1. Əvvəlcə məlum olmayan bir şeyi tapıb meydana çıxarma. İbtidai insanlar tərəfindən odun kəşfi. Amerikanın kəşfi. Yeni neft yataqlarının kəşfi.
– [Fərhadoğlu:] Biz bu mədən sularının kəşfində böyük həyat mənası axtarırıq!
Geoloqlarımız ən dərin təbəqələrin kəşfi üçün lazımi tədqiqat aparırlar.
// Tədqiqat, axtarışlar nəticəsində tapılmış, aşkara çıxarılmış şey. Elmi kəşf. Texnika sahəsində yeni kəşf.
□ Kəşf edilmək (olunmaq) – “kəşf etmək”dən məch. Kitabla kəşf edilir; Qiymətli dəfinələr.
Kəşf edə bilməmiş alimlər bunu; İnsan varlığının ilk duyğusunu.
Kəşf etmək – tədqiqat, axtarışlar, müşahidələr nəticəsində tapmaq, aşkar etmək, meydana çıxartmaq, açmaq, müəyyən etmək.
Kəşf etdiyim zaman bir yeni qaynaq; Sinəmdə çırpışan ləkəsiz ürək; Açılır gül kimi fərəhlənərək.
// məc. Bilmək, duymaq, hiss etmək, başa düşmək.
Dibi görünməyən ümman göstərin; Baş vurum; Kəşf edim dərinliyini.
Kəşf qılmaq köhn. – axtarıb tapmaq, müəyyən etmək.
Kərəmin Əsli ilə yaz vəslin; Kəşf qıl Əsli xanımın əslin.
Kəşf olmaq – aşkar olmaq, açılmaq, məlum olmaq.
Heç fayidəbəxş olmadı tədbirlərim, heyf! Kəşf oldu bütün aləmə təqsirlərim, heyf!
2. Kəşfiyyat.
Kəşfə göndərdiyim adamlar qayıdıb Laçının dediklərinin doğru olduqlarını söylədilər.