KƏRTƏNKƏLƏ

1. Sürünən heyvan. 

2. Məcazi mənada: aciz adam.

3. Məcazi mənada: hiyləbaz. (“Koroğlu” dastanının lüğəti)

Paşa, Koroğluya kələ-kələlər nə eliyə bilib ki, sənin kimi kərtənkələlər nə eləsin? (“Məhbub xanımın Çənlibelə gəlməyi”)

KƏRKİ
KƏRVƏ
OBASTAN VİKİ
Adi kərtənkələ
Adi kərtənkələ (lat. Lacerta agilis) — heyvanlar aləminin xordalılar tipinin sürünənlər sinfinin pulcuqlular dəstəsinin əsl kərtənkələlər fəsiləsinin yaşıl kərtənkələ cinsinə aid heyvan növü. == Areal == Demək olar ki, bütün Avropa ərazisində, Rusiyanın avropa hissəsindən Monqolustanın şimal-qərb hissəsinə qədər yayılıb. Avropanın Pireney yarımadası, Türkiyənin avropa hissəsi, Böyük Britaniya ərazisi isə istisna olaraq yayılmamışdır. Onun şərq yayılmasının şərq sərhəddi Baykal önü, və Mərkəzi Asiyaya qədər gedib çıxır. Şimalda isə 60° yuxarıda demək olar ki, yayılmamışdır. == Xüsusiyyətləri == Çütləşmə zamanı adi kərtənkələlər yaşıl rəngdə olur. Onların uzunluğu 25 sm, bəzi hallarda isə 35 sm uzunluğa malik olanlarınada rast gəlinir. Çütləşmə ərəfəsində erkəklər uca səsli fit verirlər. Təklükə zamanı quyruğunu atırlar.
Ayaqsız kərtənkələ
Ayaqsız kərtənkələ (lat. Anniella) — heyvanlar aləminin xordalılar tipinin sürünənlər sinfinin pulcuqlular dəstəsinin ayaqsız kərtənkələlər fəsiləsinə aid heyvan cinsi.
Ağqarın kərtənkələ
Ağqarın kərtənkələ (lat. Darevskia unisexualis) — heyvanlar aləminin xordalılar tipinin sürünənlər sinfinin pulcuqlular dəstəsinin əsl kərtənkələlər fəsiləsinin qayalıq kərtənkələsi cinsinə aid heyvan növü. == Təsviri == Müqayisədə uzundur. Uzunluğu 70 mm təşkil edir. Quyruğu iki dəfə uzundur. Başı sıxılmış formaya malikdir. Boğazının orta hissəsində 24-31 pulcuq vardır. Belinin yuxarı hissəsi zeytunu-qəhvəyi, qəhvəyinin müxtəlif calarlarında olur. Qarın nahiyəsi ağ olur. == Yayılması == Onların arealı Ermənistanın orta və yüksək dağlıq ərazilərində, Türkiyənin şərq sərhədlərində və Gürcüstanın cənub hissəsində yayılmışlar.
Kərtənkələ
Kərtənkələ (teleserial, 2014)
Kərtənkələ (bürc)
Kərtənkələ (lat, Lacerta) — Göyün şimal yarımkürəsində bürc. Parlaq ulduzu yoxdur.
Kərtənkələ (komiks)
Kərtənkələ (ing. Lizard) və ya əsl adı ilə Kurt Konnors (ing. Curt Connors) – Marvel Comics tərəfindən yaradılmış personaj. Sten Li və Stiv Ditko tərəfindən yaradılmış, ilk dəfə "Amazing Spider-Man" komiksinin 6-cı sayında (noyabr 1963) görünmüşdür. Hörümçək-adamın düşmənlərindən biridir. Kərtənkələ çox vaxt Konnorsun bədxah alternativ şəxsiyyəti kimi təsvir edilir: Konnors hər dəfə ona çevriləndə onun zehnini ələ keçirir. Buna baxmayaraq, Kərtənkələ antiqəhrəman və Hörümçək-adamın müttəfiqi kimi də təsvir olunmuşdur. Marta Konnorsun əri və Billi Konnorsun atasıdır. Komikslərdə Kurt Konnors sürünənlərin regenerasiya qabiliyyətini araşdırıb insanların itirdikləri üzvlərini qaytarmağa çalışan genetikaçıdır. Araşdırmaları zamanı kərtənkələ DNT-si əsasında vaksin hazırlamışdır.
