahla dünya liderliyinin onda olduğu mesajını vermək istəməsi idi. Müharibənin sonrasında Sovet Birliyinin nüvə silahı və atom bombalarının dünya səviyyəsində yox edilməsi mövzusunda verdiyi təklif ABŞ tərəfindən rədd edilmiş və bu səbəblə Sovet Birliyi də öz təhlükəsizlik strategiyasını inkişaf etdirərək nüvə proqramını 4 il içərsində uğurla sınamağa başlamışdır.
Karib dövlətləri assosiasiyası
Karib dövlətləri assosiasiyası - siyasi və iqtisadi danışıqlarda regionun işgüzar dairələrinin statusunun möhkəmləndirilməsi məqsədilə əlaqələndirici təşkilat qismində 1995-ci ildə təsis edilmişdir. Assosiasiya qarşılıqlı marağın mədəni, iqtisadi və texniki, həm də turizm və nəqliyyat sahələrində konsultasiyalar, əməkdaşlıq və fəaliyyət uzlaşması üçün forumlarını keçirir. Assosiasiyaya kontinental ölkələrlə (Kolumbiya, Meksika, Surinam və Venesuela) Karib adaları dövlətləri, həmçinin altı müşahidəçi-dövlət daxildir. Assosiasiyanın katibliyi Port-of-Speyndə, Trinidad və Tobaqoda yerləşir. == Karib birliyi (KARİKOM) == Karib birliyi - Karib adalarında aparıcı iqtisadi təşkilatdır. Birliyin əsas tapşırığı ümumi Karib bazarının yaradılmasından ibarətdir, təşkilatın fəaliyyəti iqtisadi və bir-birinə çox yaxın məsələlərin həll edilməsidir. Karib birliyinin üzvləri: Antiqua və Barbuda, Barbados, Beliz, Qayana, Qrenada, Dominikan Respublikası, Montserrat, Sent-Vinsent və Qrenadina, Sent-Kits və Nevis, Sent-Lyusiya, Trinidad və Tobaqo, Tyorks və Kaykos adaları, həmçinin Britaniya və Virciniya adalarıdır. Hökumət başçılarının konfransı - Birliyin siyasətini müəyyən edir, ümumi bazar üzrə Nazirlər Şurası ümumi bazarın vəziyyətinə cavab verir. Katibliyi Qayananın Corctaun şəhərində yerləşir. == Şərqikarib dövlətləri Təşkilatı == Şərqikarib dövlətləri Təşkilatına - Antiqua və Barbuda, Qrenada, Dominikan Respublikası, Montserrat, Sent-Vinsent və Qrenadina, Sent-Kits və Nevis, Sent-Lyusiya, yəni əvvəllər ümumi valyuta və ədliyyə sistemi kimi ümumi xidmətlərə malik olan ölkələr daxildir.
Karib dənizi
Karib dənizi - Atlantik okeana daxil olan Qərb yarımkürəsində tropik dənizdir. Səthinin sahəsi 2 754 000 m², ən dərin nöqtəsi 7,686 metrdir. Cənubi Amerikanın sahilindədir. Вoğazları: Yamayka boğazı, Külək üstü boğaz.
Karib dənizinin quldurları
Karib dənizinin quldurları (azərb. Pirates of the Caribbean‎) — Volt Disneyin çoxmilyardlı layihəsi. Franşiza filmlərdən, video oyunlardan və Disneylenddəki attraksionlardan ibarətdir.
Karib dənizinin quldurları: Qara mirvarinin lənəti (film, 2003)
Karib dənizinin quldurları: Qara mirvarinin qarğışı (film, 2003)
Karib dənizinin quldurları: Salazarın intiqamı (film, 2017)
Karib dənizinin quldurları: Ölülər nağıl danışmır (ing. Pirates of the Caribbean: Dead Men Tell No Tales) — Öz bəxtini tükəndirən kapitan Cek Sərçə müəyyən edir ki, çoxdan dost olmayan qorxulu kapitan Salazar və ruh dəniz quldurları onun ovuna çıxıblar. Onların niyyəti kapitan Cek Sərçəni aradan qaldırmaq idi. Onlar təzəlikcə Şeytan üçbucağından qaçıblar və indi Cek daxil olmaqla bütün dəniz quldurlarını məhv etmək istəyirlər. Xilas olmağa yalnız qüdrətli artefakt – Poseydonun üçbaşlı əsası kömək edə bilər, hansı ki, öz sahibinə bütün dənizi idarə etmək bəxş edir. Poseydon yunan tanrısı olub, dənizi idarə edirdi, bunu etməsində əsası ona köməklik edirdi. Filmdə Conni Depplə bərabər Xavier Bardem, Brenton Tvaytes, Kevin R. McNally, Kaya Skodelario, Golşiftə Fərahani, Stefen Qraham və başqa məşhurlar rol alıb. Film 26 may 2017-ci ildə təqdim olunmuşdur.
Karib dənizinin quldurları: Ölülər nağıl danışmır (film, 2017)
Karib dənizinin quldurları: Ölünün sandığı (film, 2006)
Karib hövzəsi
Karib hövzəsi və ya Vest-Hind — Karib dənizi, Karib adaları və sahil ərazilərini əhatə edən coğrafi region. Karib hövzəsi ölkələrinə daxildir: Yamayka, Haiti, Kuba, Dominikan Respublikası, Puerto-Riko, Qrenada, Sent-Lüsiya və s. Bu bölgə Meksika körfəzi və Şimali Amerikanın cənub-şərqində, Mərkəzi Amerikanın şərqində və Cənubi Amerikanın şimalında yerləşir. Əhalisi 37,5 milyon nəfərdir.
