KONFÉT

[ ital. əsli lat. ] Adətən kiçik plitə, yastı həb, kiçik şar və s. şəklində şirniyyat məmulatı; şirni. Konfet fabriki. Konfet qutusu.
– İyirmi-otuz adam qız evində yeyibiçib, hərə cib yaylığına yarım girvənkə, yaxud bir girvənkə noğul, şirni, konfet, qənd bağlayıb götürər, gedərlər. R.Əfəndiyev.
Cəlal, ağzında konfet, gəlib durur qapıda, övrətlərə baxır. C.Məmmədquluzadə.
Sonra Həbib qıza iki konfet verdi, qız səmimi halda məsumməsum güldü. Ə.Vəliyev.

KONFESSİONAL
KONFETTİ
OBASTAN VİKİ
Konfet
Konfet (Latın dilində: confectum, «hazırlanma») — müxtəlif növ şəkər və ya şokalad məmulatı. Tarixi XVI əsrə təsadüf edir. Kоnfеt məmulаtı müхtəlif yеyinti хаmmаlı qаtılmаqlа şəkər-pаtkа şərbəti əsаsındа hаzırlаnmış yüksək qidаlı qənnadı məhsuludur. Kоnfеt kütləsini hаzırlаmаq üçün əlаvə оlаrаq yаğ, süd, mеyvə-giləmеyvə pürеsi, yumurtа аğı, qоz, bаdаm, şоkоlаd, qəhvə, vаfli təbəqələri və s. məhsullаrdаn istifаdə еdilir. Kоnfеt məmulаtı şirələnmiş və şirələnməmiş, şоkоlаdlı içlikli və şəkər kirşаnındа növlərinə аyrılır. Kоnfеtlər bükülmüş, qismən bükülmüş və bükülməmiş оlur. Kоnfеtlərin üzəri şоkоlаdlı şirə və yаğlı şirə ilə şirələnir. Fоrmаlаnmаsınа görə kоnfеt kütləsinin fоrmаlаrа çökdürülməsi, yахıb dоğrаmа və fоrmаlаrа tökmə, ştаmplаnmа, prеslənmə üsullаrı fərqlənir. Əsаs gövdəsindən аsılı оlаrаq kоnfеtlər аşаğıdаkı qruplаrа bölünür.
Gəz (konfet)
Gəz — İsfahan bölgəsində şəkər ya bal, yumurtanın ağı, Badam və püstə içi, hil və gülab ilə hazırlanan nuqanın ənənəvi adı. Orijinal növündə şəkər və bal əvəzinə zaqros dağlarında becərən yulğun ağacından ələ gələn çıxarışdan (əngəbin) istifadə olunur.
Konfet ağacı
Şirin hoveniya (lat. Hovenia dulcis) — bitkilər aləminin gülçiçəklilər dəstəsinin murdarçakimilər fəsiləsinin hoveniya cinsinə aid bitki növü. == Təbii yayılması == Vətəni Yaponiya, Şərqi Çin, Koreya, Himalaydır. == Botaniki təsviri == Hündürlüyü 10-20 m-dək olan ağacdır. Hoveniyanın yarpaqları növbəli, yumurtavari və ürəkvari-yumurtavaridir. Ağ çiçəkləri çətirvari formada olub, yarpaq qoltuğunda və ya zoğun ucunda yerləşir. Şaxələnmiş çətiri, böyük, parlaq, tünd yaşıl yarpaqları, xırda, açıq sarı çiçək salxımları bitkiyə çox dekorativ görünüş verir. İyulda çiçəkləyir. Quru, çəyirdəkli meyvələri ətli meyvə saplaqlarının ucundan çıxır. Hoveniya toxum və qələmlərlə çoxalır.
Sərt konfet (film)
Sərt konfet (ing. Hard Candy) — 2005-ci il ABŞ istehsalı psixoloji triller filmi. Devid Sleydin rejissorluğu ilə çəkilib. Filmin ssenari müəllifi Brayan Nelsondur. Baş rollarda Elliot Peyc və Patrik Vilson yer alıb. Film internetdə tanış olduğu pedofili cəzalandıran 14 yaşlı qız haqqındadır. Hard Candy — Internet Movie Database saytında.

Digər lüğətlərdə