Qırmızıqarın kərtənkələ
Qırmızıqarın kərtənkələ (lat. Darevskia parvula) — heyvanlar aləminin xordalılar tipinin sürünənlər sinfinin pulcuqlular dəstəsinin əsl kərtənkələlər fəsiləsinin qayalıq kərtənkələsi cinsinə aid heyvan növü. == Ümumi == Kiçik heyvan olub, uzunluğu 60 mm təşkil edir.[mənbə göstərin] Quyruğu isə iki dəfə uzundur. Boğaz nahiyəsində 22-35 pulcuq vardır. Bədəninin mərkəzi hissəsində 50-69 pulcuq olur. Rəngi müxtəlif olur. Bədəninin orta hissəsi işıqlı-yaşıl, zeytuni-yaşıl və ya çirkin-yaşıl olur. Dişilər işiqlı-qəhvəyi, qəhvəyi-boz və ya zeytuni-boz rəngdə olurlar. Qarın nahiyəsi qəhvəyi-qırmızı rəngdə olur.[mənbə göstərin]Növ Acarıstan, Gürcüstanın qərbi, Qara dəniz sahillərindən Borjomi dərəsinə qədər olan ərazilərə qədər yayılmışdır. Türkiyənin şimal-şərq sərhədləri boyunca rast gəlinir.
Yaşıl kərtənkələ
Yaşıl kərtənkələ (lat. Lacerta) — heyvanlar aləminin xordalılar tipinin sürünənlər sinfinin pulcuqlular dəstəsinin əsl kərtənkələlər fəsiləsinə aid heyvan cinsi. İri kərtənkələlər olararaq 70–160 mm uzunluğa malik olurlar. Yetkin fərdlərin bel nahiyyəsində parlaq yaşıl fon olur. Qarın nahiyyəsi sarı, cavan kərtənkələlərdə isə ağ olur. == Təsnifat == Hal-hazırda bu cinsə 9 növ daxildir: Lacerta agilis — Adi kərtənkələ Lacerta bilineata — Qərbi yaşıl kərtənkələ Lacerta media — Aralıq kərtənkələsi Lacerta mostoufii Lacerta pamphylica Lacerta schreiberi — İberiya kərtənkələsi Lacerta strigata — Zolaqlı kərtənkələ Lacerta trilineata — Üçzolaqlı kərtənkələ Lacerta viridis — Yaşıl kərtənkələ (növ)Lacerta cinsi "tarixi" terin olaraq, müxtəlif vaxtlarda bura 200 müasir növ kərtənkələ daxil edilirdi. XX əsrdə bu cinsdən üç yeni cins təşkil edilmişdir: Qayalıq kərtənkələləri Darevskia, Iberolacerta, Timon və b.
Yaşılqarın kərtənkələ
Yaşılqarın kərtənkələ (lat. Darevskia chlorogaster) — heyvanlar aləminin xordalılar tipinin sürünənlər sinfinin pulcuqlular dəstəsinin əsl kərtənkələlər fəsiləsinin qayalıq kərtənkələsi cinsinə aid heyvan növü. Elə də böyük olmayan kərtənkələ növü. Onun bədəninin uzunluğu 67 mm-dir. Quyruqları isə iki dəfə böyükdür. Bogğazında 18-27 pulcuq vardır. Bədənini ümumilikdə 42-53 pulcuqla örtülü olur. Bədəninin yuxarı açıq-coşqun, parlaq-yaşıl olsada bütün bədən boyunca xırda tünd qəhvəyinöqtələrlə örtülü olur. == Yayılma əraziləri == Bu növə əsasən Azərbaycanın cənub-şərqində Talış dağlarının meşəlik ərazilərində və Lənkəran ovalığı boyunca yayılıb. Üstəlik İranın şimal-qərb ərazilərində yayılmışdır.
Zolaqlı kərtənkələ
Zolaqlı kərtənkələ (lat. Lacerta strigata) — heyvanlar aləminin xordalılar tipinin sürünənlər sinfinin pulcuqlular dəstəsinin əsl kərtənkələlər fəsiləsinin yaşıl kərtənkələ cinsinə aid heyvan növü. Uzunluğu 25 sm çatır. Cavan kərtənkələlərdə adətən rəng qəhvəyi-zeytunu olur. 5 xətdən ibarət zolaq keçir. Böyüklərdə isə parlaq-yaşıl olur və üstəlik qara nöqtələr müşahidə edilir. Çütləşmə zamanı baş, boğaz mavi rəng alır. Otlaqlar, çöllüklər və su tutarlarının kənarlarını daha çox sevirlər. Əsasən Cücülər və Onurğasızlarla qidalanırlar. Sürətli canlıdır.
