KNUCKLES
KORAN
OBASTAN VİKİ
Koala
Koala (lat. Phascolarctos) — heyvanlar aləminin xordalılar tipinin məməlilər sinfinin i̇kikəsicidişlilər dəstəsinin koalalar fəsiləsinə aid heyvan cinsi.
Midori (koala)
Midori (みどり, azərb. "yaşıl"‎) – qeydə alınmış ən yaşlı koala. 2021-ci ildə Ginnesin Rekordlar Kitabına düşmüşdür. Yaponiyanın Hyoqo prefekturasındakı İngiltərə parkında saxlanılır. Midori 1 yanvar 1997-ci ildə Avstraliyada doğulmuşdur. 2003-cü ildə Qərbi Avstraliya hökumətinin hədiyyəsi kimi Yançep Milli Parkından Hyoqo prefekturasına göndərilmişdir. O, həmin il Minamiavaci şəhərindəki İngiltərə parkına gətirilmiş 4 koaladan biri idi. İşçilər Midorinin bu qədər uzun yaşayacağını gözləmirdilər. İngiltərə parkı Yaponiyada Viktoriya koalalarının saxlanıldığı yeganə yerdir. Kaolalar orta hesabla 15-16 il yaşasalar da, parkda yaradılmış şərait və qayğı nəticəsində Midori uzunömürlü olmağa bacarmışdır.
Adi koala
Adi koala (lat. Phascolarctos cinereus) — heyvanlar aləminin xordalılar tipinin məməlilər sinfinin i̇kikəsicidişlilər dəstəsinin koalalar fəsiləsinin koala cinsinə aid heyvan növü. Koalalar əsasən Avstraliyanın Adaliyade meşəliklərindən Keyp Yorka yarımadasının cənub hissəsinə qədər yerləşən ərazidə yaşayırlar. XX əsrdən etibarən Avstraliyada yaşayan koalaların kütləvi ovlanması nəticəsində sayları ciddi şəkildə azalmışdır. == Adlandırılması == Koala sözü dharuk dilindən olan "gula" sözündən törəmişdir. Avstraliyada yaşayan aborigen xalqların dilində bu söz müxtəlif şəkildə ifadə olunmuşdur: Kanberra bölgəsində Ngunnavalda "gula" formasında adlandırılmışdır. Yeni Cənubi Uelsdə "kullavines" formasında adlandırılmışdır. Mürrey bölgəsində yaşayan yerli aborigenlər tərəfindən "karbors" formasında adlandırılmışdır. Koalanın adlandırılmasında istifadə olunan digər adlar: "banqaroos", "koolevongs", "narnagoons" və "kolos". == Xüsusiyyətləri == Koalalar nadir hallarda su içir.
Koalalar
Koalalar (lat. Phascolarctidae) — heyvanlar aləminin xordalılar tipinin məməlilər sinfinin i̇kikəsicidişlilər dəstəsinə aid heyvan fəsiləsi.