KEÇİ

is. Süd, yun, ət verən buynuzlu ev heyvanı. Keçi əti. Keçi südü. Keçi balası (çəpiş). Anqara keçisi (çox zərif yunlu keçi cinsi). – Keçinin əcəli çatanda çobanın çomağına sürtünər. ( Ata. sözü ).
Necə bulandırıb keçi bu çayı? Keçi aşağıda, qurd yuxarıda! B.Vahabzadə.

// məc. Çox dəcəl, oynaq uşaq haqqında.
□ Keçi kimi – keçinin hərəkətlərinə təşbeh.
[Səkinə Pərşana:] Gəl, gəl, gedək gəlinimizə çığırtmadanzaddan bişirək, görsün ki, ağlamaqdan, keçi kimi o yan-bu yana tullanmaqdan başqa bir şey də əlindən gəlir. M.İbrahimov.
[Tükəzban xala Zeynəbə:] Sənin əlindən çal-çəpər də qalmadı. Keçi kimi, hara gəldi dırmaşırsan.
Ayaq basmadığın yer yoxdur. İ.Şıxlı.

◊ Keçini bostana buraxmaq zar. – bir adamı böyük zərər yetirə biləcəyi yerə buraxmaq.

Etimologiya

  • KEÇİ Mənbələrdə əkçi, ekçi kimi də işlədilib. Güman edirəm ki, kiçi (kiçik sözünün qə­dim törəmə köküdür) kəlməsi ilə bağlıdır
KEÇƏTƏPƏN
KEÇİAYAQ

Digər lüğətlərdə