Üçzolaqlı kərtənkələ
Üçzolaqlı kərtənkələ (lat. Lacerta trilineata) — heyvanlar aləminin xordalılar tipinin sürünənlər sinfinin pulcuqlular dəstəsinin əsl kərtənkələlər fəsiləsinin yaşıl kərtənkələ cinsinə aid heyvan növü. Ümumi uzunluğu 40—50 sm, bədəni 16 sm təşkil edir. Balalar qəhvəyi rəngə malik olur və bel nahiyyəsindən ağ-sayı xətlər keçir. Yaşıl hissədə qara nöqtələr vardır. Çütləşmə zamanı erkəklərdə boyun nahiyəsi tünd göy və ya mavi rəng alır. Onlar əsasən quyu yerlərdə, Fıstıq və Palıd meşələrini, qayalıqları və dağ çöllərini xoşlayır. Ağaclara rahat çıxa bilir. 2-3 metr tullana bilir. Əsasən Cücülər, kiçik onurğasızlar və kiçik kərtənkələlərlə qidalanır.
Qərbi yaşıl kərtənkələ
Qərbi yaşıl kərtənkələ (lat. Lacerta bilineata) — heyvanlar aləminin xordalılar tipinin sürünənlər sinfinin pulcuqlular dəstəsinin əsl kərtənkələlər fəsiləsinin yaşıl kərtənkələ cinsinə aid heyvan növü. Bədənin uzunluğu 13 sm, ümumi uzunluğu isə 40 sm təşkil edir. Ümumi çəkisi 35 qramdır. Rəngi yaşıl və ya qəhvəyi ola bilər. Erkələrdə boğaz nahiyəsi göy rəngdə olur. Qidasının əsasını onurğasızlar təşkil edir. Bunula belə meyvələr və çöl quşlarının yumurtaları ilə qidalanırlar. Yumurta qoymaqla çoxalır. Çütləşmə dövrü mayın sonuna təsadüf edilir.
Yaşıl kərtənkələ (növ)
Yaşıl kərtənkələ (lat. Lacerta viridis) — heyvanlar aləminin xordalılar tipinin sürünənlər sinfinin pulcuqlular dəstəsinin əsl kərtənkələlər fəsiləsinin yaşıl kərtənkələ cinsinə aid heyvan növü. == Xariçi görünüş == 15,5 sm uzunluğa malikdir. Bədəni boyunca 40–58 pulcuq yardır. Yetkin fərdlərdə yuxarı hissəsi yaşıl olur. Bu nahiyyəlırdə qara və ya sarı nöqtələr vardır. Erkəklərin boğaz nahiyyəsində parlaq-mavi, yay və payız aylarında tünd göy rəngdə olur. Dişilərdə isə ağ və ya göyə çalır. Qarın nahiyyəsi erkəklərdə parlaq-sarı, dişilərdə isə ağımtıl və ya göyümtül olur. == Həyat tərzi == Ən çox otluqlarda, qayalıqlı dərələrdə rast gəlinir.
Kərtənkələ (teleserial, 2014)
Kərtənkələ serialı 25 oktyabr 2014-cü il atv kanalında yayımlanmağa başlanıb == Haqqında == Kərtənkəle serialı son sezonu ilə 25 oktyabr 2014-cü il tarixində atv kanalında yayımlanmağa başlanmış, Yalçın Şen, ssenariləri Hakan Kandal və Kemal Çelik aksiya filmi, komediya, detektiv triller sevgi və dram istehsalı Türklər Serialdı . Timur Acar və Sera Tokdemir serialın ilk iki mövsümündə baş rolları canlandırdılar.3-cü sezonda ssenariyə görə baş rollar Timur Acar və Sera Tokdemir ayrıldıqdan sonra serialın mövzusu və hekayəsi dəyişdirilmiş və Kərtənkələ: Yenidən Doğuş adlandırılmışdır.3-cü mövsümdə baş rolları Ahmet Kayakesen, Asena Tuğal və Fatih Doğan oynayıb. Sonuncu dəfə Gülbin Aydın və Canan Çelik direktor kürsüsündə oturdular. 