Karib monax suiti
Karib monax suitisi (lat. Monachus tropicalis) — heyvanlar aləminin xordalılar tipinin məməlilər sinfinin yırtıcılar dəstəsinin əsl suitilər fəsiləsinin monax suiti cinsinə aid heyvan növü. Hazırda tükənmə təhlükəsi vardır. Hətta tükənmə ehtimalı vardır. Bədəninin uzunluğu 2,4 m təşkil edirdi. Rəngi bütünlüklə qəhvəyi olur. == Yayıldığı ərazi == Onlar əsasən Karib dənizi və Meksika körfəzi sularında olan adalarında rast gəlinirdi. Qərbdə Honduras, Yukatan yarımadası, şərqdə isə Yamayka, Kuba və Baham adaları sahillərində yaşayır. Hazırda isə yayılma ərazisi bilinmir. Onlara sonuncu dəfə 1952-ci ildə Karib dənizinin qərbində görülüb.
Karib Ölkələri Birliyi
Karib Ölkələri Birliyi — 1973-cü ildə Caquaramaz müqaviləsi ilə qurulmuş Karib Ölkləri Birliyinin üzvləri : Bahamalar, Barbados, Beliz, Qvatemala, Yamayka, Trinidad və Tobaqo, Antiqua və Barbuda, Dominikan, Qrenada, Montserrat, Sent-Kits və Nevis, Sent-Lüsiya, Sent-Vinsent və Qrenadindir. CARİCOM kiçik bir bölgədir və əhalisi 5 milyona yaxındır. Bölgədəki ölkələr inkişaf səviyyələri baxımından çox geridədir və başlıca ixrac məhsullar neft, boksit, alminium və şəkərdir. Yamayka, Trinidad və Tabaco, Barbados öz aralarında ən inkişaf etmiş ölkələrdir. Adıçəkilən qurum üzv ölkələr arasında gömrük birliyinin qurulmasını məqsədəuyğun hesab edir. Qurumun dünya ixracatında payı 0,1 % -ə və idxalatında payı 0,2 % — dir. Bölgədaxili ticarət nisbəti isə 9,1 % — dir.
Karies
Karies — dişin sümük toxumasının müxtəlif mikroblar tərəfindən zədələnməsidir. Müxtəif səbəblər nəticəsində baş verir. Karies diş ərpi olan yerdə (dişlərin arasında, diş ilə damaq arasında, diş səthindəki yuvacıqlarda) inkişaf edir. == Yaranma səbəbləri == Ən çox yayılmış səbəblər isə aşağıdakılardır: ağız boşluğunun mikroblarla yüksək dərəcədə çirklənməsi; ağız şirəsi suyunun azalması və tərkibinin dəyişməsi; dişin sümük toxumasının möhkəmliyinin azalması. Karies diş ərpi olan yerdə (dişlərin arasında, diş ilə damaq arasında, diş səthindəki yuvacıqlarda) inkişaf edir. Kariesin səbəblərindən biri də ağız şirəsinin çatışmazlığıdır. Ağız şirəsi qida qalıqlarını yuyur və antiseptik təsir edir (ağız şirəsinin tərkibinə xüsusi antimikrob zülal vardır). Əgər hər hansı bir xəstəlik səbəbindən (immunitetin pozulması, bağırsaq xəstəlikləri) uşağın ağız şirəsinin miqdarı və keyfiyyəti aşağı düşərsə, ağız boşluğundakı kariesli dişlərin miqdarı az bir müddətdən sonra artmış olur. Saqqız çeynənməsi ağız şirəsinin artmasına səbəb olur. Məhz buna görə stomatoloqlar gün ərzində yeməkdən sonra 3-4 dəfə olmaqla 5-7 dəqiqə (bundan artıq məsləhət deyil!) ərzində saqqız çeynəməyi məsləhət görürlər.
Karika
Karika (lat. Carica) — bitkilər aləminin kələmçiçəklilər dəstəsinin karikakimilər fəsiləsinə aid bitki cinsi. == Növləri == Carica baccata = Vasconcellea microcarpa subsp. baccata Carica candamarcensis = Vasconcellea cundinamarcensis Carica candicans = Vasconcellea candicans (Mito) Carica caudata = Jarilla heterophylla Carica cauliflora = Vasconcellea cauliflora Carica cestriflora = Vasconcellea cundinamarcensis Carica chilensis = Vasconcellea chilensis Carica crassipetala = Vasconcellea crassipetala Carica cundinamarcensis = Vasconcellea cundinamarcensis Carica dodecaphylla = Jacaratia spinosa Carica glandulosa = Vasconcellea glandulosa Carica goudotiana = Vasconcellea goudotiana Carica heterophylla = Vasconcellea microcarpa subsp.
Karikakimilər
Karikakimilər (lat. Caricaceae) — kəvərçiçəklilər sırasına aid bitki fəsiləsi.
Marko Karilyo
Marko Karilyo (4 iyul 1988) — Perulu atıcı. Marko Karilyo Perunu 2016-cı ildə XXXI Yay Olimpiya Oyunlarında təmsil etdi. == Karyerası == Marko Karilyo birinci dəfə Olimpiya Oyunlarına 2016-cı ildə qatıldı. O, Rio-de-Janeyroda baş tutan XXXI Yay Olimpiya Oyunlarında kişilər 10 m məsafəyə hava tapançası yarışında iştirak etdi. Ümumilikdə 566 xal toplayaraq 43-cü yeri tutdu və finala vəsiqə qazana bilmədi.
Martina Kariddi
Martina Kariddi (isp. Martina Cariddi; 30 may 2001, Madrid) — ispaniyalı aktrisa. == Həyatı == Kariddi 30 may 2001-ci ildə Madrid şəhərində ispan ata və italyan ananın övladı olaraq dünyaya gəlmişdir.