Gözәl keçiqulağı
Verbascum formosum Fisch. ex Schrank
== Qısa morfoloji xüsusiyyətləri ==
Hündürlüyü 35-80 sm olan, gövdəsi düz,
silindrik, yarpaqla örtülmüş, əvvəlcə boz keçə
tüklü, daha sonar isə çılpaq, tünd-qonur
rəngli, sadə, seyrək budaqlı ikiillik, boz və ya ağımtıl yun kimi keçə tüklü bitkidir.
== Yarpaq ==
Kökətrafı və aşağı yarpaqları
yarpaq ayasından qısa olan saplaq
üzərindədir, yumurtaşəkilli və ya
yumurtaşəkilli-uzunsov, kütdür, qaidə hissədə
azacıq ürəkşəkilli və ya demək olar ki, kütdür,
kənarları iri dairəvi-dişli və ya az lələkvari
bölümlü və ya aşağı yarısında bir neçə
bölümlüdür, yarpaq ayasının qaidə hissəsinin
aşağısı, bəzən yan hissədən 1-2 ədəd kiçik
sərbəst enli dilimlidir; sonrakı yarpaqlar qısa
saplaqlı və ya oturaqdır, yumurtaşəkilliuzunsov,
elliptik və ya yumurtaşəkillidir,
sivritəhər, sivri və ya qəfil sivriləşəndir,
kənarları xırda dişlidir.
== Çiçək ==
Çiçəkləri çiçəkaltlığı yarpaqlarının
qoltuğunda yerləşmiş, təkdir, oturaqdır, sıx,
ağ və ya boz keçə tüklü düz sünbül əmələ
gətirir. Tac sünbülşəkillidir, diametri 30-60
mm-dir, aşağı hissədə parlaq, qarabənövşəyi,
qalanı isə sarı rəngdədir,
çiçəkləmədən sonra uzun müddət qalandır,
xaricdən keçə tüklü, daxildən isə çılpaqdır.
== Meyvə ==
Qutucuq şarşəkillidir, qısa sivri ucludur, uzunluğu 7-8 mm-dir, sıx keçə tüklüdür.
== Çiçəkləməsi ==
May-İyun
== Meyvə verməsi ==
İyun-İyul
== Azərbaycanda yayılması ==
BQ (Quba), Xəzəryanı, (Beşbarmaq), BQ şərq, BQ qərb, Kür düz. Ovalıqdan orta dağ qurşağına qədər, əsasən aşağı dağ qurşağında.
== Yaşayış mühiti ==
Quru daşlı, gilli və qayalı
yamaclarda, töküntü yerlərdə, yovşanlıqda,ardıc seyrək meşəliyində, kolluqlarda, bəzən
əkin sahələrinin kənarlarında, bağ və
üzümlüklərdə rast gəlinir.