3 sezondan ibarət olan serial 24 dekabr 2016-cı ildə yayımlanan 85-ci bölümü ilə ekranlarla vidalaşıb. == Uyğunlaşma == Serial İrandan Kemal Təbrizi tərəfindən çəkilmiş 2004-cü ildə çəkilmiş filmdir,Kərtənkələ (film) Marmoulak Kərtənkələ sinema adlı filmin Türkiyə uyğunlaşdırılmasıdır. Filmdə olduğu kimi, filmin də əsas mövzusu filmin əsas mövzusuna sadiq qalmış və lazım gəldikdə ruhanilər, din, cəmiyyətin vəziyyəti və ümumi həyat satiraya sadiq qalmışdır. == Adı"Kərtənkələ" == Serialda Timur Acarın canlandırdığı nazçı, cinayətkar və oğru obrazına "Kərtənkələ" ləqəbinin verilməsinin səbəbi personajın hətta düz divara belə dırmaşmaq üçün inanılmaz qabiliyyətinə malik olmasından irəli gəlir. Həmçinin personajın brazu hissəsində kərtənkələ döyməsi var. == Süjet və xülasə == === Mövsüm 1 (2014-2015) === Bir tərəfdən Kərtənkələ tanınmış yaramaz, digər tərəfdən isə komissar Ünsal və digər polislərin ələ keçirə bilmədiyi peşəkar cinayətkar və oğrudur. Peşəkar həyatını vəsvəsəylə Kərtənkələ tutmağa həsr edən Ünsal Komissarın bütün səylərinə baxmayaraq, Kərtənkələ həmişə onun izini itirməyin yolunu tapıb.
Acar kərtənkələsi
Acar kərtənkələsi (lat. Darevskia mixta) — heyvanlar aləminin xordalılar tipinin sürünənlər sinfinin pulcuqlular dəstəsinin əsl kərtənkələlər fəsiləsinin qayalıq kərtənkələsi cinsinə aid heyvan növü. == Təsviri == Orta ölçülü, uzunluğu 63 mm olan kərtənkələdir. Başı sıxılmış formaya malik olur. Boğaz nahiyəsində 20-28 pulcuq vardır. Bədəninin orta hissələrində 40-55 pulcuq olur. Mirvari-yaşıl və yaşılın müxtəlif çalarlarında olurlar. Bədəninin aşağı nahiyəsi boğazın aşağı hissəsinə qədər yaşıl-sarı olur. Başında xırda tünd nöqtələr vardır. == Yayılması == Mesxeti silsiləsi, Acarıstan, Gürcüstanın cənub hissəsi Borjomi dərəsi, Kürün yatağı kənarları boyunca, Meqreli öndağlığı boyunca yayılmışdır.
Adi çöl kərtənkələsi
Adi çöl kərtənkələsi (lat. Podarcis muralis) — heyvanlar aləminin xordalılar tipinin sürünənlər sinfinin pulcuqlular dəstəsinin əsl kərtənkələlər fəsiləsinin divar kərtənkələsi cinsinə aid heyvan növü. == Xariçi görünüş == Uzunluğu 18 sm olur. Quyruqları bədənindən iki dəfə böyük olur. Bel nahiyəsi yaşımtıl olur. Tünd zolaqlara və ləkələrə malik olurlar. == Yayılması == Bu növ kərtənkələlər əsasən Mərkəzi-Cənubi Avropa, Türkiyə və Almaniyanın Reyn vilayəti ərazilərində yayılmışlar. Onlar Kanadadaya da gətirilmişdir. Cəld olmaları ilə seçilirlər. Divara asanlıqla dırmaşırlar.
Alp kərtənkələsi
Alp kərtənkələsi (lat. Darevskia alpina) — heyvanlar aləminin xordalılar tipinin sürünənlər sinfinin pulcuqlular dəstəsinin əsl kərtənkələlər fəsiləsinin qayalıq kərtənkələsi cinsinə aid heyvan növü. == Təsviri == Orta ölçüyə malik olan kərtənkələ 65 mm uzunluğa malik olur. Quyruq isə iki dəfə uzundur. Başı nisbətən sıxılmış formaya malik olur. Boğazın orta nahiyəsində 18-27 pulcuq olur. Bədəninin orta hissəsində isə 40-45 pulcuq vardır. Bədəninin yuxarı hissəsi ot-yaşılı, sarı-yaşılı, qəhvəyi-boz rənglərdə olur. Bu hissədə tünd nöqtələr vardır. Qarın nahiyəsi sarı və ya yaşılı-sarı rəngdə olur.
