Kərəmli (Kəlbəcər)
Kərəmli — Azərbaycan Respublikasının Kəlbəcər rayonunun Kərəmli kənd inzibati ərazi dairəsində kənd.23 sentyabr 1991-ci ildə Ermənistan Respublikası Silahlı Qüvvələri tərəfindən işğal edilib. 1992-ci ildə Ağdərə rayonunun Kərəmli kəndi Kəlbəcər rayonunun inzibati tərkibinə verilmişdir. Kənd 25.11.2020-ci ildə Azərbaycana qaytarılıb.
== Yaylaqlar ==
Yelliyal yurdu, Zərnişan bulağı yurdu, Seyidlər yurdu, Çöplügöl yurdu, Babakişilərin yurdu, Dükanlar yurdu, Qaraqaya yurdu, Göyxır yurd, Daşağıl yurdu, Seyidölən yurd, Yəhər yurd, Suçıxan yurd.
== Bulaqlar ==
Məmmədxan bulağı, Qoşabulaq, Hovuz bulaq, Babalı bulağı, Rza bulağı, Baldırğanlı bulaq, Züleyxa bulağı, Mehdinin bulağı.
== Məşhur yerlər ==
Ərikli,Ərikliocagi-Pir, Pirpəyə,Uzundərə,Çayyeri,Soltanbəyin yurdu, Ədilbəyin yurdu,Mehtibəyin yurdu,Əliuçan,Qoşdaş,Soltanbəyin Çinarlari 1200 yaş,Nəbidərəsi, Temirin yurdu, Qaradaş, Qumqazılan, Alıyevli qışlağı, Burunctapı, Qaraağac, Xanların gölü, Calaqlıq, Məmmədxanın düzü, Quyulugüney, Gillər, Şişqaya, Kolavatın döşü, Almədətli, Ciqrayeri,(Ciqarayeri Tütün əkilən yer)Sılıflı, Gərəkçay, Ağdaban çayı, Torağaçay, Dəyirmanın yanı, Gölpəyə, Güllübağ, Təkarmud, Sarıuçuq, Yalyeri, Toxmaçar, Humayın düzü, Bağ, Şirəligöl, Qozlupəyə, Ocağınyanı, Gərayın çəpəri, Yanıq, Gölləklər, Ağbulaq, Zərifli, Qarabulaq, Siçanli yurdu,Kurqan,Qaraqaya dağı, Atyolu, Zəlligöl, Zəligölü.
== Binələr-Qışlaqlar ==
Zəli göl binəsi, Qırmızı ferma binəsi.