Aralıq kərtənkələsi
Aralıq kərtənkələsi (lat. Lacerta media) — heyvanlar aləminin xordalılar tipinin sürünənlər sinfinin pulcuqlular dəstəsinin əsl kərtənkələlər fəsiləsinin yaşıl kərtənkələ cinsinə aid heyvan növü. Onların uzunluğu 170 mm, quyruğu isə 250 mm çox olur. Çəkisi 70 q təşkil edir. Bədəni boyunca 42-56 pulcuq vardır. Bədəni boyunca mavi nöqtələr vardır. Quyruğu və arxa hissəsi həmişə yaşıl olur. == Areal == Bu növə Türkiyənin şərqində, şimal-qərbi İran, Qafqazın Qara dəniz sahillərində yayılmışdır. Üstəlik onlara Azərbaycanın dağlıq rayonlarında da rast gəlinir. Rusiyada isə iki bir-birindən aralıda yerləşən arealı vardır.
Artvin kərtənkələsi
Artvin kərtənkələsi (lat. Darevskia derjugini) — heyvanlar aləminin xordalılar tipinin sürünənlər sinfinin pulcuqlular dəstəsinin əsl kərtənkələlər fəsiləsinin qayalıq kərtənkələsi cinsinə aid heyvan növü. Onların uzunluğu 64 mm uzunluğa malik olsada quyruğu isə dəfə böyükdür. Boğazın mərkəzində 14-23 pulcuq vardır. Bədənin mərkəzi ilə isə 35-48 pulcuq vardır. Yuxarı hissəsi qəhvəyi, zeytuni-boz rəngdə olur. Kiçik tünd-qəhvəyi nöqtələr üzərini örtür. == Növün sostematikası == Altı mövcud yarımnövdən 5 Qafqaz ərazisində yayılmışdır: 1. Lacerta derjugini silvatica Bartenjev et Reznikova, 1931 — Krasnodar vilayəti ərazisində yayılmışdır. 2.
Ayaqsız kərtənkələlər
Ayaqsız kərtənkələlər (lat. Anniellidae) — heyvanlar aləminin xordalılar tipinin sürünənlər sinfinin pulcuqlular dəstəsinə aid heyvan fəsiləsi.
Azərbaycan kərtənkələsi
Azərbaycan kərtənkələsi (lat. Darevskia raddei) — heyvanlar aləminin xordalılar tipinin sürünənlər sinfinin pulcuqlular dəstəsinin əsl kərtənkələlər fəsiləsinin qayalıq kərtənkələsi cinsinə aid heyvan növü. == Xariçi görünüş == === Xüsusiyyətləri === Kələzin uzunluğu 76 mm, quyruğu bədənindən iki dəfə uzundur. Onun başı aşkarcasına batıq formadadır. Yaxalığı isə dişvari formada qabarıqdır. Bədənində yerləşən pulçuqları hamar və qabarıqdır. Boğaz nahiyəsi boyunca 20-29 pulсuğa malik olur. Kələzin bədəni boyunca isə ortalama 48-62 pulcuğa sahib olur. Ön ərtaflarda olan pulcuqlar bel nahiyyəsindən kiçik olur. === Rəngi === Kələzin bədəninin yuxarı hissəsi açıq-qəhvəyi, qum rəngi və ya tünd-qonur bəzən isə demək olarki qara olur.
Brauner kərtənkələsi
Brauner kərtənkələsi (lat. Darevskia brauneri) — heyvanlar aləminin xordalılar tipinin sürünənlər sinfinin pulcuqlular dəstəsinin əsl kərtənkələlər fəsiləsinin qayalıq kərtənkələsi cinsinə aid heyvan növü. == Çoxalması == Yumurta qoymaqla çoxalır. 2–6 olmaqla yumurta qoyur. İnkubasiya dövrü 55–60 gün davam edir. == Yayılması == Onlar əsasən Gürcüstanın Qara dəniz sahillərinə yaxın ərazilərdən Rusiyada Kuban çayının sahillərinə qədər olan ərazilərdə yayılmışdır. Gürgüstanın Abxaziya ərazisində, Rusiyada isə Qaraçay-Çərkəz ərazilərində dağlıq ərazilərdə rast gəlinir. 1800 m yüksəkliklərə qədər yayıla bilir.
Ceronim ayaqsız kərtənkələsi
Anniella geronimensis (lat. Anniella geronimensis) — ayaqsız kərtənkələlər fəsiləsinin ayaqsız kərtənkələ cinsinə aid heyvan növü.
Cəld kərtənkələcik
Cəld kərtənkələcik (lat. Eremias velox) — Kərtənkələcik fəsiləsinə aid kərtənkələ növü. == Xariçi görünüşü == Kiçik ölçülü olub 10,5 sm uzunluğa malik olurlar. Quyruqları 1,5–2 dəfə uzun olur. Rəngi və üzərindəki ləklər fərqli olur. Yuxarı hissəsi boz və qum rəngində olur. Üzərində isə qara və parlaq ləkələrlə örtülü olur. Qarın nahiyəsi ağ rəngdə olur. == Həyat tərzi == Əsasən səhra, yarımsəhra və dağlarda yayılırlar. Onlara 1700 m yüksəkliklərdə belə yayıla bilir.
Cənubi Qafqaz kərtənkələciyi
Cənubi Qafqaz kərtənkələciyi (lat. Eremias pleskei) — Kərtənkələcik fəsiləsinə aid kərtənkələ növü. == Xariçi görünüş == Kiçik ölçülü kərtənkələdir. Bədəninin uzunluğu 6 sm təşkil edir. Quyrunun yuxarı nahiyəsinin pulcuqları hamardır. Yuxarı hissəsində parlaq-sarı və ya parlaq-qəhvəyi 7 zolaq vardır. Arxa ayaqlarında ağ və sarı airəvi gözçüklər vardır. == Həyat tərzi == Onlar əsasən gilli və daşlı yarımsəhralarda kolluqların arasında yaşayırlar. Onlara hətta 1800 metr yüksəkliklərdə belə rast gəlinir. Qışlamadan mart-aprel aylarında qayıdırlar.
Dalya kərtənkələsi
Dalya kərtənkələsi (lat. Darevskia dahli) — heyvanlar aləminin xordalılar tipinin sürünənlər sinfinin pulcuqlular dəstəsinin əsl kərtənkələlər fəsiləsinin qayalıq kərtənkələsi cinsinə aid heyvan növü. == Xariçi görünüşü == Partenoqen olan və uzunluğu 64 mm olan, quyruğu isə iki dəfə uzun olan kərtənkələdir. Boğaz naahiyyəsində 23–30 pulcuq olur. Pulcuqları hamardır. Bədəninin mərkəz hissəsində isə 47–54 pulcuq olur. Yuxarı nahiyəsi qəhvəyinin müxtəlif çalarlarında olur. Boğazın aşağı hissəsi ağımtıl olur. == Yayılması == Onlar geniş arealda daha çox Gürcüstan və Ermənistan ərazilərində yayılmışlar. Gürcüstanın cənubunda Kür çayı hövzəsində, Ermənistanda isə ölkənin şimalında yayılıb.
Dağıstan kərtənkələsi
Dağıstan kərtənkələsi (lat. Darevskia daghestanica) — heyvanlar aləminin xordalılar tipinin sürünənlər sinfinin pulcuqlular dəstəsinin əsl kərtənkələlər fəsiləsinin qayalıq kərtənkələsi cinsinə aid heyvan növü. == Xüsusiyyətləri == Uzunluğu 65-70 mm, quyruğu isə iki uzundur. Yuxarı hissəsinin rəngi yaşıl, qəhvəyi və ya boz-küll olur. Əsasən Dağıstanın alp qurşağında, qayalıqlar üzərində, nəm daxili dağlıq və Yüksək dağlıq ərazilərində rast gəlinir. Günlük fəal həyat sürürlər. Sentyabr-oktyabr aylarından başlanan qişlama dövrü aprel ayına qədər çəkir. Əsasən bunlarla qidalanırlar: İkiqanadlılar, Kəpənəklər, Zərqanadlılar, Sərtqanadlılar, Düzqanadlılar və Hörümçəklər. == Klassifikasiya == Əvvəllər bu növ Qafqaz kərtənkələsinin bir yarımnövu(Darevskia caucasica) kimi qəbul edilirdi. Sonradan növ olması təstiqlənmiş və Darevskia caucasica daghestanica adı verilmişdir.
Daş kərtənkələləri
Qayalıq kərtənkələsi (lat. Darevskia) — heyvanlar aləminin xordalılar tipinin sürünənlər sinfinin pulcuqlular dəstəsinin əsl kərtənkələlər fəsiləsinə aid heyvan cinsi. Üstəlik dişisiz çoxalan növləri vardır. Bu cinsin Latın dilində adı rus herpetoloqu İlya Sergeyeviç Darevsinin (1924-2009) şərəfinə adlandırılıb. Kiçik və orta ölçülü kərtənkələlərə daxildir və bədəninin uzunluğu 55–80 mm-dir. Başı aşkarcasına dirdədir. == Təsnifatı == Bu cinsə 20 Biseksual və 7 Partenoqenez növ daxildir. Beş növ əvvələr mübahisəli növ olan Lacerta saxicola daxil edilirdi. 1999-cı ildə bu növlər Yaşıl kərtənkələlər (Lacerta) cinsində ayrılmış və müstəqil cinsə daxil edilmişdir. Azərbaycan kərtənkələsi (Darevskia raddei Uzzell et Darevsky, 1973) Alp kərtənkələsi (Darevskia alpina Darevsky, 1967) Ermənistan kərtənkələsi (Darevskia armeniaca Méhely, 1909) Darevskia bendimahiensis (Eiselt et Schmidtler, 1994) Brauner kərtənkələsi (Darevskia brauneri Méhely, 1909) Qafqaz kərtənkələsi (Darevskia caucasica Méhely, 1909) Yaşılqarın kərtənkələ (Darevskia chlorogaster Boulenger, 1908) Türkiyə kərtənkələsi (Darevskia clarkorum Darevsky et Vedmederja, 1977) Dağıstan kərtənkələsi (Darevskia daghestanica Darevsky, 1967) Dalya kərtənkələsi (Darevskia dahli Darevsky, 1957) Elbrus kərtənkələsi (Darevskia defilippii Camerano, 1877) Artvin kərtənkələsi (Darevskia derjugini Nikolsky, 1898) Çarnal kərtənkələsi (Darevskia dryada Darevsky et Tuniyev, 1997) Lindholm kərtənkələsi (Darevskia lindholmi Lantz et Cyrén, 1936) Acar kərtənkələsi (Darevskia mixta Méhely, 1909) Qırmızıqarın kərtənkələ (Darevskia parvula Lantz et Cyrén, 1913) Kür kərtənkələsi (Darevskia portschinskii Kessler, 1878) Luqov kərtənkələsi (Darevskia praticola Eversmann, 1834) Rüstəmbəy kərtənkələsi (Darevskia rostombekowi Darevsky, 1957) Gürcüstan kərtənkələsi (Darevskia rudis Bedriaga, 1886) Darevskia sapphirina (Schmidtler 1994) Qayalıq kərtənkələsi (növ) (Darevskia saxicola Eversmann, 1834) Ağqarın kərtənkələ (Darevskia unisexualis Darevsky, 1966) Darevskia uzzelli (Darevsky et Danielyan 1977) Valentin kərtənkələsi (Darevskia valentini, Boettger 1892) Lepidodactylus lugubris (FITZINGER 1843) == Yayılma əraziləri == Qayalıq kərtənkələrəri əsasən Qafqazın bütün bölgələrində, Azərbaycan, Gürcüstan, Ermənistan, Rusiya və bundan başqa Bolqarıstan, İran, Rumıniya, Türkiyə ərazilərində rast gəlinir.
Diridoğan kərtənkələlər
Diridoğan kərtənkələlər (lat. Zootoca vivipara) — Əsl kərtənkələlər fəsiləsinə və eyni adlı cinsə aid növ. Bəzən bu növün daxil olduğu cinsi Meşə kərtənkələləri (Zootoca) adlandırılır. Əvvəllər isə bu növ Yaşıl kərtənkələlər cinsinə daxil edilirdi. == Yayılması == Demək olar ki, bütün Şimali Avropa boyunca, Mərkəzi və Şərqi Avropada və Şimali Asiya ərazilərində yayılmışlar. Onlar soyuq temperatura davamlığı ilı seçilirlər. Bu səbəbdən arealları Şimal Buzlu okean sahillərinə qədər uzanır. == Görünüşü == Diridoğan kərtənkələlər 15–18 sm uzunluğa malik olsalarda onun 10–11 sm quyruğu təşkil edir. Belinin ortası qəhvəyi olur və tünd xətlərə malik olurlar. Aşağı nahiyəsi açıq rənglərdə olur.
Divar kərtənkələsi
Divar kərtənkələsi (lat. Podarcis) — heyvanlar aləminin xordalılar tipinin sürünənlər sinfinin pulcuqlular dəstəsinin əsl kərtənkələlər fəsiləsinə aid heyvan cinsi. Divar kərtənkələləri bir növ Lacerta bənzəyirlər. Hətta sklet quruluşu və pulcuqların düzülüşü eynidir. == Yayılması == Divar kərtənkələləri əsasən Aralıq dənizi hövzəsi ərazilərində:Cənubi Avropa, Şimali Afrika və Kiçik Asiya ərazilərində rast gəlinir.
Dəbilqəli kərtənkələlər
Dəbilqəli kərtənkələlər (lat. Corytophanidae) — heyvanlar aləminin xordalılar tipinin sürünənlər sinfinin pulcuqlular dəstəsinə aid heyvan fəsiləsi.
Elbrus kərtənkələsi
Elbrus kərtənkələsi (lat. Darevskia defilippii) — heyvanlar aləminin xordalılar tipinin sürünənlər sinfinin pulcuqlular dəstəsinin əsl kərtənkələlər fəsiləsinin qayalıq kərtənkələsi cinsinə aid heyvan növü. == Görünüşü == Orta ölçülü kərtənkəlıdir. Uzunluğu 59 mm təşkil edir. Quyruğu iki dəfə uzundur. Başı sıxılmış formaya malikdir. Biğaz nahiyəsində 22-31 arası pulcuq olur. Bədəninin mərkəz hissəsində isə 43-60 pulcuğa rast gəlinir. Bədəninin yuxarı hissəsi qəhvəyi rəngə çalır. Bel nahiyəsində tund nöqtələr vardır.
Ermənistan kərtənkələsi
Ermənistan kərtənkələsi (lat. Darevskia armeniaca) — heyvanlar aləminin xordalılar tipinin sürünənlər sinfinin pulcuqlular dəstəsinin əsl kərtənkələlər fəsiləsinin qayalıq kərtənkələsi cinsinə aid heyvan növü. Sinonimi Lacerta armeniaca (Méhely, 1909), əvvələr bu növ Yaşıl kərtənkələlər cinsinə daxil edilmişdi. Növ Partenogenez xüsusiyyətinə malikdirlər. Onlar Triploid xromosoma malikdirlər. Növ Lacerta valentini və L. mixta növlərinin ibritləşməsindən törəmişdir. Ermənistan kərtənkələsi Ermənistanın şimal və şimal-qərb ərazilərində, Gürcüstanın cənub, Azərbaycanın isə qərb ərazilərində rast gəlinir. 1967-ci ildə elmi məqsədlər üçün Ukrayna aparılmış və hazırda Teterev çayı boyunca sərbəst yayıla bilmişdir. Sayları yüksək və dəyişməzdir. == İstinadlar == == Ədəbiyyat == Darevsky, I. S. and Danielyan, F. D. Diploid and triploid progeny arising from natural mating of parthenogenetic Lacerta armeniaca and L. unisexualis with bisexual L. saxicola valentini.
Gecə kərtənkələləri
Gecə kərtənkələləri (lat. Xantusiidae) — heyvanlar aləminin xordalılar tipinin sürünənlər sinfinin pulcuqlular dəstəsinə aid heyvan fəsiləsi.
Gecə kərtənkələsi
Gecə kərtənkələsi (lat. Xantusia) — heyvanlar aləminin xordalılar tipinin sürünənlər sinfinin pulcuqlular dəstəsinin gecə kərtənkələləri fəsiləsinə aid heyvan cinsi.
Gürcüstan kərtənkələsi
Gürcüstan kərtənkələsi (lat. Darevskia rudis) — heyvanlar aləminin xordalılar tipinin sürünənlər sinfinin pulcuqlular dəstəsinin əsl kərtənkələlər fəsiləsinin qayalıq kərtənkələsi cinsinə aid heyvan növü. == Xariçi görünüş == Daş kərtənkələlərinə daxil nisbətən iri növ sayılır. Uzunluğu 84 mm təşkil etdiyi halda quyruğu iki dəfə böyükdür. Başı aşkarca sıxılmış formaya malikdir. Orta hesabla boğaz nahiyəsində 20-34 pulcuq vardır. Bədəni boyunca isə 38-58 pulcuqla örtülü olur. Bədənin yuxarı hissəsi erkəklərdə parlaq-yaşıl, zeytunu-yaşıl və ya çoşqun, dişilərdə isə boz rəngdə olur. Bədən boyunca qara rəngli noqtələr vardır. Erkəklərin qarın nahiyəsi yaşıl-sarı, mavi və ya maviyə çalar rəngdə olur.

Digər lüğətlərdə

нахму́ривание несравни́мый ни к чему́ подавля́ть разбороно́вываться солда́ткин тра́титься хотя́ бы да́же ба́тник внима́тельность искривля́ться кра́сно-кори́чневые оби́да adjudgment anoestrus bit rate cyborg genocide storiologist supersedure unideal woodnote двустворчатый измученный портфель